Məcnun idi mulki-dərd şahı,Xeyli-dədü dam onun sipahı.

Ahunun alırdı mişki-bacın,Rubah səmurunun xəracin.

Bir sarvar idi kərimü adil,Cumlə dedü damə adlı şamil.

Xuni-cigərindən ol vəfadarXunxarları qılırdı xunxar.

Xunabi-cigar töküb dəmadəm,Qılmazdi siba' rizqini kəm.

Dövründə dərəndələr olub ram,Tutmuşdu bir-birilə aram.

Gur olmuş idi pələngə həmraz,Gürg olmuş idi gəvəznə dəmsaz.

Şir olmuş idi ənisi-nəxcir,Nəxcir əmərdi şirdan şir.

Yaninda tutardi mur xana,Goz yaşindan yigardi dana.

Gahi olub əşk seyli qaim,Seylaba gedordi min bəhaim.

Gah odunu tando tab edərdi,Min canavari kabab edərdi.

Bel olmuş idi alinda dırnaq,Yerdən sovurardi başa topraq.

Muyinda qtibar olub fərahəm,Əşk ilə çəkib zaman-zaman nəm,

Abubara sabzazari oldu,Gulzari-cünun bahari oldu.

Gor tutsa idi gəvəzn ilə xu,Axardi gözündən ol qədər su

K'ol sudan olurdu tazəvü tar,Həm bərg verərdi şaxi, həm bər.

Hər ləhzə alıb əlinə bir mar,Xürsənd oluban deyirdi ol zar:

"K'ol sünbüli-mişkbuyi tutdum,Sərrişteyi-arizuyi tutdum".

Qaplan kimi cana urdu min dağ,Arslansifəti uzatdı dırnaq,

Arslanların oldu pişvası,Qaplanların oldu müqtədası.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов