Musiqidə xəlqilik
Страница 4 из 4 · 75%
L
Layənşüur (ə) – qeyri-şüuri, düşünmədən.
Ləin (ə) – məlun, lənətlənmiş.
Ləziz (ə) – ləzzətli, dadlı.
Ləzzətyab (ə. f.) – ləzzət alan, zövq alan.
Lillahil həmd (ə) – şükr Allah üçündür.
Lövhəqillah (ə) – Allah eləməsin.
M
Masəva (ə) – başqa, savayən.
Mazipərəst (ə. f.) – köhnəpərəst.
Mehmannəvaz (f) – qonaqpərvər, qonağa hörmət edən.
Məbədgah (ə. f.) – ibadətgah, məbəd.
Məbləqpərəst (ə) – pulgir.
Məəhazi (ə) – bununla belə.
Məfluc (ə) – iflic olmuş.
Məfluk (ə) – yazıq, fəlakətə düşmüş.
Məğbun (ə) – aldanmış.
Məhafili-tüccariyyə (ə) – tacirlər yığıncağı.
Məhavil (ə) – məclislər.
Məhəlgüzar (ə) – sayan, məhəl qoyan.
Məhqub (ə) – utanmış.
Məhluk (ə) – həlak olmuş.
Məkatib (ə) – məktəblər.
Məqal (ə) – söz, danışıq.
Məqdur (ə) – mümkün olan, imkan daxilində, tale.
Məqhur (ə) – qəhərli, qəhərlənmiş.
Məqul (ə) – ağılkəsən, ağıllı.
Məluləngiz (ə) – qəmli, kədərli.
Məluni (ə) – lənətə gəlmə, lənətləmə.
Məmat (ə) – ölüm, yoxluq.
Məmən (ə) – əmin-amanlı yer.
Məmur (ə) – qulluqçu, işçi.
Mənfa (ə) – sürgün.
Mənidar (ə) – mənalı.
Mərbut (ə) – rabitəli, əlaqəli, bağlı.
Mərəffəhülhal (ə) – xoşbəxt həyat, ləzzətli həyat.
Məsun (ə) – qorunmuş.
Məşəqqət (ə) – çətinlik, sıxıntı.
Məşhun (ə) – doydurulmuş, tox.
Məşkuk (ə) – şübhəli.
Məşrutə (ə) – konstitusiyalı, konstitusiya.
Məşvərət (ə) – məsləhət.
Mətəvil (ə) – varlı, dövlətli.
Mətin (ə) – mətanətli, sabatlı.
Mətlub (ə) – istək.
Məyub (ə) – eybəcər.
Məzərrət (ə) – zərərvermə, zərər.
Məzkur (ə) – zikr olunan.
Məzmum (ə) – danlanmış.
Millətli-müyəmmədin (ə) – mədəni millətlər.
Mouze (ə) – yer.
Movcib (ə) – səbəb, bais.
Möhtəviyyat (ə) – içindəkilər, mündəricat.
Mösüq (ə) – inanılmış.
Mutəceyyic (ə) – həyəcanlı, acıqlı.
Müamilə (ə) – sələm.
Mübaşir (ə) – idarə edən, dolandıran.
Mücadilə (ə) – savaşma.
Mücahidə (ə) – çalışma, çarpışma.
Mücməl (ə) – xülasə, sözün qısası.
Müdhiş (ə) – dəhşətli.
Müəddəd (ə) – cullanmış.
Müəkkid (ə) – bərkidilmiş, möhkəmləndirilmiş.
Müəlləm (ə) – oxumuş, elmli.
Müəssir (ə) – təsirli.
Müəttir (ə) – ətirli, xoş iyli.
Müəzzəm (ə) – böyük.
Müfəttin (ə) – üfunətli, pis iyli.
Müfid (ə) – faydalı, mənfəətli.
Mühacir (ə) – siyasi qaçqın.
Müxasimə (ə) – düşmənçilik.
Müxtəs (ə) – məxsus.
Müin (ə) – köməkçi.
Mükəddər (ə) – kədərli.
Mükəddər (ə) – qəmli.
Müqtədir (ə) – qüdrətli, iqtidarlı.
Mülabəsə (ə) – polyar.
Mülatifə (ə) – iltifat, yaxşı qəbul etmək.
Mümtaz (ə) – imtiyazlı, üstün.
Münaziə (ə) – höcətləşmə, mübahisə, mübarizə.
Münbit (ə) – məhsuldar.
Müncərr (ə) – nəticələr.
Münhəzim (ə) – basılmaq.
Münqəlib (ə) – şəklini dəyişmiş, devrilmiş, yıxılmış.
Münqəriz (ə) – puç olmaq.
Münsif (ə) – insaflı.
Müntəzir (ə) – gözləyən, intizarda olan.
Mürami (ə) – məramnaməyə uyğun gələn.
Mürəvvici-əfkar (ə) – fikirləri yayan.
Mürtəkib (ə) – pis işlərlə məşğul olan, günahkar.
Mürur (ə) – keçmə, ötmə.
Müruri-zaman (ə) – vaxt keçdikcə.
Müsai (ə) – zəhmət.
Müsaid (ə) – kömək edən, əlverişli, münasib.
Müsaidə – icazə.
Müsamihə (ə) – səhlənkarlıq, üzristəmə, əfvetmə.
Müsamirə (ə) – konsert.
Müsəbbib (ə) – səbəb olan.
Müsəllət etmək (ə) – salmaq.
Müsinn (ə) – yaşlı.
Müsnəd (ə) – isnad edilən.
Müstəqbəl (ə) – keçmiş, qabaqkı.
Müstəməl (ə) – işlənən.
Müstəşərrik (ə) – iştirak edən, iştirak.
Müstovlid (ə) – doğan, əmələ gələn.
Müstövmed (ə) – doğulmuş.
Müşkül (ə) – çətin, ağır, əngəl.
Müşkülat (ə) – çətinliklər, əngəllər.
Mütabiq (ə) – uyğun.
Mütəəffin (ə) – üfunətli, üfunətlənmiş.
Mütəəllim (ə) – tələbə, şagird.
Mütəəsib (ə) – təəssübçəkən.
Mütəməddin (ə) – mədəni, mədəniyyətli.
Mütənəffir (ə) – nifrət olunan.
Mütəvəccehən (ə) – üz tutub.
Müti (ə) – itaətkar, itaət edən.
Müttəie (ə) – xəbərdar.
Müvasilət (ə) – qovuşmaq.
Müvəkkəl (ə) – vəkil edilmiş.
Müvərri (ə) – tarixçi, salnaməçi.
Müvəzzir (ə) – vəzifəli.
Müyyəfiqulqövl (ə) – yekdil, bir sözlü.
Müzayiqə (ə) – çətinlik, ehtiyac, əsirgəmə.
Müztər (ə) – məcbur edilmiş.
Müzürr (ə) – zərərli, ziyan verən.
N
Nabud (f) – yoxlama, məhvolma.
Nafe (ə) – faydalı, mənfəətli.
Nagüvara (f) – ürəkbulandıran, çətin həzm olunan.
Namücməl (f. ə.) – ətraflı.
Namüsaid (ə) – müsaid olmayan, arzu edilməyən.
Narəva (f) – rəva görülməyən, yaraşmayan.
Naşi (ə) – nəşət edərək.
Natiqi-bəlik (ə) – gözəl nitq edən.
Nayab (ə) – tapılmayan.
Nəhr (ə) – çay, dəniz.
Nəhusət (ə) – nəhəlik, uğursuzluq.
Nəsb (ə) – sancmaq.
Nəşvü-nüma (ə. f.) – yayılma, böyüyüb artma.
Nəvcad (f) – təzə çörək, yumşaq çörək.
Nihadi qəlb (ə) – ürəyi incidən.
Nimmürdə (f) – yarımcan.
Nist (f) – yox.
Nistu nabud (f) – yoxetmə.
Niyaz (ə) – yalvarma, duaetmə.
Nüdrətən (ə) – nadir halda, çox az.
P
Peyda (f) – aşkar, mövcud olan, zühur edən, üzə çıxan.
Peyrövlər (f) – arxasınca, dalınca gedənlər.
Pədər (f) – ata.
Pəsəndidə (f) – geri qalmış, artıq, qalıq.
Pişəzvəxt (f) – qabaqcadan.
Pişrövlər (f) – qabaqda gedənlər.
R
Rabiən (ə) – dördüncü.
Rakib (ə) – durğun, sakit.
Raz (f) – sirr.
Rəf (ə) – aradan qaldırma.
Rəfət (ə) – rəhm, mərhəmət.
Rəftyari-zümkaranə (f. ə.) – zülmkarcasına rəftar.
Rəncidəxatir (f. ə.) – qəlbisınıq, qəlbiincimiş.
Rəzalət (ə) – alçaqlıq, biabırçılıq, eyib.
Rical (ə) – kişilər.
Riqqəti-qəlb (ə) – qəlbətoxunma, ürək inciməsi.
Rizq (ə) – azuqə, ərzaq, nemət.
Rövanə (f) – yollamaq, göndərmək.
Rövzə (ə) – bağ, güllük, bağça-bağ, behişt.
Ruzi (f) – azuqə, gündəlik yeməli şey.
S
Sabitqədəm (ə) – möhkəm.
Sadir (ə) – verilən, elan olunan, baş verən.
Sahəti aləm (ə) – yer üzü.
Salisən (ə) – üçüncü.
Saniyən (ə) – ikinci.
Savab (ə) – doğru.
Səbükəqil (f) – yüngülağıl.
Sədayi-vicdan (ə) – vicdan səsi.
Səddi-ahənin (ə. f.) – dəmir sədd.
Səğir (ə) – kiçik.
Səhih (ə) – doğru, düzgün.
Sələf (ə) – babalarımız.
Səmi (ə) – etibar, qulaq asmaq, dinləmək.
Sərazir (f) – enmək, düşmək.
Sərfi-məsai (ə) – səy etmək, çalışmaq.
Səza (f) – layiq.
Sikkə (ə) – kəsilmiş metal pul.
Siqlət (ə) – ağırlıq.
Sirqət (ə) – oğurluq.
Suziş (f) – ürək yanğısı, ah-nalə.
Ş
Şafi (ə) – şəfa verən, kifayətedici.
Şayifə (f) – layiq.
Şetənətkafanə (ə. f.) – şeytancasına.
Şədid (ə) – güclu, kəskin, ağır.
Şərməndə (f) – xəcalətli.
Şəşəə (ə) – cəlal, parlaqlıq.
Şuriş (f) – qarışıqlıq, çaxnaşma.
Şuru (ə) – başlama, girişmə
T
Tabu-tavan (ə. f) – qüvvət, möhkəmlik.
Tammə (ə) – tamam, tam, bütün.
Tavanad (f) – dövlət, bacarıq.
Tedad (ə) – say, sayma, miqdar, qədər.
Təat (ə) – Allaha ibadət etmək.
Təbdil (ə) – dəyişmə, tərcümə.
Təbi (ə) – nəşr edilmiş, çap edilmiş.
Təcəddüdxah (ə. f.) – yenilik tərəfdarı.
Tədabiri-cəbri (ə) – məcburi tədbirlər.
Tədafə (ə) – müdafiə etmək.
Təərdi (ə) – zülm.
Təərüz (ə) – əluzatma, basqın.
Təfərrücgah (ə. f.) – ürək açan yer, seyr yeri.
Təfəvvüq (ə) – üstunlük, üstün olma.
Təğəyyurat (ə) – dəyişikliklər.
Təğyir (ə) – dəyişdirmə, xarabetmə, pozma.
Təhdid (ə) – hududlandırmaq, azaltmaq.
Təhəkküm (ə) – hakimlik etmək.
Təhəmmül (ə) – səbir, dözmək.
Təhsin (ə) – bəyənmə, əhsən, afərin demə.
Təxlis (ə) – xilas.
Təkamül (ə) – təkmilləşmə, kamala çatma.
Təkfil (ə) – zaminəvermə, öhdəsinəvermə.
Təqaza (ə) – tələb, istəmə.
Təqbih (ə) – pisləmə, bəyənməmə.
Təqləül (ə) – yerindən qaldırmaq.
Təqviyə (ə) – qüvvətlənmək.
Təlqin (ə) – öyüd, nəsihət, ölü basdırıldıqdan sonra oxunan dua.
Təmah (ə) – tamah.
Təməddün (ə) – mədəni olma, mədəniyyət.
Təməllük (ə) – bir şeyə sahib olmaq.
Təməllüq (ə) – yaltaqlıq.
Təmiq (ə) – dərin.
Tənəffur (ə) – nifrətetmə, iyrənmə.
Tənəzzül (ə) – enmə, aşağıdüşmə, özunü sadə tutma.
Tənzim (ə) – sıralama, nizamasalma, yolunaqoyma.
Tərcih (ə) – üstün tutma, bəyənmə.
Tərəqqiyi-məkusə (ə) – əks tərəqqi, əks inkişaf.
Təriq (ə) – yol.
Tərzi-idarə (ə) – idarə üsulu.
Təsəllibəxş (ə. f.) – təsəlliverən, təsəlliverici.
Təsəlliyab (ə. f.) – təsəlli tapan.
Təsənnün (ə) – sünnilik.
Təsmiyə (ə) – adlandırmaq.
Təsviyə (ə) – ləğv etmək.
Təşbih (ə) – oxşatma, bənzətmə.
Təviq (ə) – nəzər duası, həmayil, gözmuncuğu.
Təzvir (ə) – hiylə, kələk.
Tiəzvəqt (f) – qabaqcadan.
Tizkar (ə) – yadasalma, xatırlatma.
Tosif (ə) – bəyanetmə, izahetmə.
Tosil (ə) – təvəssül, yalvarmaq, vasitə salmaq.
Tovfiq (ə) – uyğunlaşdırma, müvafiq.
Tuğyan (ə) – coşmaq.
Tücariyyə (ə) – tacirlər, tacirlərə aid olan.
Türbət (ə) – muqəddəs yerdən göturülən torpaq, müqəddəs şey.
Ü
Üdəba (ə) – ədiblər.
Ümdə (ə) – başlıca.
Ürf (ə) – adət, ənənə.
V
Vəfaq (ə) – birlik, uyğunluq.
Vəxamət (ə) – təhlükə.
Vüquf (ə) – xəbərdarolma, bilmə; durma, duruş.
Vüsət (ə) – genişlik; bolluq, yayılma.
Vüzəra (ə) – vəzirlər, nazirlər.
Y
Yovmi-vüqu (ə) – baş verən gün.
Z
Zəbərdəst (f) – qüvvətli, qoçaq, igid.
Zəlalət (ə) – əziyyət, əzab.
Zəlil (ə) – həqir, yazıq.
Zəmm (ə) – məzəmmət.
Zəvatə (ə) – adamlar, zatlar, əsillər.
Ziqiymət (ə) – qiymətli, bahalı.
Zirdəst (f) – əlaltı.
Zübdə (ə) – iri, seçilmiş, görkəmli.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-musiqide-xelqilik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.
Ordan-burdan 55Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.
Ordan-burdan 56Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!
Ordan-burdan 57Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.
Стихи других поэтов
Məni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmazKönül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
کبوتری، سحر اندر هوای پروازیبه بام لانه بیاراست پر، ولی نپرید