Страница 2 из 4 · 25%

İzahlar

Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 6 iyul tarixli 3-cü nömrəsinin
3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Pəri xala – XIX əsrin axırlarında Qarabağ mahalında məşhur aşıq idi.
Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 8 iyul tarixli 4-cü nömrəsinin
3-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir.
“Novoye vremya” qəzeti 1868-1917-ci illərdə Peterburqda nəşr edilirdi.
Burada adı çəkilən jurnalist Stolıpin qəddar irticaçı, 1906-1911-ci
illərdə əvvəlcə daxili işlər naziri, sonralar isə baş nazir olmuş və 1911-ci ildə
Kiyev teatrında qabaqcadan təşkil edilmiş sui-qəsd nəticəsində öldürülmüş
Pyotr Arkadyeviç Stolıpinin (1862-1911) qardaşıdır.
Cahangir xan – İranın mütərəqqi jurnalisti, “Suri-İsrafil” jurnalının
redaktoru idi; Məmmədəli şahın əmri ilə edam edilmişdir.
Təbatəbai – İranın müctəhidi idi.
Milli azadlıq hərəkatı 1908-ci ildə Sultan Əbdülhəmid Türkiyəsində də
alovlanırdı.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ilk dövrdə bu hərəkatda
milli burjuaziya, xüsusən gənc türkləri birləşdirən “İttihad və tərəqqi”,
“Etilaf və tərəqqi” təşkilatları əsas rol oynayırdı. İnqilabi hərəkatın genişlə-
nəcəyindən qorxuya düşmüş sultan hökuməti 1908-ci ildə qanuni əsası
(Konstitusiya) bərpa etmək haqqında fərman verməyə məcbur olmuşdu.
Azərbaycanın qabaqcıl adamları, gənc türklər hərəkatının sırf burjua xarakteri
daşıdığına baxmayaraq, bu hərəkatı alqışlamışlar və onun gedişini böyük
maraqla izləmişlər. Bunu o dövrün mətbuatında dərc olunan məqalələr (o
cümlədən Üzeyir Hacıbəylinin felyetonları, səhnəcikləri, yazıları) sübut edir.
Bu məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 15 iyun tarixli 9-cu nömrəsinin 4-cü
səhifəsində və “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Müzəffərəddin şah – Qacar sülaləsindən sonuncu şah olan Məmmədəli
şahın atasıdır.
Təfavot əz koça ta bekoça (farsca), yəni: onunla bunun arasındakı
təfavütə bax!
Sultan Əbdülhəmid Türkiyəsinin xarici və daxili vəziyyətindən bəhs
edən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 16 iyul tarixli 10-cu nömrəsinin
3-4 səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
12, 13, 14
Keçmişdə Türkiyənin ərazisi olmuş, Balkan yarımadasında yer-
ləşmiş Makedoniya, Serbiya, Qaradağ (Çernoqoriya) vilayətləri indi Yuqos-
laviya Federativ Respublikasına daxildir.
Məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 20 iyul tarixli 13-cü nömrəsinin
3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
İran irticaçılarının vəhşiliyini ifşa edən bu yazı “Tərəqqi” qəzetinin
1908-ci il 25 iyul tarixli 16-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası
ilə dərc edilmişdir. Məqaləni “Yazı yazanın yazı yazmaqdan qabaq fikri”
cümləsi ilə bağlayıb, “Yazı yazanın yazı yazmaqdan qabaq”fikrini duyan
“Filankəs cümləsi ilə qurtarması Üzeyir Hacıbəylinin mühərrirlik fəaliyyə-
tində yeni və maraqlı ədəbi priyomudur”.
İranın daxili vəziyyətini işıqlandıran bu yazı “Tərəqqi” qəzetinin
1908-ci il 6 avqust 24-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü
ilə dərc edilmişdir.
“Vəzirlərin proqramı” sərlövhəli siyasi məqalə “Tərəqqi” qəzetinin
1908-ci il 7 avqust tarixli 25-ci nömrəsinin 1-ci səhifəsində “Ü” imzası ilə
dərc edilmişdir.
Çörçil Uiston (1874-1965) – İngiltərənin məşhur dövlət xadimi, 1908-
ci ildən müxtəlif nazirliklərin başçısı, 1940-1945 və 1951-1955-ci illərdə isə
baş nazir olmuşdur.
İranın ağır maliyyə vəziyyətinə həsr edilmiş bu felyeton “Tərəqqi”
qəzetinin 1908-ci il 17 avqust tarixli 31-ci nömrəsinin 3-cü səhifəsində “Filan-
kəs” imzası ilə dərc olunmuşdur. Burada ixtisarla verilir.
“Tənqidat” sərlövhəsi ilə verilmiş bu məqalə Azərbaycan məktəblərin-
də oxunmağa tövsiyə edilən “İkinci il” kitabının mündəricəsinə həsr edilmiş-
dir. Məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 19 avqust tarixli 32-ci nömrəsinin
3-4-cü səhifələrində “Üzeyir” imzası ilə dərc edilmişdir.
Uşinski Konstantin Dmitriyeviç (1824-1870) – görkəmli rus pedaqoqu.
Tərtib etdiyi pedaqoji mündəricəsini əsasən xəlqilik (yəni vətənə məhəbbət
ruhunda tərbiyə, tükənməz xalq qüvvəsinə inam, maarif məsələlərini həll
etməkdə özünün hüquqa malik olması və s.) təşkil edir. SSRİ Xalq Komissar-
ları Şurasının 1945-ci il qərarı ilə, pedaqoji sahədə xüsusilə fərqlənmiş
müəllim və elmi işçilərə Uşinski adına medal verilməsi təsdiq edilmişdir.
Türkiyədə qanuni-əsası verilməsinə qarşı irticaçı qüvvələrin (o cümlə-
dən Avropa imperialist dövlətlərinin) münasibətini ifşa edən bu yazı “Tərəqqi”
qəzetinin 1908-ci il 21 avqust tarixli 34-cü nömrəsinin 3-cü səhifəsində
“Filankəs” imzası ilə dərc edilmişdir. Məqalə müəllifi belə qənaətə gəlmişdi
ki, əgər sultan Türkiyəsində konstitusiyaya fərman verilərsə, demokratik
hüquqlar bərpa edilərsə, onda türk xalqı azadlıq uğrunda mübarizəni daha da
gücləndirər. “Tərəqqi” qəzetinin 1908-ci il 15 iyun tarixli 9-cu nömrəsinin
4-cü səhifəsinə bax.
İrticaçı, satqın ruhanilərin çirkin hərəkətlərinə həsr edilmiş “İran iğti-
şaşına dair” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 27 avqust
tarixli 38-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olun-
muşdur.
Şeyx Fəzlüllah – Məmmədəli şahın tərəfdarı, satqın, irticaçı Mazan-
daran müctəhidi; məşrutə zamanı istibdadçılara kömək edirdi.
“Allah heç kəsə göstərməsin” sözlərilə başlanan bu felyeton “Tərəqqi”
qəzetinin 1908-ci il 7 sentyabr tarixli 46-cı nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Qəzetin ağır vəziyyətdə olduğuna
ictimaiyyətin diqqətini cəlb etməyə çalışan müəllif: “İdarə yoxdur”, “Tərcü-
mə edəydik”, “Tərtibə salmaq lazımdır”, “Zir-zibil aradan süpürülə”
sözlərini cinasla işlədir və ağır vəziyyətin səbəblərini aydınlaşdırır.
“Xolera və rəmazanəl mübarək” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin
1908-ci il 10 sentyabr tarixli 48-ci il nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir.
“Mozalan bəy” bu təxəllüslə “Molla Nəsrəddin” jurnalında bir çox
müəllif (Mirzə Cəlil Məmmədquluzadə, Ədbürrəhim bəy Haqverdiyev, Salman
Mümtaz, Məşədi Qurbanəli Şərifov) iştirak edirdi.
“Səyahətnameyi İbrahim bəy” kitabının müəllifi Hacı Zeynalabdin
Mərağayidir.
“İrana dair” sərlövhəli yazı “Tərəqqi” qəzetin 1908-ci il 14 sentyabr
tarixli 51-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir.
Acınacaqlı hərəkətlərə istehza ilə yanaşan müəllifin “Hesab məsə-
lələri” sərlövhəli yazısı “Tərəqqi” qəzetinin 1908-ci il 16 sentyabr tarixli 53-cü
nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Məqalə
burada bir qədər ixtisarla verilir.
Felyetonda göstərilmiş rəqəmlər (məsələn, “Cəmi dünyada bir milyard
yarım nüfuz var”, “İranda 10 milyon adam var”, yaxud “Bakıda 70 min mü-
səlman var” və s) o dövrün statistikasına görə verilmişdir.
Birinci hesab məsələsində Bakı nüberniyasında pulla adam öldürmək
hadisələri ifşa olunub pislənir.
“Təskinlik” sərlövhəli bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 18 sentyabr
tarixli 455-ci nömrəsinin 2-ci səhifəsində “Ü” imzası ilə dərc edilmişdir.
Bir sıra məsələlərə həsr edilmiş bu yazı “tərəqqi” qəzetinin 1908-ci il
18 sentyabr tarixli 55-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü
ilə dərc olunmuşdur. Burada ixtisarla verilir.
Cəhaləti, nadanlığı, köhnə və çürümüş məişəti Danabaş kəndinin
misalında göstərməklə, müəllif Cəlil Məmmədquluzadə ilə həmrəy olduğunu
bildirir. “Qanlılıq” sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 26 sentyabr
tarixli 62-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir.
Bakıda yaşayan iranlıların İran inqilabına münasibətini göstərən bu yazı
“Tərəqqi” qəzetinin 1908-ci il 29 sentyabr tarixli 64-cü nömrəsinin 3-4-cü
səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Saqi, benur bade bər əfruz came ma
Motrob, begu ke, kare-cəhan şod bəkame-ma (farsca), Hafizdən götü-
rülmüşdür, mənası belədir:
Saqi, badənin nuru ilə camımızı işıqlandır,
Mütrüb, söylə ki, dünyanın işi bizim muradımızcadır.
“Rusiyaya dair” məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 2 oktyabr
tarixli 67-ci nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir.
Burada söhbət üçüncü Dövlət dumasının müzakirə edəcəyi məsələlərdən
gedir. Lakin bu dumanın da tərkibi (442 deputatdan – 300-ü mülkədar, bur-
juaziya və ruhanilərin nümayəndəsi ilə) zəhmətkeş əhalinin, o cümlədən
Azərbaycan xalqının həyatı ehtiyaclarının ödənəcəyinə heç də ümid vermirdi.
Ermənistandan deputat “seçilmiş” daşnak H.Sağatelyan kimilərdən nə göz-
ləmək olardı?
Onu da qeyd etmək lazımdır ki, üçüncü dumaya Rusiyada yaşayan “mü-
səlman” əhalisindən cəmi 10 deputat (dördü Ufadan, ikisi Kazandan, ikisi
Qafqazdan, biri Orenburqdan, biri də Krımdan) seçilmişdi ki, bunlar da du-
mada “müsəlman fraksiyası” təşkil edərək bütün müzakirə edilən məsələ-
lərdə kadet partiyası ilə əlbir idilər.
“Kimdən nə soruşdular” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci
il 6 oktyabr tarixli 69-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü
ilə dərc olunmuşdur.
Hatəmi Tai (miladi 605-ci ildə vəfat etmişdir) – ərəblərin səxavətli
tarixi şəxsiyyətlərindəndir. Onun şairliyi, qoçaqlığı və səxavətliliyi haqqında
rəvayətlər ədəbiyyatda, o cümlədən Hüseyn Vaiz Kaşifinin məşhur “Anvari
Süxeyli” məcmuəsində özünə geniş yer tapmışdır.
Özünün məntiqliyi ilə fərqlənən bu felyeton “tərəqqi” qəzetinin 1908-ci
il 9 oktyabr 72-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir.
Burada adları çəkilən Ağa Həsən, Ağa Kərim, Mir Haşım, Mirzə Həsən,
Şeyx Fəzlullah İran inqilabına qarşı fəal təbliğat aparan irticaçı ruhanilərdəndir.
Xalqının tərəqqisi uğrunda mübarizə ilə yaşayan müəllifin kiçik, lakin
dərin mənalı bu yazısı “Tərəqqi” qəzetinin 1908-ci il 12 oktyabr tarixli 74-cü
nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Avamlığı və nadanlığı pisləyən “Bayram” sərlövhəli yazı “Tərəqqi”
qəzetinin 1908-ci il 14 oktyabr tarixli 76-cı nömrəsinin 4-cü səhifəsində
“Filankəs” imzası ilə dərc edilmişdir.
“Tazə xəbər” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il
20 oktyabr tarixli 80-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə
dərc edilmişdir.
“Bir qədər qəzetçilik dərsi” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin
1908-ci il 23 oktyabr tarixli 83-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir.
O zamankı məişətin acınacaqlı hadisələrini ifşa edib pisləyən “Yarım
günlük söhbətim” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 26 oktyabr
tarixli 85-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edil-
mişdir.
Çarizm zamanı dəmir yollarında sərnişin vaqonları üç kateqoriyaya
(klassa) bölünürdü; birinci kateqoriyaya aid vaqonlar abad və sərnişinlər üçün
çox rahat olduğundan biletlər də çox bahalı idi; ikinci kateqoriyaya aid vaqon-
larda o qədər rahatlıq olmadığından bunların bileti bir qədər ucuz idi; üçüncü
kateqoriyaya aid vaqonlar isə ümumi idi, burada yerlər müəyyən edilmirdi, bu
vaqonların biletləri o birilərinə nisbətən çox ucuz idi.
Azərbaycan məktəblərində dərs keyfiyyətini yaxşılatmağı təbliğ edən
“Yarım günlük səyahətim, yaxud üsuli-cədid təlimi nəyə deməzlər” sərlöv-
həli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 29 oktyabr tarixli 88-ci nömrəsinin
3-cü səhifəsində dərc edilmişdir.
Bir danayani rəmuzi agahi və dəqiqə şünasani hekməthayi ilahi vazeh
və mübarəhan əst – farscadır, tərcüməsi: Ən incəlikləri başa düşən alimlərə
və ilahi fəlsəfənin xırdalıqlarını qalanlara aydın və aşikardır.
Səttarxanın başçılıq etdiyi İran inqilabının gedişi Üzeyir Hacıbəylinin
daimi diqqət mərkəzində olmuşdur. Üsyançılara rəğbət bəsləyən Hacıbəyli
hər dürlü bədayi üsuldan istifadə edir və öz rəyini aydın surətdə oxucuya
çatdırırdı. Bunu “İrana dair aşıq nağılı” sərlövhəli felyetonun misalında da
görmək olar. Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 31 oktyabr tarixli 90-cı
nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Sokrat təriqilə siyasi söhbət” “Tərəqqi” qəzetinin 1908-ci il 7 noyabr
tarixli 95-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edil-
mişdir.
Antik filosofu Sokratın adı yalnız məqalənin başlığında çəkilir. Halbuki,
“söhbət” öz quruluşu ilə antik dövrün “məntiqi deyişmələrini” xatırladır. Belə
bir üsuldan istifadə edərək, müəllif oxucunu asanlıqla İranda məşrutə oldu-
ğuna inandırır.
Acizliyi, paxıllığı, nadanlığı pisləyən bu felyeton “Tərəqqi” qəzetinin
1908-ci il l noyabr tarixli 98-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir.
Ciddi bir məsələyə – Azərbaycan məktəblərində ana və rus dillərini
öyrənmə məsələsinə həsr edilmiş “Əli aşı və Vəli aşı” sərlövhəli məqalə
“Tərəqqi” qəzetinin 1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin 3-cü
səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
O zaman Zaqafqaziyada Qafqaz canişininin idarəsi yanında maarif işlə-
rinə nəzarət yetirən popeçitel idi (yəni nəzarətçi).
Birinci dünya müharibəsi ərəfəsində Balkan yarımadasındakı vəziyyət
imperialist Avropa dövlətləri arasında ciddi bir çəkişmə törətmişdir. Onlar
hürriyyət, milli-azadlıq pərdəsi altında Türkiyəni parçalayırdılar. Almaniyaya
arxalanan Avstriya öz təcavüzkarlığını balkanlarda xüsusilə göstərirdi. Həqiqi
azadlıqdan uzaq olan bu hiyləgərliyin məqsədi Serbiya, Makedoniya, Bosna,
Qaradağ kimi vilayətləri imperialist pəncələrinə keçirmək idi.
Fitnəçiliyi damğalayan “Əlfitnətü naümmətü lənulla, ey qəzəha”
sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 19 dekabr tarixli 131-ci nöm-
rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
İran irticaçılarının gücləndiyi və məşrutəçilərə divan tutulduğu bir
zamanda yazılmış və İran Salar hökumətinin azğınlığını ifşa edən bu yazı
“Tərəqqi” qəzetinin 1908-ci il 26 dekabr tarixli 136-cı nömrəsinin 3-cü səhi-
fəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Məktəb, təlim, tədris, tərcümə maariflənmənin yeni yollarla inkişaf
etməsi və bu kimi mübahisəli məsələlər o zaman Azərbaycan ictimaiyyətini
olduqca maraqlandırırdı və ona görə onun diqqət mərkəzində olmuşdu. Bu-
rada verilmiş məqalələr Üzeyir Hacıbəylinin bu mübahisələrdə fəal iştirak
etdiyini bir daha sübut edir. Onun “Yeni üsuli-təbii haqqında bir neçə söz” sər-
lövhəli məqalələri “Tərəqqi” qəzetinin 1909-cu il 6 mart tarixli 50-ci, 8 mart
tarixli 51-ci, 19 mart tarixli 58-ci nömrələrinin 2-3-cü səhifələrində və 1 aprel
tarixli 67-ci nömrəsinin 3-4-cü səhifələrində “Üzeyir” imzası ilə çap edil-
mişdir. Sonuncu məqalə cüzi ixtisar edilmişdir.
Burada söhbət “Əli aşı Vəli aşı” sərlövhəli və “Tərəqqi” qəzetinin
1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuş məqalədən gedir.
Rəşid bəy Əfəndizadə (1863-1942) – görkəmli maarifpərvər xadim,
müəllim və yazıçı, XX əsrin ilk 16 ili ərzində Qori seminariyasında işləmiş
və bir çoxlarının, o cümlədən Üzeyir Hacıbəylinin müəllimi olmuşdur.
Burada Üzeyir Hacıbəyli özünə istinad edir; çünki “Filankəs” onun
özünün təxəllüsü idi.
Əli bəy Hüseynzadə – müəllim, ictimai xadim, qatı türkpərəst idi;
sonralar Türkiyəyə köçüb getmişdir.
Rus dilindən tərcümə məqaləsinə həsr edilmiş və bir növ Üsuli-təbii
haqqında məqalələrinin davamı olan (b a x: “Tərəqqi” qəzetinin 1908-ci il 6,
8, 19 mart və 1 aprel tarixli nömrələrinə) “Üsuli-tərcümə” sərlövhəli yazı
“Tərəqqi” qəzetinin 1909-cu il 13 mart tarixli 53-cü nömrəsinin 3-cü səhi-
fəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Bu felyeton “Tərəqqi” qəzetinin 1909-cu il 24 mart tarixli 61-ci nöm-
rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Təəssüflər olsun” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il
25 mart tarixli 62-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir. Burada Azərbaycan xalqının geridə qalmasına ürəkdən he-
yifsilənən, xalqın tərəqqisinə mane olan halları aşkar edən müəllifin rus təm-
silçisi İ.A.Krılovun ədəbi yaradıcılığından ustalıqla istifadə etməsi diqqəti
cəlb edir.
Azərbaycan dilinin saflığını təbliğ edən “Müxtəlif qəzetlərimiz” sər-
lövhəli yazı “Tərəqqi” qəzetinin 1909-cu il 26 iyun tarixli 141-ci nömrəsinin
3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Burada cüzi ixtisarla
verilir.
Fitnəçiliyə nifrət oyadan bu məqalə “Tərəqqi” qəzetinin 1909-cu il
2 iyul tarixli 146-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir.
Konka – keçmişdə bir çox şəhərlərdə (o cümlədən Bakıda) qəbul
edilmiş şəhər nəqliyyatı idi; vaqona qoşulmuş atlar onu dəmiryol (rels) üzrə
çəkib aparırdılar. Konkanı tramvay əvəz etdi.
İran inqilabının gedişini bütün dəqiqliyi ilə izləyən Üzeyir Hacıbəyli
1909-cu ilin iyulunda istibdada yeni bir zərbə vurulduğu bir zamanda “İranda
inqilab” və “İran inqilabı” sərlövhəli bir-birinin ardınca dörd məqalə yaz-
mışdı. Bunlar “Üzeyir” imzası ilə “Tərəqqi” qəzetinin 1909-cu il 2 iyul ta-
rixli 146-cı nömrəsinin 2-ci səhifəsində (1-ci məqalə), 3 iyul tarixli 147-ci
nömrəsinin 2-ci səhifəsində (2-ci məqalə), 5 iyul tarixli 148-ci nömrəsinin
3-cü səhifəsində (3-cü məqalə) və 6 iyul tarixli 149-cu nömrəsinin 2-ci
səhifəsində (4-cü məqalə) dərc olunmuşdur.
“İran və “Novoe vremə” adlı siyasi məqalə “Tərəqqi” qəzetinin 1909-cu
il 7 iyul tarixli 150-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap
olunmuşdur.
Kapitan Perebinosov – o zaman Soltanabadda yerləşdirilmiş çar qoşun
dəstəsinin komandiri idi.
Məmmədəli şahın taxtdan salınmasına və İrandan qovulmasına həsr
edilmiş bu felyeton “Tərəqqi” qəzetinin 1909-cu il 7 iyul tarixli 150-ci nöm-
rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Fitilbörk – Peterburq deməkdir.
Zemstvo – 1864-cü ildə qəbul edilmiş qanun əsasında (zemstvo islahı)
çar Rusiyasının mərkəz quberniyalarında yaradılmış yerli əhalinin özünü
idarəetmə üsul-idarəsi idi.
“Zemstvo nədir?” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 16 iyul
tarixli 158-ci və 17 iyul 159-cu nömrələrinin 2-ci səhifələrində “Üzeyir” imzası
ilə dərc olunmuşdur.
Doktor Xətisov – o zaman Zaqafqaziyada tanınmış mülkədar və burjua-
demokrat əqidəli ictimai xadim idi.
Burada səhv gedib – 15 min olmalıdır.
İbrahim bəy Vəkilov – Tbilisidə yaşayan ali savadlı maarifpərvər
ictimai xadim idi. Bir zaman Tbilisi “Xeyriyyə cəmiyyətinin” sədri idi.
Hüseyn bəy Minəsazov – əvvəllər Tbilisidə, sonralar isə Bakıda
yaşayan, maarifçi və ictimai xadim idi. Dövrü mətbuatda fəal iştirak edirdi.
Portəgiz – yəni Portuqaliya.
Həqiqi millət qayğısını, dərin insanlıq məhəbbətini təbliğ edən bu yazı
“Tərəqqi” qəzetinin 1909-cu il 4 avqust 173-cü nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə çap olunmuşdur.
Maariflənməyə çağıran “Xəbərdarlıq” sərlövhəli yazı “Tərəqqi” qəze-
tinin 1909-cu il 30 iyul tarixli 170-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Martınov – o zaman Bakı şəhəri rəisi, yəni qradonaçalniki idi.
Tərke-adət bemocəbe-mərəz-əst (farsca), Sədidən götürülmüşdür,
tərcüməsi: adəti tərk etmək xəstəlikdən qurtarmaq deməkdir.
Nəcib düşüncəli və hissiyatı təbliğ edən və milləti cəhalət və zillətdən
qurtarmağa çağıran “Niyyəti-xalis” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin
1909-cu il 12 avqust tarixli 180-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Azərbaycan məktəblərində təhsil və təlim məsələlərinə həsr edilmiş
yazıların davamı olan (bax: “Tərəqqi” 1909-cu il 141, 170-ci nömrələrində və
i.a.) “Xəbərdarlıq” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 14 avqust
tarixli 182-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
Azərbaycan uşaqlarının tərbiyə və təhsilinə həsr olunmuş bu məqalə
“Tərəqqi” qəzetinin 1909-cu il 19 avqust tarixli nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Sinamotoqraf – o zamanda hələ inkişaf etməmiş kino belə adlandırılırdı.
Maariflənməyə, azərbaycanlı uşaqların təhsilinə və müəllim kadrları
hazırlanmasına həsr edilmiş “Xəbərdarlıq” sərlövhəli üçüncü (b a x: “Tərəq-
qi” qəzeti 1909-cu il № 170 və 182) məqalə “Tərəqqi” qəzetinin 1909-cu il
20 avqust tarixli 187-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc
edilmişdir.
Firidun bəy Köçərli (1863-1920) – görkəmli maarifpərvər, yazıçı,
“Azərbaycan ədəbiyyatı tarixi” kitabının müəllifi, Qori seminariyasının müəl-
limi olmuşdur.
O zaman hökumət orqanları tərəfindən inqilabçılara, siyasi məhbuslara
və cinayətkarlara qarşı görülən şiddətli tədbirlərdən biri də Sibirə sürgün
etmək idi ki, bu da böyük əziyyətə düçar etmək demək idi.
O zaman çar hökuməti bütün Qafqaz əhalisindən müəllim kadrı yetiş-
dirmək üçün cəmi iki müəllimlər seminariyası açmışdı ki, bunlardan biri
Qoridə (Gürcüstanda), o birisi isə İrəvanda (Ermənistanda) idi.
“Səadət məktəbi” – Bakıda ictimaiyyətin maddi yardımı ilə açılmış orta
məktəb idi ki, burada bütün fənlər Azərbaycan dilində keçirilirdi. Bununla
yanaşı, müdavimlər rus və fars dillərində dərin bilik alırdılar.
Aleksandra adına “Ünas məktəbi” – Bakıda XX əsrin əvvəllərində
Azərbaycan qızları üçün təşkil edilmiş internat məktəbi idi. Məktəb Bakı
milyonçusu Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə təsis edilmişdi,
oxumaq pullu idi.
Azərbaycan ziyalılarının arasındakı intriqabazlığı, paxıllığı, fitnəkarlığı
və bu kimi çirkin halları ifşa edən “Zemstvo məsələsi” sərlövhəli məqalə
“Tərəqqi” qəzetinin 1909-cu il 27 avqust tarixli 193-cü nömrəsinin 3-cü
səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Əhməd bəy Ağayev – burjua əqidəli ictimai xadim, “Tərəqqi” qəzetinin
redaktoru idi. O zaman Üzeyir Hacıbəyli Əhməd bəy Ağayevin, həmçinin
Qara bəy Qarabəyovun və Əlimərdan bəy Topçubaşovun reaksion əqidələrini
müəyyən etməmişdi.
Doktor Qara bəy Qarabəyov – ilk addımlarında inqilabi hərəkata
müsbət yanaşan xırda burjua əqidəli ictimai xadim idi. Sonralar əksinqilabi
cəbhəyə keçmiş və reaksion mövqe tutmuşdur.
Əlimərdan bəy Topçubaşov – xırda burjua əqidəli ictimai xadim idi.
Sonralar əksinqilabçılar cəbhəsinə keçmiş və hakim istismarçı siniflərin
mənafeyini müdafiə etmişdir.
Nəriman Nərimanov (1871-1925) – 1909-cu il mart ayında polis tərə-
findən həbsə alınmış və yeddi ay Metex həbsxanasında (Tbilisi şəhərində)
saxlandıqdan sonra Həştərxana sürgün edilmişdir.
Məmmədəli (İran şahı) və Əbdülhəmidin (Türkiyə sultanı) istibdadına
qarşı inqilabi hərəkata işarədir.
Azərbaycan xalqının maariflənməsinə, tərəqqisinə, rifah halına can
yandıran şəxsləri fəaliyyətə çağıran “Ovza”mız sərlövhə məqalə “Tərəqqi”
qəzetinin 1909-cu il 4 sentyabr tarixli 200-cü nömrəsinin 2-ci səhifəsində
“Üzeyir” imzası ilə dərc olunmuşdur.
“Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir” şüarı ilə tələbələrə
maddi kömək etməyə çağıran “Tələbələr məsələsi” sərlövhəli məqalə “Tə-
rəqqi” qəzetinin 1909-cu il 17 sentyabr tarixli 211-ci nömrəsinin 2-ci səhi-
fəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
İki müstəqil hissədən ibarət olan bu felyeton “Tərəqqi” qəzetinin
1909-cu il 18 sentyabr tarixli 212-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir.
Əhməd Rza – o zaman İranda Məclis sədri idi.
Tələt (paşa) – gənc türklər ittifaqının başçılarından olub, Sultan Əbdül-
həmid istibdadına qarşı mübarizədə və Osmanlı inqilabı hərəkatında iştirak
edənlərdən biri idi.
İsmayıl Kamal – Türkiyə inqilabı dövründə fəaliyyət göstərmiş siyasi
xadim idi.
Mehdi Sahibzaman – islam dininin təbliğinə görə sonuncu (on ikinci)
imamdır ki, guya dünyanın axırında zühur edəcəkdir.
Məhəmməd ibn-Əli ibn-İdris ərəb qəbilələrinin satqın başçılarından
biri idi; İngiltərə imperialistləri ilə əlbir olaraq Türkiyə əleyhinə mübarizə
aparırdı.
Molla Məhəmməd Hindi – Sultan Əbdülhəmidin tərəfdarı, satqın,
reaksion və qatı irticaçı ruhani idi.
Tərəqqipərvər və xeyirxah şəxslərin, o cümlədən Cənubi Azər-
baycanın azadlığı uğrunda fəal çalışmış görkəmli ictimai xadim Tağızadənin
müdafiəsinə yönəldilmiş bu məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 28 sen-
tyabr tarixli 219-cu nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur.
“Halımıza dair” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1909-cu il
29 dekabr tarixli 4-cü nömrəsinin 2-3-cü səhifələrində imzasız dərc edil-
mişdir. Lakin məqalənin sərlövhəsi (bu sərlövhə dəfələrlə təkrar olunaraq
Üzeyir Hacıbəyli üçün səciyyəvi olmuşdur), məzmunu və dili onun müəl-
lifinin Üzeyir Hacıbəyli olduğunu aydın göstərir.
“Ləbbeyk” sədası – burada ürəkdən çıxan səmimi səs deməkdir.
“Əhvalımızdan” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1909-cu il
30 dekabr tarixli 5-ci nömrəsinin 2-ci səhifəsində “Qaf” təxəllüsü ilə çap
edilmişdir. Məqalənin Üzeyir Hacıbəyli tərəfindən yazılmış olduğu şübhə-
sizdir. Məqalə cüzi ixtisar edilmişdir.
“O yan-bu yan” sərlövhəli felyeton “Həqiqət” qəzetinin 1909-cu il
30 dekabr tarixli 5-ci nömrəsinin 3-cü səhifəsində “İki” təxəllüsü ilə dərc
edilmişdir. Felyetonun məzmunu, dili və stili aydın göstərir ki, onun müəllifi
Üzeyir Hacıbəylidir.
“Öz qədrimizi bilmirik” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu
il 1 yanvar tarixli 1-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc
edilmişdir.
“Cəmiyyət başçılarının nəzər-diqqətinə” sərlövhəli məqalə “Həqi-
qət” qəzetinin 1910-cu il 1 yanvar tarixli 1-ci nömrəsinin 2-3-cü səhifələ-
rində “Qaf” təxəllüsü ilə dərc edilmişdir. Yazıda irəli sürülmüş məsələnin
qoyuluşundan və onun həll edilməsindən, yazının dilindən və stilindən yəqin
etmək olar ki, onun müəllifi Üzeyir Hacıbəylidir.
“Tazə il, tazə meydan” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-
cu il 3 yanvar tarixli 2-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə çap
edilmişdir.
Qəməri il (hicri) – 354 gün hesablanır.
Şəmsi il – stronomik ildir, 365 (366) gün hesablanır. (B a x: N i y a z i
R z a y e v. Qəməri və şəmsi təqvimləri əlaqələndirmə üsulu. “Azərbaycan
SSR Elmlər Akademiyasının Məruzələri”. 1958-ci il, XIV cild, № 4).
“O yan-bu yan” sərlövhəli felyeton “Həqiqət” qəzetinin 1910-cu il
4 yanvar tarixli 3-cü nömrəsinin 2-ci səhifəsində “Üç” təxəllüsü ilə dərc
edilmişdir.
“Hər işi öz əhlinə tapşırmalı” sərlövhəli məqalə “Həqiqət” qəzetinin
1910-cu il 5 yanvar tarixli 4-cü səhifəsinin 1-2-ci səhifələrində “Üzeyir”
imzası ilə dərc edilmişdir.
“Ticarət” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 14 yanvar
tarixli 10-cu nömrəsinin 1-ci səhifəsində “Ü” təxəllüsü ilə dərc edilmişdir.
Öz xalqının tərəqqisi üçün hər cür yol və vasitə axtaran müəllif ticarətin,
inkişafını xalqın tərəqqisi ilə əlaqələndirməyə çalışır. Məqalə cüzi ixtisarla
verilir.
“Rəhbərlərimiz” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il
18 yanvar tarixli 13-cü nömrəsinin 1-ci səhifəsində “Ü” təxəllüsü ilə çap
edilmişdir.
“Maarif işləri, yaxud şurayi-valideyn” sərlövhəli felyeton “Həqiqət”
qəzetinin 1910-cu il 18 yanvar tarixli 13-cü nömrəsinin 3-cü səhifəsində
“Beş” təxəllüsü ilə dərc edilmişdir. Yazının məzmunundan göründüyü kimi,
o zaman Azərbaycan uşaqlarını nə dildə oxutmaq, onlara nə kimi təhsil
vermək məsələsi mürəkkəb bir məsələ idi. Bu məsələ C.Məmmədquluza-
dənin “Anamın kitabı” əsərində daha aydın, daha kəskin qoyulmuşdur.
Felyetonda adı çəkilən:
“Tarixi-Nadir” Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsər olub,
müəllifi Mirzə Mehdi xandır; və “Gülüstan” – İran şairi Sədinin məşhur
əsəridir.
Ki Rüstəm, yəni bud dər Siistan
Mənəş gəruəəm Rüstəmi dastan – dahi şair Firdovsinin “Şahnamə”
əsərindən götürülmüşdür. Mənası belədir: Rüstəm Sistanda olmuş bir pəh-
ləvan idi ki, mən onu dastanlar Rüstəmi etdim.
Bənde haman beh ke, ze təqsire xiş,
Ozr bedərgahe xoda avərəd – farscadır.
Tərcüməsi: Yaxşısı budur ki, bəndə olan şəxs
Allahın dərgahından üzr istəsin.
“Dil” sərlövhəli məqalələr “Həqiqət” qəzetinin 1910-cu il 24 yanvar
tarixli 18 və 25 yanvar tarixli 19-cu nömrələrinin 1-2-ci səhifələrində “Üzeyir”
imzası ilə dərc edilmişdir.
“Üsuli-qədim məktəb” dedikdə müəllif keçmişdən miras qalmış mədrə-
sələri nəzərdə tutur. Bu mədrəsələrdə fars və ərəb dillərinin tədrisinə ümdə
fikir verilirdi. Olduqca məhdud olan tədris proqramına bir çox fənlər, o cüm-
lədən Azərbaycan xalqının ana dili fənni də daxil edilməmişdir. Nəticədə
mədrəsələri bitirən şəxslər dərin və geniş biliyə malik ola bilmirdilər. Üzeyir
Hacıbəylinin bu məqalələri “Üsuli-qədim məktəb” əleyhinə, yeni məktəb və
onun geniş tədris proqramı uğrunda mübarizə kimi səslənir. Ana dilinə
məhəbbəti geniş mənada – vətənə, xalqa məhəbbət kimi düşünən Üzeyir
Hacıbəyli inqilabçı-demokratlarla həmrəy idi.
“O yan-bu yan” başlığı altında yazılmış bu felyeton “Həqiqət” qəze-
tinin 1910-cu il 26 yanvar tarixli 20-ci nömrəsinin 3-cü səhifəsində “...kəs”
təxəllüsü ilə dərc edilmişdir.
Kirit adası Ağ dənizdə yerləşmiş, ərazisi 8,3 min kvadrat kilometr, əhalisi
463 min (1951-ci il hesabına görə) olan dağlıq bir ölkədir. Əhali bağçılıq və
maldarlıqla məşğuldur. İmperialist dövlətləri fitnəkarlıq törədərək adanın
hansı dövlətə – Yunanıstana və yaxud Sultan Türkiyəsinə mənsub olması
ətrafında daim gərgin vəziyyət yaratmışlar. Onlar bu dövlətləri hətta vuruş-
durmağa çalışmışlar. Üzeyir Hacıbəyli özünün bu yazısında 1910-cu ilin
əvvəllərində əmələ gəlmiş gərginliyi ustalıqla təsvir edir.
“Hümmət lazımdır” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il
31 yanvar tarixli 24-cü nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə
çap edilmişdir.
“N.V.” – ixtisarla verilmiş “Novoe vremə” qəzeti deməkdir (1868-
1917-ci illərdə Peterburqda nəşr edilirdi).
“Gözəl bir təşəbbüs” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il
2 fevral tarixli 26-cı nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə çap
edilmişdir.
“Vəkil seçkisi” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 9 fevral
tarixli 32-ci nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc
edilmişdir.
“Camaatımızın hamısının seçki işində iştirak edə bilməyəcəyini”, “vəkil
seçməyə hamının ixtiyarı olmadığını” görən Üzeyir Hacıbəyli “camaatı daha
dördgözlü olmağa” çağırır, xalq hakimiyyəti ideyasını irəli sürür, lakin o,
bunu demokratik respublika formasında təsəvvür edirdi.
“Qədrşünaslıq” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 15
fevral tarixli 37-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edil-
mişdir.
Məşhur rus dram aktrisası V.F.Komissarjevskayanın (1864-1910) sima-
sında teatr sənətini yüksəltmək, teatr xadimlərinə isə yüksək qiymət vermək
(“Zər qədrini zərgər bilər”), geriliyə, nadanlığa, avamlığa son qoymaq, dur-
madan tərəqqi etmək arzusu ilə yaşayan müəllif teatr sənətinin mütərəqqi
rolunu bir daha təsdiq edir.
Azərbaycan millətini cahil, bacarıqsız hesab edənlərə qarşı yönəlmiş
“Halımız” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 3 mart tarixli
50-ci nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir.
“Molla Nəsrəddin” jurnalını müdafiə etmək məqsədilə yazılmış “Ümum-
vladiqafqaz camaatına açıq məktub” “Həqiqət” redaksiyası tərəfindən imzala-
naraq həmin qəzetin 1910-cu il 5 mart tarixli 51-ci nömrəsinin 3-cü səhifəsində
dərc edilmişdir. Həmin məsələyə həsr edilmiş “Vladiqafqaz camaatına bir də
açıq məktub” sərlövhəli məqalə imzasız verilərək “Həqiqət” qəzetinin 1910-cu
il 18 mart tarixli 59-cu nömrəsinin 2-3-cü səhifələrində dərc olunmuşdur.
Hər iki məqalənin müəllifinin “Həqiqət” qəzetinin redaktoru və “Molla
Nəsrəddin” jurnalının həmrəylilərindən və müdafiəçilərindən biri – Üzeyir
Hacıbəyli olduğu şübhəsizdir.
“Şeyxülislam həzrətləri və maarif” sərlövhəli məqalə “Həqiqət”
qəzetinin 1910-cu il 31 mart tarixli 70-ci nömrəsinin 1-ci səhifəsində “Üze-
yir” imzası ilə dərc edilmişdir. Məqalənin istiqaməti – müəllifin arzu etdiyi
öz xalqının tərəqqisi, maariflənməsi, “xabi-xəlvətdən” oyanıb biliyə malik
olmasıdır.
İlminski – o zaman Rusiyada pravoslav dininin məşhur təbliğatçısı idi.
Vladiqafqaz (Şimali Qafqazdır) “dinpərəst”lərinə deməklə müəllif o
zaman orada yaşayan və camaatı avamlıqda saxlamağa çalışan, öz qaragüruh
fikirlərini məktub vasitəsilə Bakı qəzetlərinə bildirən islam ruhanilərini
(b a x: “Həqiqət”, № 51 və 59) nəzərdə tutur.
Xoftəra xoftə key konəd bidar – farscadır; tərcüməsi: Yatmış yatmışı
necə oyada bilər.
Prixod (köhnəlmiş rus sözüdür) – keçmişdə bir məhəllə kilsə ətrafında
yaşayıb, həmin kilsəyə ibadətə gedən dinpərəst əhaliyə deyilərdi.
Millətpərəstlik nədir və nə cür işlərdə özünü göstərir? Bu məsələ
gənc Üzeyir Hacıbəylini daima düşündürürdü. Onun fikrincə, millətin xeyir-
xahı olmaq – millətin tərəqqisi uğrunda var qüvvə ilə çalışmaq deməkdir. Bu
yolda bilikli, qabiliyyətli şəxslərə kömək etmək lazımdır. Müəllif özünün bu
fikrini və arzusunu bir-birinin ardınca “Həqiqət” qəzetinin 1910-cu il 14 aprel
tarixli 82, 16 aprel tarixli 84 və 18 aprel tarixli 85-ci nömrələrinin 1-2-ci
səhifələrində “Öz halımızdan” başlığı altında “Üzeyir” imzası ilə dərc etdiyi
məqalələrdə aydın bəyan etmişdir.
Meçnikov İliya İliç (1845-1916) məşhur rus bioloqu, Peterburq Elmlər
Akademiyasının fəxri üzvü (1902), mütərəqqi ictimai xadim idi.
Vamberi Q. – məşhur macar şərqşünası (XIX əsr) çar Rusiyasını
gəzərkən, xüsusilə Orta Asiya xalqlarının yaşayışı ilə maraqlanmışdır. Bu
barədə əsərləri vardır.
“Müəllimlərimiz və mətbuat” sərlövhəli məqalə “Həqiqət” qəzetinin
1910-cu il 2 may tarixli 97-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası
ilə dərc edilmişdir.
Məqalənin məqsədi aydındır; müəllimlər mətbuatda fəal iştirak etmə-
lidirlər.
“Bir yerdə ki elm və maarif olmadı, orada zülm və istibdad hökmü-
fərma olar” istiqamətli “Kənd-kəsəklərimiz” sərlövhəli məqalə “Həqiqət”
qəzetinin 1910-cu il 3 may tarixli 98-ci nömrəsinin 1-ci səhifəsində “Üze-
yir” imzası ilə dərc edilmişdir.
Məqalə “mabədi var” sözləri ilə qurtarır, lakin məqalənin ardını qəzetin
bundan sonra gələn nömrələrində tapa bilmədik. Görünür ki, burada verilmiş
cürətli tənqid mabədinin yazılmamasına səbəb olmuşdur.
Məqalədə göstərilən: yüzbaşı: yasavul (kənd yerlərində), pristav – polis
məmurlarının tutduqları vəzifələrdi.
Konka atları – o zaman Bakıda tramvayı konka (şəhər dəmir yolu)
əvəz edirdi; konkaya qoşulan atlar istismar edilərdi, onlara yem az verilərdi,
ona görə çox arıq olardılar.
Yaranal – burada general deməkdir.
Xainliyi, fitnəliyi, boşboğazlığı və s. pis hərəkətləri pisləyən bu
felyeton “Yeni iqbal” qəzetinin 1915-ci il 7 sentyabr tarixli 111-ci nömrə-
sinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Həmin məsələyə (bax: “Yeni iqbal” qəzetinin 111-ci nömrəsində həsr
edilmiş bu yazı “Yeni iqbal” qəzetinin 1915-ci il 8 sentyabr tarixli 112-ci
nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Məra bə xeyri to ümmid nist, şərr mərəsəan” – farscadır; tərcüməsi:
Xeyrinə ümidim yoxdur, ancaq şərr yetirmə mənə.
Müəllifin Azərbaycan xalqının tərəqqisinə inandığını bildirən bu yazı
“Yeni iqbal” qəzetinin 1915-ci il 11 sentyabr tarixli 115-ci nömrəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Zemstvo haqqında” sərlövhəli məqalə “Yeni iqbal” qəzetinin 1915-ci
il 14 sentyabr tarixli 117-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə
dərc edilmişdir.
Ordan-burdan sərlövhəli felyeton “Yeni iqbal” qəzetinin 1915-ci il
21 sentyabr tarixli nömrəsində “Filankəs” imzası ilə dərc edilmişdir.
Ordan-burdan başlığı ilə verilmiş yazı “Yeni iqbal” qəzetinin 1915-ci il
6 oktyabr tarixli nömrəsində “Filankəs” imzası ilə dərc edilmişdir.
Qurban bayramında kəsilən heyvanların dəriləri nəzərdə tutulur.
Qarsda zəlzələdən zərər çəkənlər nəzərdə tutulur.
Rusiyada 1905-ci il inqilabi hərəkatının genişliyindən təşvişə düşmüş
çarizm provokasiyaya əl atmış və Zaqafqaziyada millətlər arasında qırğın
törətmişdi. “İrşad” qəzetinin 1906-cı il 4 fevral tarixli 46-cı nömrəsinin 1-ci
səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc edilmiş “Erməni-
müsəlman sülh məclisinə dair” məqalə həmin məqsədə xidmət etmişdir.
“Müsəlman” – burada və bəzən sonralar azərbaycanlı mənasında
işlədilir. Lakin müəllifin bir çox yazılarında bu məfhum islam dinini qəbul
etmiş xalqlara (o cümlədən Rusiyada yaşayan tatar, qazax, qırğız, özbək, ləzgi,
kumık və s.) və hətta dövlətlərə aid edilir.
Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyli bir-birinin ardınca üç
məqalə yazır. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi maarif
etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15 fevral tarixli 47-
ci nömrəsinin 1-ci səhifəsində, 16 fevral tarixli 48-ci nömrəsinin 1-2-ci
səhifələrində və 20 fevral tarixli 51-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir
bəy Hacıbəyli” imzası ilə dərc edilmişdir.
Türk – burada və bəzən sonralar “azərbaycanlı” mənasında işlədilir.
Lakin söz dırnaq arasına alındıqda qəzet adı kimi verilir.
Madam Papkova – yəni xanım Papkova – müəyyən şəxs deyil, burada
misal üçün göstərilmişdir.
Üzeyir Hacıbəylinin proqressiv, demokratik və internasional görüş-
lərini bildirən, səadətə və xoşbəxtliyə, məhəbbətə və sevgiyə, həmrəyliyə və
həmməsləkliyə çağıran “Biz hamımız qafqazlı balalarıyıq” sərlövhəli məqa-
ləsi “İrşad” qəzetinin 1906-cı il 9 mart tarixli 64-cü nömrəsinin 1-2-ci səhi-
fələrində “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc edilmişdir.
Zəmanənin tələbini düz təyin edən və “Zəhmətsiz bal yemək olmaz”,
zərbi-məsəl ilə cürətsizliyə və acizliyə son qoymağa çağıran “Məruzələ-
rimizdən biri” sərlövhəli məqalə “İrşad” qəzetinin 1906-cı il 14 mart tarixli
67-ci nömrəsinin 2-ci səhifəsində “Ü.Hacıbəyli” imzası ilə dərc edilmişdir.
Bu felyetonda işıqlandırılan bir neçə məsələ o vaxt üçün günün zəruri
məsələləri idi. Müəllif bu məsələləri böyük ustalıqla bir-biri ilə birləşdirmiş-
dir. Felyeton “İrşad” qəzetinin 1906-cı il 14 mart tarixli 67-ci nömrəsinin 3-cü
səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Vitte Serqey Yuleviç (1849-1915) – irticaçı siyasi xadim, 1905-ci il
17 oktyabr manifestinin müəllifi, 1905-1906-ci illərdə çar hökumətinin baş
vəziri idi.
Durnovo Pyotr Nikolayeviç (1844-1915) – irticaçı siyasi xadim, 1905-
1906-cı illərdə çar hökumətinin daxili işlər naziri, inqilabi hərəkatın qəddar
düşməni idi.
Bakı sənaye məktəbi (“Bakinskoe texniçeskoe uçilişe”) tələbələrinin
məktəb direktoru irticaçı, şovinist Mixaylovski əleyhinə yönəlmiş tətilinə
işarədir.
Əqəbə bəndəri – Misir və İordaniya sərhədindədir. O zaman Misir ilə
birlikdə Türkiyə ərazisinə daxil idi. Burda İngiltərənin müstəmləkəçilik
siyasəti ifşa olunur.
“Novoe vremə” – 1868-1917-ci illərdə Peterburqda nəşr edilən
gündəlik qəzetdir, irticaçı dvoryan və bürokrat çinovnik dairələrinin orqanı
idi; qəzetin nəşri 1876-cı ildən qəddar irticaçı A.S.Suvorinin əlində idi.
Çar Rusiyasında ədalətsizliyin hökm sürdüyünü göstərən bu felyeton
“İrşad” qəzetinin 1906-cı il 16 mart tarixli 69-cu nömrəsinin 4-cü səhifə-
sində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Felyetonda beş məsələdən
bəhs olunur. Burada ixtisarla verilir.
XX əsrin əvvəllərində Azərbaycan ərazisi iki quberniya (Bakı və
Yelizavetpol) və bir neçə uyezd adlandırılan inzibati bölgüdən ibarət idi. Qu-
berniyanı qubernator, uyezdi isə uyezd naçalnik idarə edirdi. Cavad uyezdinə
İran sərhədinə yaxın və Kür çayı boyu yerləşən kəndlər daxil idi.
Port-Artur Rusiyanın Uzaq Şərqində mühüm əhəmiyyəti olan limanı
və şəhəri idi. Burada Rus-Yapon müharibəsində yaponlar tərəfindən zəbt
edildiyinə işarədir.
Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il
17 mart tarixli 70-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir. Burada ixtisarla verilir.
Senzorların təzyiqi nəticəsində Türkiyə qəzetlərinin Rusiya və İran
inqilabından heç bir şey yazmayıb susmalarına işarədir.
“Bəs ma betəmaşaye-cəhan amədeim?” – farscadır, yəni: bəs biz
dünyaya tamaşa etməkdən ötrü gəlmişik?
Mərdom betamaşey şemea-amədeənd – farscadır, yəni: camaat sizin
tamaşanıza gəlibdir.
Çar məmurlarının fitnəkarlığını ifşa edən bu felyeton “İrşad” qəzeti-
nin 1906-cı il 22 mart tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir.
Savadsızlığa, nadanlığa, durğunluğa qarşı yönəlmiş bu felyeton
“İrşad” qəzetinin 1906-cı il 24 mart tarixli 76-cı nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Rüşvətxorluğu, mədəniyyətsizliyi ifşa edən və xalqlar arasında dost-
luğa çağıran bu felyeton “İrşad” qəzetinin 1906-cı il 26 mart tarixli 77-ci
nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Çar polis məmurlarının rüşvətxorluğuna həsr edilmiş bu felyeton
“İrşad” qəzetinin 1906-cı il 27 mart tarixli 78-ci nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Çar Rusiyasının daxili vəziyyətini işıqlandıran bu felyeton “İrşad”
qəzetinin 1906-cı il 28 mart tarixli 79-cu nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Yazıda adı çəkilən Menşikov “Novoe vremə” qəzetinin səhifələrində
müntəzəm çıxış edən şəxsdir.
Acizliyə qarşı yönəlmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il
5 aprel tarixli 82-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir. Burada ixtisarla verilir.
“Başı qapazlı”lığa həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı
il 6 aprel tarixli 83-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur. Burada ixtisarla verilir.
Hər ayın 20-də Bakı şəhər idarəsi qulluqçularına maaş verilməsinə
işarədir.
“Qulaqardına” vurmağa həsr edilmiş bu felyeton “İrşad” qəzetinin
1906-cı il 9 aprel tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəl-
lüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir.
Felyetonda adı çəkilən “Tune” o zaman Türkiyədə nəşr olunan qəzetdir.
Polis məmurlarının cəlladlığını ifşa edən bu felyeton “İrşad” qəzetinin
1906-cı il 10 aprel tarixli 86-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir.
Pivovarov – yüksək rütbəli polis məmuru, Şuşada qırğın törətmiş
Cavanşir qəzasının rəisi idi.
“Dərə xəlvət tülkü bəy” sərlövhəli bu felyeton “İrşad” qəzetinin
1906-cı il 11 aprel tarixli 87-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəl-
lüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir.
Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il
14 aprel tarixli 89-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir. Burada ixtisarla verilir.
Kazakların, yəni çar qoşun hissələrinin Azərbaycan və erməni kənd-
lilərini gülləbaran etmələri haqqında söhbət gedir.
Günün cari məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin
1906-cı il 17 aprel tarixli 91-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəl-
lüsü ilə dərc olunmuşdur. Burada ixtisarla verilir.
188, 189
Çar Rusiyasında təsis edilib çar üsul idarəsinə yaxşı xidmət edən-
lərə, ona sadiq olanlara verilən ordendir.
“Tərcüman” qəzeti Bağçasarayda (Krım) nəşr olunurdu. Redaktoru
İsmayıl bəy Qasprinski idi.
Peterburq şəhər hakiminin şəhər axundu M.S.Bayezidova etdiyi tək-
lifə işarədir. Tatar mətbuatından məlum olur ki, 1915-ci ildə M.S.Bayezidov
müfti vəzifəsinə təyin edilmişdi ki, bu da böyük etirazlara səbəb olmuşdur,
çünki onun provokator olduğu yəqin edilmişdir.
Şahtaxtinski (Məhəmmədağa) ikinci Dövlət Dumasının burjua-
mülkədar deputatı, kadet partiyasının tələblərini müdafiə edirdi.
Bir neçə məsələni işıqlandıran bu felyeton “İrşad” qəzetinin 1906-cı il
20 aprel tarixli 93-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü
ilə dərc edilmişdir. Burada ixtisarla verilir.
Günün mühüm məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəze-
tinin 1906-cı il 21 aprel tarixli 94-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Uryadnik – çarizm dövrünün kənd polisi məmuru.
İndiki İstiqlaliyyət küçəsi keçmişdə Nikolayevski adlanırdı.
Okolodoçnik – çarizm dövrünün şəhər polis məmuru.
Kazımov – o zaman azərbaycanlılar arasında yeganə kitab satışı mağa-
zasının sahibi idi. İndiki İstiqlaliyyət və Zərgərpalan küçələrinin tinində
yerləşmiş bu mağazada proqressiv istiqamətli qəzet və jurnallar, o cümlədən
“Molla Nəsrəddin” jurnalı satılırdı.
Bir neçə məsələni birləşdirən bu felyeton “İrşad” qəzetinin 1906-cı il
25 aprel tarixli 97-ci nömrəsinin 1-2-ci səhifələrində “Filankəs” təxəllüsü
ilə dərc edilmişdir. Yazıdakı “qraf Vitye – Portsmut bahadırı” cümləsi, rus-
yapon müharibəsinə son qoymaq məqsədinə yönəldilmiş Portsmut (Birləşmiş
Amerika Ştatlarında şəhərdir) sülh müqaviləsinə işarədir. Bu müqavilə 1905-ci
il 23 avqustda (5 sentyabr) bağlanmışdır.
Birinci Dövlət Dumasının əhəmiyyətinə, qurulmasına və s. həsr
edilmiş bu 6 məqalə “İrşad” qəzetinin 1906-cı il, 11 (№ 110), 12 (№ 111), 14
(№ 112), 15 (№ 113), 16 (№ 114) və 17 may tarixli (№ 115) nömrələrində
Ü.Hacıbəylinin açıq imzası ilə dərc edilmişdir.
Çar Rusiyasında (bütün kapitalist ölkələrində olduğu kimi) dövlət
vergiləri iki cür idi – müstəqim və dolayı: 1) varidata görə – torpaq, mülk
sahiblərindən, varislərdən və s. alınan vergi (prəmoy naloq); 2) gömrük yığımı,
aksizlər – çoxişlənən mallara qoyulan vergilər (kosvennıy naloq).
Yasavul – çar ordusunda zabit rütbəsidir, burada polis məmuru
mənasında işlənmişdir.
Monarxistlər partiyası – Rusiyada hakimiyyətin monarx (padşah)
əlində olmasını tələb edən ən irticaçı partiya idi.
Kadet partiyası – Rusiyada 1905-ci ilin oktyabrında təşkil olunmuş
“xalq azadlığı” şüarı altında inqilab hərəkatını boğmağa çalışan irticaçı
partiya idi. Böyük Oktyabr sosialist inqilabından sonra bu partiya Sovet
hakimiyyətinə qarşı üsyan qaldırmağa səy etmişdir.
“Balaca müsibətlərinə” həsr edilmiş bu felyeton “İrşad”ın 1906-cı il
26 may tarixli 123-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur.
“Kaspi” qəzeti Bakıda rus dilində 1881-1919-cu illərdə nəşr olu-
nurdu.
“Həyat”qəzeti Bakıda 1905-1906-cı illərdə nəşr olunurdu.
Bakı şəhərindən və Bakı quberniyasından Dövlət Dumasına deputat
seçilməsi ərəfəsində yazılmış “Vəkillərimiz nə tövr olmalıdır?” sərlövhəli
siyasi məqalə “İrşad” qəzetinin 1906-cı il 30 may tarixli 126-cı nömrəsinin
1-2-ci səhifələrində “Üzeyir Hacıbəyli” imzası ilə dərc olunmuşdur.
Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı
il 1 iyun tarixli 128-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
çap edilmişdir.
Orijinalda “hansı payız” əvəzinə “hansı palaz” getmişdir.
Port-Artur – Çar Rusiyasının Uzaq Şərqdə hərbi limanı idi. İndi Çin
Xalq Respublikasına daxildir.
Vladivastok – Uzaq Şərqdə mühüm əhəmiyyətə malik şəhərdir.
Dalniy – Çar Rusiyasının Uzaq Şərqdə limanı idi. İndi Çin xalq Respub-
likasına daxildir.
Muqden – (indi Şənyan) – Çin Xalq Respublikasındadır. Müəllif bu şə-
hərlərin adlarını çəkməklə demək istəyir ki, buralarda rus və yapon qoşunları
arasında vuruşma gedir.
Kuropatkin Aleksandr Nikolayeviç (1848-1925) – rus ordusunun
generalı; 1898-1904-cü illərdə hərbi işlər naziri, 1904-1905-ci illərdə Man-
curiyadakı rus qoşunlarının baş komandanı; Rus-Yapon müharibəsində rus
qoşunlarının məğlub edilməsinin müqəssirlərindən biridir.
Toqo – Qərbi Afrikadadır. O zaman burada müstəmləkəçilərə qarşı
üsyan qaldırılmışdı.
Məzmunu mürəkkəb formada verilmiş bu felyeton “İrşad”ın 1906-cı
il 2 iyun tarixli 129-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
çap olunmuşdur.
Bu felyeton, demək olar ki, may ayının 30-da (“İrşad”ın 126-cı nömrə-
sində) çap olunmuş məqalənin davamıdır. Müəllif Azərbaycan xalqının ehti-
yacını bilib müdafiə edən, xalq səadəti uğrunda mərd-mərdanə mübarizə
aparan vəkil seçmək arzusu ilə yaşayırdı. Lakin mayın 31-də Bakı və Yeliza-
vetpol quberniyalarında keçirilmiş seçkilərin nəticələri arzu edildiyi kimi
olmamışdır: Dövlət Dumasına əsas etibarilə burjuaziyanın və mülkədarların
nümayəndələri seçilmişdir, o cümlədən İ.Ziyadxanov (mülkədar), Ə.Xas-
məmmədov (çinovnik, mülkədar), X.Bahadurov (mülkədar), Ə.Topçubaşov,
Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və s. Azərbaycanın işgüzar
ziyalılarından Dumaya ancaq yazıçı Ə.Haqverdiyev seçilmişdir ki, o da
Dumanın işində iştirak etmirdi.
Bu fakt Üzeyir Hacıbəylini narahat etmiş və o, öz etirazını bu yazısında
oxucuya çatdırmışdır.
Müəllif 1906-cı il 31 may seçkilərinin acı nəticələrini nəzərə alaraq
özlərini sosialist adlandıran Bakı menşeviklərinin pozucu təbliğ və hərəkət-
lərini pisləyir.
Azərbaycan kəndlilərinin ağır vəziyyətini işıqlandıran bu məqalə
“İrşad” qəzetinin 1906-cı il 7 iyun tarixli 133-cü nömrəsinin 1-ci səhifəsin-
də “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc olunmuşdur.
Ke əz çəngale gorgəm dər rebudi,
Çe dahəm aqebet gorgəm to budi
– farscadır, Sədidən götürülmüşdür, tərcüməsi:
Məni qurd cəngindən qurtardın,
Nə biləydim ki, özün mənə qurd olacaqsan.
Çar məmurlarının fitnəkarlığını və provokatorluğunu ifşa edən “Bir
tədbir lazımdır, ya yox” sərlövhəli siyasi məqalələr “İrşad” qəzetinin 1906-cı
il 12 (№ 137), 13 (№ 138), 14 (№ 139) və 15 iyun tarixli (№ 140) nömrələ-
rində “Ü.Hacıbəyli” imzası ilə çap olunmuşdur. Burada ixtisarla verilir.
İki qardaş xalqları arasında sülhü bərpa edib, həqiqi dostluq, səmi-
milik, yekdillik yaratmaq məqsədinə xidmət etməli olan “Erməni-müsəlman
şurası”, çarizm provokatorlarının fitnəkarlığı nəticəsində fəaliyyətsizliyə
düçar olmuşdur. Müəllif bu fəaliyyətsizliyin səbəblərini üstü örtülü göstərir.
“İran Rusiyanı yamsılayır” sərlövhəli felyeton “İrşad” qəzetinin 1906-cı
il 15 iyun tarixli 140-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
çap olunmuşdur.
“Millətpərəst” pərdəsi altında gizlənib xalqa yuxarıdan aşağı baxan,
xalqı “qanmaz” hesab edən, Osmanlı türklərin ləhcəsində yazılmış bu tənqidi
felyeton “İrşad” qəzetinin 1906-cı il 18 iyun tarixli 142-ci nömrəsinin 4-cü
səhifəsində “Filankəs” təxəllüsü ilə çap olunmuşdur.
İngiltərə imperialistlərinin vəhşi yırtıcılığını ifşa edən bu məqalə
“İrşad” qəzetinin 1906-cı il 29 iyun tarixli 152-ci nömrəsinin 2-ci səhifə-
sində “Ü” imzası ilə çap edilmişdir.
Sultan Türkiyəsinin pəncəsindən xilas olmağa səy edən Misir XIX əsrin
axırlarında İngiltərə imperialistləri tərəfindən işğal edilir. Misirin Türkiyə
tərkibində qalmasına baxmayaraq, İngiltərə imperialistləri ölkədə müstəm-
ləkə rejimi yaratmışdılar. Məqalə bu rejimə qarşı mübarizədən bəhs edir.
“Gələcəyi unutmayalım” sərlövhəli məqalə “İrşad” qəzetinin 1906-cı
il 4 iyul tarixli 156-cı nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc
olunmuşdur.
Duma vəkillərinin (deputatlarının) acizliyini, çar polis məmurlarının
rüşvətxorluğunu və basqınlığını ifşa edən bu felyeton “İrşad” qəzetinin
1906-cı il 4 iyul tarixli 156-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəl-
lüsü ilə dərc olunmuşdur.
Dövlət şurasına həsr edilmiş bu məqalə “İrşad” qəzetinin 1906-cı il
5 iyul tarixli 157-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc
olunmuşdur.
Xalqın qayğısına qalmayanları, öz şəxsi mənfəətinə çalışanları ifşa
edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 8 iyul tarixli 159-cu nömrəsinin
3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Cüzi ixtisar edilmişdir.
Xalqlar dostluğunu, mehribanlığını möhkəmləndirməyə yönəlmiş bu
məqalə “İrşad” qəzetinin 1906-cı il 9 iyul tarixli 160-cı nömrəsinin 1-2-ci səhi-
fələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
“Qafqazski herold” qəzeti 1906-cı ildə Tiflisdə nəşr edilirdi.
Dövlət Dumasının buraxılmasına həsr edilmiş bu felyeton “İrşad”
qəzetinin 1906-cı il 10 iyul tarixli 161-ci nömrəsinin 3-cü səhifəsində “Fi-
lankəs” təxəllüsü ilə dərc olunmuşdur.
“Müsəlman” vəkillərinin (deputatlarının) Dövlət Dumasında bacarıq-
sızlığını, acizliyini və öz üzərilərinə düşən vəzifəni yerinə yetirməyib, özləri-
nə təsəlli verdiklərini ifşa edən bu məqalə “İrşad” qəzetinin 1906-cı il 11 iyul
tarixli 162-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olun-
muşdur.
Alladin – Dövlət Dumasının vəkili idi.
Daha doğrusu, Ter-Petrosyan – “Daşnaksütyun” partiyasının üzvü,
Dövlət dumasının vəkillərindən biri idi.
Tavriçeski dvores – Peterburqda Dövlət dumasının binası.
“Biz hamımız Qafqaz balalarıyıq” şüarı ilə birliyə, qardaşlığa, həm-
rəyliyə, həqiqi dostluğa çağıran müəllif burada fitnəkarlıqla məşğul olan
daşnakları nəzərdə tutur.
Birinci Dövlət Dumasının buraxılmasının səbəblərini işıqlandıran bu
məqalə “İrşad” qəzetinin 1906-cı il 13 iyul tarixli 164-cü nömrəsinin 1-2-ci
səhifələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
Burada “Rusiya müsəlmanları” məfhumu islam dinini qəbul etmiş və
Rusiya imperatorluğunda yaşayan kiçik xalqları və millətləri birləşdirir. Bir
çox hüquqlardan məhrum olmuş həmin xalqlar və millətlər azadlıq uğrunda
yekdil çıxış etməyə səy edirdilər. “Rusiya müsəlmanlarının” iki dəfə çağı-
rılmış məclisləri baş tutmamışdır. Üçüncü məclisin vəzifələrinə həsr edilmiş
bu məqalə “İrşad” qəzetinin 1906-cı il 21 iyul tarixli 171-ci nömrəsinin 1-ci
səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur.
Nijniy-Novqorod – Rusiyada şəhərdir.
Məktəb məsələləri və ana dilinə həsr edilmiş bu (ikinci) məqalə
“İrşad” qəzetinin 1906-cı il 18 oktyabr tarixli 245-ci nömrəsinin 3-cü səhi-
fəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
Zənnimizcə, “F.A.” XX əsrin əvvəllərində Qori müəllimlər seminariya-
sını bitirmiş, görkəmli maarifpərvər və müəllim Fərhad bəy Ağayevdir. O,
Sovet Azərbaycanının ilk illərində yaradılmış yeni əlifba komitəsinin üzvü
idi; yeni əlifbanın təbliğində böyük aktivlik göstərmişdir.
Üç kilsə – indi Eçmiədzin (Ermənistan) adlandırılır.
Dövlət Dumasına seçilmək arzusu ilə yaşayan və ancaq öz mənafeyini
güdən bir “İntelegentin xəyalı” adlı felyeton “İrşad” qəzetinin 1906-cı il
20 oktyabr tarixli 247-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəl-
lüsü ilə çap olunmuşdur.
Dər in donya kəsi biğəm nəbaşəd
Əgər başəd, bəniadəm nəbaşəd
– farscadır, Sədidən götürülmüşdür, tərcüməsi:
Bu dünyada kimsə qəmsiz bir adam olmaz;
Əgər olsa da, o, adam evladı deyil.
1905-1906-cı illərdə Bakıda çoxlu “könüllü cəmiyyətlər” təşkil olun-
duğunu, lakin əhali arasında mədəni-maarif işlərinin zəifliyini göstərən bu fel-
yeton “İrşad” qəzetinin 1906-cı il 23 oktyabr tarixli 249-cu nömrəsinin 3-4-cü
səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
Çarizm məmurları, çinovnikləri, dövlət idarələri rəhbərlərinin rüşvət-
xorluğunu, dinməver, danışmaver, tərpənməver, baxmaver, eşitməver, bilməver
və s. hallarını ifşa edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 15 noyabr
tarixli 263-cü nömrəsinin 4-cü səhifəsində “Yoldaş” təxəllüsü ilə dərc
olunmuşdur. Felyetonun Üzeyir Hacıbəyli tərəfindən yazıldığı şübhəsizdir.
Azərbaycan xalqının tərəqqisi, maariflənməsi uğrunda, “ad-san” axta-
ranlara qarşı mübarizəyə çağıran “Halımıza dair” sərlövhəli məqalə “İrşad”
qəzetinin 1907-ci il 14 fevral tarixli 25-ci nömrəsinin 1-2-ci səhifələrində
“Üzeyir” imzası ilə dərc olunmuşdur.
“Füyuzat” jurnalı Bakıda 1906-1907-ci ildə nəşr edilirdi. Redaktoru
Əli bəy Hüseynzadə idi.
Şair Naiminin həmin jurnalın 9-cu nömrəsində çap etdirdiyi şeri “Vəl-
vələ və zümzümə” başlığı altında verilmişdir. Məqalə müəllifinin mətndə
verdiyi şeir parçası oradan götürülmüşdür.
Xalqı aldadanlar, başını qırxıb cibini soyanlar, rüşvətxorlar əleyhinə
yönəlmiş və bir növ “Halımıza dair” adlı məqalənin davamı olan bu felyeton
“İrşad” qəzetinin 1907-ci il 15 fevral tarixli 26-cı nömrəsinin 3-4-cü səhi-
fələrində “Filankəs” imzası ilə dərc olunmuşdur. Burada ixtisarla verilir.
1905-ci il inqilabı hərəkatının genişlənməsindən qorxaraq çar höku-
məti, məcburiyyət altında qalıb, Dövlət Dumasının seçilməsinə razı olmuş-
dur. Dövlət Dumasına seçkilər çoxpilləli olub hüquqca bərabər olmayan dörd
kuriya (torpaq sahibləri, şəhər əhalisi, kəndlilər və işçilər) üzrə təşkil olun-
muşdur. Məmləkətdə yaşayan əhalinin yarısından çoxunun (qadınların, kö-
çəri xalqların, hərbi qulluqçuların, 25 yaşı tamam olmamış gənclərin) seçki-
lərdə iştirak etmək hüququ yox idi. Bir vəkil seçməyə hər iki min torpaq
sahibinin, hər otuz min kəndlinin, hər 90 min işçinin hüququ var idi. Hökumət
Dumanın özünü “yola gələn” bir alət etməyə çalışırdı. Çar hökumətinin niy-
yəti o idi ki, duma burjuaziyanı və mülkədarları birləşdirib inqilabı yatırtmağa
can atsın.
Bu hiylələri ifşa edən “ikinci duma” sərlövhəli məqalə “İrşad” qəzetinin
1907-ci il 20 fevral tarixli 29-cu nömrəsinin 2-ci səhifəsində “Üzeyir” im-
zası ilə dərc olunmuşdur.
Dövlət Dumasının (burada söhbət ikinci Dumadan gedir) hökumət
əlində oyuncaq olduğunu “Dörd aşıq” oyununa bənzədən bu felyeton “İrşad”
qəzetinin 1907-ci il 20 fevral tarixli 29-cu nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
“Toxan” və “alçı” keçmişdə aşıq-aşıq oynayan uşaqlar arasında yayıl-
mış termin idi.
Doktor Qarabəy Qarabəyov – burjuaziya əqidəli ictimai xadim idi.
1918-1919-cu illərdə “Əxrar” partiyasının (Azərbaycanda torpaq mülkədar-
larının partiyası) rəhbərlərindən biri idi.
Azərbaycan xalqının zəlil və rəzil halına yanan “Təəssüflər olsun”
adlı məqalə “İrşad” qəzetinin 1907-ci il 23 fevral tarixli 32-ci nömrəsinin 2-ci
səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur.
O il quraqlıq nəticəsində 35000 nəfərdən ibarət Zəngəzur əhalisi aclıq
içərisində idi. “Ürəyi yuxa” adamlar bu barədə hər yerdə danışır, yazır, lakin
aclara kömək etmək üçün heç bir yardım etmirdilər. Belə “ürəyi yuxa”
adamları ifşa edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 23 fevral tarixli
32-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Proqress” (rus dilində) qəzeti 1907-ci ildə Bakıda nəşr olunurdu,
redaktoru Ə. Ağayev idi.
İkinci Dövlət Duması 1907-ci il fevralın 20-də öz işinə başlamışdı.
Birinci duma kimi bu dumanın da tərkibi çar hökumətini açmırdı. Çünki və-
killərinin / -dən az olmayaraq “sol” əqidəli yeni sosial-demokrat (65 nəfər)
və “trudovik” (149 nəfər) partiyalara mənsub vəkillər idilər. Əlbəttə, çox
hissəsi burjua mülkədarlardan ibarət olan Duma məbusları zəhmətkeş xalqı
təmsil etmirdilər. Məqalə müəllifinin yazdığı kimi “onların əsl millət nüma-
yəndələri olacaqlarından əminlik hasil etmək çox müşküldür”. Yeri gəlmiş-
kən qeyd etmək lazımdır ki, Bakı və Yelizavetpol quberniyalarından ikinci
Dövlət Dumasına: Fətəli xan Xoyski (mülkədar, kadet), Xəlil bəy Xasməm-
mədov (mülkədar, kadet), İsmayıl Tağıyev (Hacı Zeynalabdin Tağıyevin
oğlu, tacir, kadet), S.Ter-Avetikyans (çinovnik, daşnak), Mustafa Mahmudov
(çinovnik, kadet), Zeynal Zeynalov (mədən işçisi) seçilmişdilər. Məqalə
müəllifi bunların da “əsl millət nümayəndələri olacaqlarına qəti ümid” bağ-
lamırdı.
“Dumada müsəlman fraksiyası” sərlövhəli məqalə “İrşad” qəzetinin
1907-ci il 25 fevral tarixli 33-cü nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir”
imzası ilə dərc olunmuşdur.
Liberal istiqamətli “Vəqt” qəzeti Ufada tatar dilində nəşr olunurdu.
İkinci Dövlət dumasının azərbaycanlı vəkillərinin fəaliyyətsizliyini,
Bakı qoçularının, çar polisləri və hərbçilərinin küçələrdə atışmalarını, ruha-
nilərinin camaatı soymalarını, Zəngəzurda aclıq çəkən əhaliyə kömək edil-
məməsini, Türkiyə və İran zəhmətkeşlərinin hüquqsuzluğunu ifşa edən
“Rəfiqimdən məktub” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 25 fevral
tarixli 33-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
olunmuşdur.
İkinci Dövlət Dumasına həsr edilmiş bu felyeton “İrşad” qəzetinin
1907-ci il 27 fevral tarixli 34-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Mustafa Mahmudov (çinovnik, kadet) Azərbaycandan ikinci Dövlət
dumasına seçilmiş vəkildir (deputat).
Stolıpin Pyotr Arkadyeviç (1862-1911) 1906-cı ilin əvvəllərində
Rusiyanın daxili işlər naziri, sonralar isə nazirlər şurasının sədri olmuşdur.
İrticaçı idi. Rusiyanın tarixində 1908-1912-ci illər Stolıpin irticası dövrü
adlanır. 1911-ci ildə Kiyev opera teatrında tamaşa zamanı öldürülmüşdür.
Quba meydanı – keçmişdə dükan-bazar, alış-veriş meydanı olmuş,
indi isə Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı
bağça.
Azad mətbuatın vəzifələrini aydınlaşdıran “Hürriyyəti-mətbuat”
sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 1 mart tarixli 36-cı nömrəsi-
nin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
Həqiqi hürriyyət nə olduğunu təbliğ edən və Zəngəzur aclarına
kömək etməyə çağıran bu felyeton “İrşad” qəzetinin 1907-ci il 1 mart tarixli
36-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Bürokrat zübdələrindən, satqın şəxslərdən, fitnəkarlardan təşkil
olunmuş çar Dövlət şurasının iç üzünü ifşa edən “Dövlət şurasının və Rusiya
müsəlmanları” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 2 mart tarixli
37-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur.
Günün yeniliklərinə həsr edilmiş “Tazə xəbərlər” sərlövhəli felyeton
“İrşad” qəzetinin 1907-ci il 2 mart tarixli 37-ci nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Felyeton cüzi ixtisar və redaktə
edilmişdir.
Şəhər idarəsi (qorodskaya uprava) öz işçilərinə, o cümlədən müəl-
limlərə maaşı hər ayın 20-də verirdi. Burada maaşların vaxtında verilmə-
yəcəyinə işarədir.
İran əhli deməklə müəllif maddi cəhətdən çətin güzəran keçirən,
kasıb və yoxsul iranlıları nəzərdə tutur.
Çarizm üsul-idarəsinə qarşı fəaliyyətin genişlənməsinə işarədir.
Çar Rusiyasında mürəkkəb vəziyyət yarandığını bildirən, ikinci Dövlət
Dumasının bu gün-sabah qovulacağını aydın görüb xəbərdarlıq edən “Dövlət
Dumasına dair” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 4 mart tarixli
38-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Çar hökumətinin fitnəkarlığını, xalqları bir-birindən ayırıb özünə tabe
və istismar etmək siyasətini ifşa edən “Dərin quyular” sərlövhəli məqalə
“İrşad” qəzetinin 1907-ci il 7 mart tarixli 40-cı nömrəsinin 3-cü səhifəsində
“Üzeyir” imzası ilə dərc olunmuşdur.
Müəllif şiə və sünni məsələsini düzgün qoyub həll edirsə, islam dinini
qəbul etmiş və Rusiyada yaşamaqda olan xırda millətləri “müsəlman” deyə
birləşdirib yekdil millət hesab etməkdə səhvə yol verir.
Qafqaz xalqlarının dinc, mehriban, qardaşcasına yaşamalarını təbliğ
edən, fitnəkarlığı isə pisləyən “Daha görün nə var” sərlövhəli felyeton
“İrşad” qəzetinin 1907-ci il 7 mart tarixli 40-cı nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Azadlıq uğrunda inqilabi hərəkata inamla dolu olan bu məqalə “İrşad”
qəzetinin 1907-ci il 8 mart tarixli 41-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir”
imzası ilə dərc edilmişdir.
İki məsələyə, o cümlədən Üzeyir Hacıbəylinin yaşadığı “İsmayi-
liyyə” mehmanxanasında polis tərəfindən axtarış aparılmasına həsr edilmiş
bu felyeton “İrşad” qəzetinin 1907-ci il 8 mart tarixli 41-ci nömrəsinin 3-cü
səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Felyeton ixtisar edil-
mişdir.
Millətin, yəni zəhmətkeş xalqın mütləqiyyətlə mübarizədə qalib
gələcəyinə həsr olunmuş “Hökumət və millət” sərlövhəli məqalə “İrşad” qə-
zetinin 1907-ci il 14 mart tarixli 44-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir
imzası ilə dərc edilmişdir.
Birinci Dövlət Dumasının qovulmasını nəzər alan ikinci Duma höku-
mət məramnaməsinin əleyhinə birdən-birə çıxmadı. Dumanın bu hərəkətini
taktika hesab edən “Hökumət bəyannaməsi və Duma” sərlövhəli məqalə
“İrşad” qəzetinin 1907-ci il 13 mart tarixli 43-cü nömrəsinin 2-ci səhifəsində
“Üzeyir” imzası ilə çap olunmuşdur.
İctimai xəstəlik olan yalançılığı, fitnəkarlığı, şeytançılığı və çar
məmurları tərəfindən “erməni-müsəlman” münaqişəsini süni olaraq yarat-
maq siyasətini ifşa edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 13 mart
tarixli 43-cü nömrəsinin 3-4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap
edilmişdir. Felyeton cüzi ixtisar edilmişdir.
“Mşaq” – qaragüruhçu, qatı millətçilər qəzeti, 1872-1920-ci illərdə
Tiflisdə nəşr olunmuşdur.
“Daşnaksütyun” (“İttifaq”) – erməni burjua-millətçi, əksinqilabi par-
tiyadır, XIX əsrin 90-cı illərində yaradılmışdır.
Azərbaycan xalqının mənəvi zənginliyini bildirən, lakin işdə təsadüf
edilən əməlsizliklərə heyifsilənən bu felyeton “İrşad”ın 1907-ci il 14 mart
tarixli 44-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir, felyetonda verilən məsələlərin hamısı Azərbaycan xalqı arasında
geniş yayılmışdır.
Tənqidi şəkildə yazılmış “Suallar və suallara da cavablar” sərlövhəli
felyeton “İrşad”ın 1907-ci il 15 mart tarixli 45-ci nömrəsinin 3-4-cü səhifə-
lərində “Filankəs”təxəllüsü ilə dərc edilmişdir. Felyeton cüzi ixtisarla verilir.
Pobedonostsev Konstantin Petroviç (1827-1907) çar Rusiyasının dövlət
xadimi, qəddar irticaçı, qaragüruhçu, çarizmin fanatik tərəfdarı idi. 1880-
1905-ci illərdə Sinodun (pravoslav ruhanilərinin ali orqanıdır) ober-prokuror
vəzifəsində çalışmışdır.
Bir neçə məsələdən bəhs edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il
20 mart tarixli 48-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir. Yazı cüzi ixtisarla verilir.
Çar Rusiyası qoşunlarının Rus-Yapon müharibəsində məğlub olun-
masına işarədir.
Çar Rusiyasında fitnəkarlıq nəticəsində yəhudilərin qırğınına
işarədir.
“Əcnəbiliyə” uymuş şəxslərə istehzadır.
Səhnəcikdə Azərbaycan zəhmətkeşlərinin (Məşədi Millət) rifah halı
göstərilir və onları həyasızcasına soyub yeyən, yalançı millətpərəstlər ifşa
olunur.
Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1907-ci il
21 mart tarixli 49-cu nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü
ilə dərc olunmuşdur. Burada felyeton ixtisarla verilmişdir.
Qars – Türkiyə şəhəridir. O zamanlar Rusiya ərazisinə daxil idi.
İnqilabi hərəkatı boğmaq və “asayişi qaydaya salmaq” məqsədilə çar
hökuməti ölkədə divani-hərblər qurmuşdur. Bu məsələyə həsr edilmiş “Stolı-
pin və divani-hərb” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 22 mart
tarixli 50-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur.
“Qaranlıqlaşır” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 25 mart
tarixli 52-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur.
Məqalənin inadla deyilmiş son cümləsi – “Qoy indi Rusiyanın əhvalı
qaranlıqlaşsın. Axırda böyük bir işığa münçəlib olacağı şübhəsizdir” – müəl-
lifin inqilab olacağına möhkəm inandığını göstərir.
İkinci Dövlət Duması 1907-ci il fevralın 20-dən həmin il iyulun 2-dək
işini davam etdirmiş, sonradan çar hökuməti tərəfindən qovulmuşdur.
“Russkie vedomosti” qəzeti 1863-1918-ci illərdə Moskvada nəşr
olunurdu. Qəzet liberal-mülkədar və burjuaziya ünsürlərinin siyasi və iqtisadi
görüşlərini əks etdirirdi, 1905-ci ildən sağ kadetlərin orqanı olmuşdur.
Yullus – “Russkie vedomosti” qəzetinin redaktoru, onun xainanə qətli
ilə əlaqədar olaraq Rusiyada yəhudilərə qarşı, biabırçı qırğın və vəhşi
“tədbirlər” tətbiq olunmuşdur.
Korşivan P.A. (1860-1909) – çar Rusiyasında ən sağ firqəyə mənsub
olub, Bessarabiya quberniyasının Kişinyov şəhərindən ikinci Dövlət Duma-
sına deputat seçilmişdir. “Bessarabiya” adlı qaragüruhçu qəzetinin naşiri,
“Druq” adlı qəzetin isə redaktoru; Kişinyovda yəhudi qırğınının təşkilat-
çılarından biri idi.
Pruşkeviç Vladimir Mitrofanoviç (1870-1920) – böyük mülkədar,
qəddar mürtəce, qaragüruhçu; Bessarabiya quberniyasından II, III və IV Döv-
lət Dumalarına seçilmiş deputat; 1905-1907-ci illərdə Rusiyada qaragüruhçu
təşkilatların yaradıcılarından biri idi. Qriqoriy Rasputinin qətlində bilavasitə
iştirak etmişdi. Sovet İttifaqına qarşı xarici hərbi intervensiya zamanı daxili
əksinqilabın ən fəal təşkilatçılarından biri idi.
“Russkoe znamə” – 1905-1916-cı illərdə Peterburqda nəşr olunan
gündəlik qəzet, qaragüruhçu “Soöz russkoqo naroda” partiyasının orqanı idi.
“Çoxluq” sərlövhəli yazı, “Qafqazda müsəlman kəndlisinin halı” və
“Kənd məktəbində” sərlövhəli səhnəciklər “İrşad” qəzetinin 1907-ci il
28 mart tarixli 54-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir.
Səhnəciklər müəllifin yaradıcılıq məharətinin gündən-günə inkişaf
etdiyini, dramaturgiyada sadə üsullar axtarıb tapdığını aydın sübut edir.
Üç məsələni özündə birləşdirən bu felyeton “İrşad” qəzetinin 1907-ci
il 1 aprel tarixli 57-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur.
Müəllifin öz fikrini, dünyagörüşünü və müşahidə etdiyi hadisələri sadə
formada (xüsusilə səhnəciklərdə) və aydın dil ilə oxucuya çatdırmaq bacarığı
diqqəti cəlb edir.
“Fəxr etməliyizmi, məyus olmalıyızmı?” sərlövhəli məqalə “İrşad”
qəzetinin 1907-ci il 2 aprel tarixli 58-ci nömrəsinin 1-2-ci səhifələrində “Ü”
imzası ilə dərc olunmuşdur.
Əcəmistan – əcəmlərin (yəni ərəb olmayanların) yaşadıqları yer, ölkə.
Bu ad ərəblər tərəfindən xüsusilə iranlılara verilmişdir.
Xoftera-xofte key koned bidar – farscadır, Sədidən alınmışdır. Tər-
cüməsi: Yuxuya getmiş yuxuda olanı oyada bilərmi?
“Müsəlmanların halı” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il
2 aprel tarixli 58-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur.
Felyeton ixtisar edilmişdir.
Dövlət Dumasının fəaliyyətinə xas olan hərc-mərcliyi ifşa və tənqid
edən bu səhnəcik “İrşad” qəzetinin 1907-ci il 4 aprel tarixli 60-cı nömrəsinin
3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Yaxın Şərqdə, xüsusilə İranda, çar Rusiyası, Almaniya və İngiltərə
hökumətləri arasındakı ziddiyyəti işıqlandıran “Üçüncü rəqib” sərlövhəli
məqalə “İrşad” qəzetinin 1907-ci il 5 aprel tarixli 61-ci nömrəsində “Üzeyir”
imzası ilə dərc olunmuşdur.
“Oriyent bank” – yəni “Şərqi bank” – Yaxın Şərqdə Almaniya impe-
rializminin “maliyyə dayağı”.
“Slovo” gündəlik qəzet idi, 1903-1909-cu illərdə Peterburqda nəşr
olunurdu.
Çar hökuməti kolonizasiya məqsədilə Rusiya əhalisinin bir hissəsini
orta Rusiyadan Qafqaza güclü köçürtmək siyasətini aparırdı. Müəllif bu mü-
hüm məsələyə münasibətini açıqdan-açığa bildirir və padşahlıq, monastır,
mülkədarların əlində olan yerlərin onlardan alıb kəndlilərə vermək məsə-
ləsini inadla irəli sürür. “Köçürtmək məsələsi” sərlövhəli məqalə “İrşad”
qəzetinin 1907-ci il 10 aprel tarixli 65-ci nömrəsinin 3-cü səhifəsində “Ü”
imzası ilə dərc olunmuşdur.
Əhməd bəy Ağayev – Azərbaycanın ictimai xadimi, 1905-1908-ci
illərdə “İrşad”, 1908-1909-cu illərdə isə “Tərəqqi” qəzetlərinin redaktoru idi.
Günün cari məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin
1907-ci il 12 aprel tarixli 67-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Burası maraqlıdır ki, sonuncu məsələnin – könüllü cəmiyyət qurub onun
nizamnaməsinə riayət etməyənlərin pozğun işləri – mövzusu “Molla Nəs-
rəddin” jurnalından götürülmüşdür. Bu Üzeyir Hacıbəylinin jurnalı müntə-
zəm oxuduğunu, onun istiqamətilə hərəkət etdiyini və onunla həmrəy oldu-
ğunu bir daha sübut edir.
Həm çar Rusiyası, həm də Soltan Türkiyəsi hökumətlərinin hiy-
ləgərliyini, ölkəni viranə etdiklərini ifşa edən bu felyeton “İrşad” qəzetinin
1907-ci il 13 aprel tarixli 68-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur.
Dərs metodikası Üzeyir Hacıbəylini bir müəllim kimi həmişə düşün-
dürürdü. O, hətta dərsliklər də düzəldirdi. Rus dilini azərbaycanlı uşaqlara
öyrətmək məsələsinə həsr edilmiş bu yazı “lal qaydası” metodikasının
tədbirini tövsiyə edən kitabçaları pisləyir. Yazı “İrşad” qəzetinin 1907-ci il
16 aprel tarixli 70-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur. Burada ixtisar və cüzi redaktə edilmişdir.
İstehza ilə yazılmış “Müəllimlər ictimainə dair” felyeton “İrşad”
qəzetinin 1907-ci il 17 aprel tarixli 71-ci nömrəsinin 3-cü səhifəsində “Filan-
kəs” təxəllüsü ilə dərc olunmuşdur.
Bakının “abadlaşmasına” həsr olunmuş bu felyeton “İrşad” qəzetinin
1907-ci il 22 aprel tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc edilmişdir. O zamandan 60 il keçmişdir. Bugünkü Bakı
tanınmaz olmuşdur.
“Passaj qabağı” – küçə, o zaman gəzinti yeri idi.
Divani hərbin ləğvinə həsr edilmiş “Birinci şadlıq” sərlövhəli yazı
“İrşad” qəzetinin 1907-ci il 24 aprel tarixli 75-ci nömrəsinin 1-ci səhifəsində
“Ü” imzası ilə dərc olunmuşdur.
“Müsəlman kəndlisinin siyasi söhbəti” sərlövhəli yazı “İrşad” qəze-
tinin 1907-ci il 26 aprel tarixli 77-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur. Bu məsələdən başqa felyetonda üç qeyri
məsələdən də danışılır, onlar ixtisar edilmişdir.
Əxlaq məsələlərinə həsr edilmiş “Bir şvesarlı ilə bir müsəlmanın söh-
bəti” adlı felyeton “İrşad” qəzetinin 1907-ci il 29 və 30 aprel tarixli 79 və 80-ci
nömrələrinin 4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
İkinci Dövlət Dumasının tərkibindəki “Müsəlman fraksiyası”nın
fəaliyyətini böyük bir diqqətlə izləyən Üzeyir Hacıbəyli “Tərcüman” qəze-
tinin “sükut etmək” təklifini rədd etmiş və öz münasibətini “Tərcüman” nə
deyir, nə söyləyir?” sərlövhəli məqaləsində bildirir. Məqalə “İrşad” qəze-
tinin 1907-ci il 4 may tarixli 82-ci nömrəsinin 1-2-ci səhifələrində dərc
olunmuşdur.
“Tərcüman” qəzetini barama qurduna bənzədən bu məqalə “İrşad”
qəzetinin 1907-ci il 4 may tarixli 82-ci nömrəsinin 4-cü səhifəsində “Filan-
kəs” təxəllüsü ilə dərc olunmuşdur.
“Dövlət Duması” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 6 may
tarixli 83-cü nömrəsinin 2-ci səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur.
Dövlət Dumasının 4 may məclisini təsvir edən bu səhnəcik “İrşad”
qəzetinin 1907-ci il 8 may tarixli 84-cü nömrəsinin 3-4-cü səhifələrində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Səhnəcikdə çıxış edən şəxslər
Dumanın deputatlarıdır.
Mətbuat vasitəsilə intriqa salan şöhrətpərəstlərə qarşı yönəldilmiş bu
yazı “İrşad” qəzetinin 1907-ci il 9 may tarixli 85-ci nömrəsinin 4-cü
səhifəsində “Əz tərəfi Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Birisi təxəllüsü ilə yazan Nəcəf bəy Vəzirovdur. Mübahisə sonralar da
davam edir. “Tazə həyat” – 1907-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik
qəzet (redaktoru Haşım bəy Vəzirov) idi.
“Qarabağda yer məsələsi” və “Eşitdiyimiz xəbərlər” sərlövhəli yazılar
“İrşad” qəzetinin 1907-ci il 16 may tarixli 90-cı nömrəsinin 4-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc olunmuşdur.
Köhnəlmiş və çürümüş qanun və qaydaların aradan götürüləcəyini
aydın görən müəllif öz fikrini “Müdhiş və etiraz” sərlövhəli məqaləsində
söyləmişdir; bu məqalə “İrşad” qəzetinin 1907-ci il 17 may tarixli 91-ci
nömrəsinin 2-ci səhifəsində “Ü” təxəllüsü ilə dərc edilmişdir.
Müəllimlər arasında genişlənən demokratik hərəkatın qabağını
almaq məqsədilə çar hökumətinin maarif naziri “İznnamə” şəklində əmr
vermişdir.
İki məsələyə həsr edilmiş bu yazı “İrşad” qəzetinin 1907-ci il 22 may
tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
olunmuşdur.
“Sabir əfəndiyə” cavab “Birisi” ilə aparılan (b a x: “İrşad”, 1907-ci il
9 may № 85) mübahisənin davamıdır.
Yazıçı Haşım bəy Vəzirov vaxtilə Şuşada məktəb direktoru idi; Üzeyir
Hacıbəyli ilk təhsilini bu məktəbdə almışdır.
“Sədinin tənqid” sərlövhəli felyeton “İrşad”ın 1907-ci il 24 may
tarixli 96-cı nömrəsinin, “Sədini tənqid, Hafizi tərif” isə 25 may tarixli 97-ci
nömrəsinin 4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“İanə təqsimi” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 27 may
tarixli 98-ci nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olun-
muşdur.
Ruhaniləri tənqid edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il
27 may tarixli 98-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc olunmuşdur.
“Stolıpin xəyalı” adlı yazı “İrşad” qəzetinin 1907-ci il 30 may tarixli
100-cü nömrəsinin 4-cü səhifəsində “Bu xəyalı duyan “Filankəs” imzası ilə
çap olunmuşdur. Duyğunun dürüst olduğu maraqlıdır. Məlum olduğu kimi,
Stolıpin xəyalı iyunun 3-də (yəni bu yazıdan üç gün sonra) həqiqətə çevrildi:
hökumət ikinci Dumanı qovdu, sosial-demokrat fraksiyasına daxil olan depu-
tatları həbsə aldı və seçkilər haqqında yeni qanun verdi.
Keşiş, molla, ravin, mahrasa – ruhani xidmətçilərdilər.
“Bizə dair”, “İrana dair”, “Firəngistana dair” yazılar “İrşad” qəzetinin
1907-ci il 1 iyun tarixli 102-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs”
təxəllüsü ilə dərc olunmuşdur. Burada cüzi ixtisarla verilir.
“Məclisi-məbusanimizdə nə olur” sərlövhəli məqalə “İrşad” qəze-
tinin 1907-ci il 3 iyun tarixli 103-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir”
imzası ilə dərc olunmuşdur.
İkinci Dövlət Dumasının qovulduğu ərəfədə bu cür məqalənin yazılması
müəllifin ölkənin vəziyyətindən yaxşı xəbərdar olduğunu sübut edir.
“Rəfiqimdən məktub” sərlövhəli yazı “İrşad” qəzetinin 1907-ci il
8 iyun tarixli 107-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə
dərc edilmişdir.
“Molla Nəsrəddin” və “Telefon ilə söhbət” sərlövhəli yazılar “İrşad”
qəzetinin 1907-ci il 12 iyun tarixli 109-cu nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə çap edilmişdir. Yazıdan bir xəbər (“Durnovun” bic-
liyi) ixtisar edilmişdir.
Çarizm zamanı mətbuatın təqib olunduğunu bildirən bu yazı “İrşad”
qəzetinin 1907-ci il 13 iyun tarixli 110-cu nömrəsinin 3-cü səhifəsində
“Filankəs” təxəllüsü ilə dərc edilmişdir.
“Əşar” sərlövhəli tənqidi felyeton “İrşad” qəzetinin 1907-ci il 14 iyun
tarixli 111-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir.
“Məişətimizdən” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 17 iyun
tarixli 113-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc
edilmişdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 54

Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.

2 мин
Ordan-burdan 55

Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.

1 мин
Ordan-burdan 56

Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!

1 мин
Ordan-burdan 57

Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.

1 мин

Стихи других поэтов