Bu, Zeyd vəfadarın Məcnuna xəbər gətirdigidir və İbni Səlam ilə Leylinin peyvəndi müjdəsini yetirdigidir
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
Sahibxəbəri-fəsanəpərdazBu tərz ilə qıldı qissə ağaz
Kim, var idi bir nədimi-nadir,Zeyd adlı, vəfayi-əhdə qadir.
Məşhur idi fəzlivü kəmalı,Mə'ruf idi hüsnüvü cəmalı.
Olmuşdu əsir bir nigarə,Büt ziybli Zeynəb adlı yarə.
Çəkmişdi məhəbbətin cəfasın,Görmüşdü məlamətin bəlasın.
Ol aşiqi-müstəməndi-məhzumEylərdi həmişə meyli-Məcnun,
Söylərdi ona kəmali-eşqin,Ustadına göstərərdi məşqin.
Leyli ərə getdigindən ol zarTəhqiq ilə oldu çün xəbərdar,
Məcnuna özün yetirdi filhal,Rəngi-rüxi-zərdi əşkdən al.
Dolmuş gözü, peykəri pozulmuş,Nitqində təkəllümü tutulmuş.
Məcnun dedi: "Ey vəfalı yarım!Qəm mərhələsində qəmgüsanın!
Adətcə görünməz ixtilatın,Hər günküyə bənzəməz nişatın.
Noldu sənə, söylə, zar olubsan?Bitaqətü biqərar olubsan?!
Əqrəbdə idi bu gün məgər mah,K'etdin bu yana əziməti-rah?
Qandan bu küdurət oldu hasis?Noldu səbəbi-məlaləti-dil?"
Zeyd ol xəsi-xüşkə urdu atəş,Suz ilə dedi ki: "Ey bəlakəş!
Dün əxtəri-bəxtin oldu tirə,Dövran sitəm etdi sən fəqirə.
Yar İbni Səlamə ruzi oldu,Ruzi sənə dərdü suzi oldu.
Yar özgəyə oldu şəm'i-məhfil,Qaldı sənə tabi-atəşi-dü.
Əğyar ilə oldu yar Leyli,Var, indi sən ondan ol təsəlli.
Zaye sənin ol fəğanü ahın,Suzi-şəbü ahi-sübhgahın".
Məcnun ki, xəbərdən oldu agah,Gərduna yetirdi şö'leyi-ab.
Vəhşilər içində ol giriftarBir dərd ilə qıldı naləvü zar
K'əfganə gətirdi marü muri,Ağlatdı vühuşi, həm tüyuri.
Xamə kimi yaş töküb dəmadəm,Namə kimi qamətin qılıb xəm,
Yazdı alıban əlinə xamə,Dildarma bir itabnamə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-leyli-ve-mecnun-50
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,