Bir şvesarlı ilə bir müsəlmanın söhbəti

M ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?

Ş v e s a r l ı. Bəli, adamdırlar, necə?

M ü s ə l m a n. Heç, elə-belə soruşurdum. Deməli sizdə də bəy, xan, dövlətli və qüvvətli adamlar var?

Ş v e s a r l ı. Bəli, hamısı var!

M ü s ə l m a n. Bəs sizin o kasıblarınız və zəifləriniz, zadınız nə təhər dolanırlar?

Ş v e s a r l ı. Kasıblarımız öz kəsbinə məşğuldur, zəiflərə də qüvvətli adamlar kömək eləyirlər...

M ü s ə l m a n (təəccüblə). Necə yəni?

Ş v e s a r l ı. Necə “necə yəni?”

M ü s ə l m a n. Axı, sən deyirsən ki, zəiflərimizə qüvvətli adamlarımız kömək eləyir, onda bəs, deməli, siznən bizim aramızda asimanü zəmin təfavüt var!

Ş v e s a r l ı (təəccüblə). Necə yəni?

M ü s ə l m a n. Necə “necə yəni?”.

Ş v e s a r l ı. Axı sən deyirsən ki, zəif adamlarımıza qüvvətlilərimiz kömək eləyirsə, sizinlə bizim aramızda asimanü zəmin təfavüt var. Bəs, onda deməli, sizin işiniz tərsinə düşüb.

M ü s ə l m a n (təəccüblə). Necə yəni?

Ş v e s a r l ı. Necə “necə yəni?”.

M ü s ə l m a n. Axı, sən deyirsən ki, sizin işiniz tərsinə düşüb nədir, nədir sizin qüvvətli adamlarınız zəif adamlarınıza kömək eləyir. Amma bizimki eləmir, halbuki, “avandına” düşən elə əsil bizimkidir. Çünki zəif yaranıbdır ki, zəif olsun, qüvvətli də yaranıbdır ki, qüvvətli olsun. Daha burada kömək, filan yəni çi?

Ş v e s a r l ı. Necə “necə yəni kömək, filan yəni çi?”

M ü s ə l m a n. Necə “necə yəni kömək filan yəni çi”?

Ş v e s a r l ı. Axı, sən deyirsən ki, zəif, zəif yaranıb, qüvvətli də qüvvətli. Kömək, filan da lazım deyil. Bəs, deməli, onda dünya elə bir sinif adamlardan ötrü yaranıbdır?

M ü s ə l m a n. Necə yəni?

Ş v e s a r l ı. Necə “necə yəni?”

M ü s ə l m a n. Axı, sənin sözündən bu çıxır ki, guya qüvvətli gərək zəifə kömək edə, bəs, yaxşı, bəlkə onda birdən qüvvətli kömək elədi, zəif də qüvvətləndi, onda nə?

Ş v e s a r l ı. Necə yəni?

M ü s ə l m a n. Necə “necə yəni?”.

Ş v e s a r l ı. Axı, sən deyirsən ki, bəlkə zəif qüvvətləndi, onda nə? Elə bizim də istədiyimiz zəifin qüvvətlənməsi deyilmi?

M ü s ə l m a n. Necə yəni?

Ş v e s a r l ı. Necə “necə yəni?”

M ü s ə l m a n. Axı, sən deyirsən ki, bizim də istədiyimiz zəifin qüvvətlənməsidir. Deməli, onda siz allahsız iş görmək istəyirsiniz?

Ş v e s a r l ı. Necə yəni?

M ü s ə l m a n. Necə “necə yəni?”

Ş v e s a r l ı. Axı, sən deyirsən ki, onda allahsız iş görmək istəyirsiniz. Deməli, sizlərdə zəif qüvvətlənsə vay qüvvətlinin halına, halbuki bizlərdə zəif qüvvətlənsə qüvvətli də rahət olar.

M ü s ə l m a n. Necə yəni?

Ş v e s a r l ı. Necə “necə yəni?”

M ü s ə l m a n. Axı, sən deyirsən ki, sizlərdə zəif qüvvətlənsə, qüvvətli də rahat olar. Sözün doğrusu, görünür ki, siz çox qəribə tayfasınız?

Ş v e s a r l ı. Xeyr, qəribə tayfa sizsiniz ki, zəif adamlarınızın qüvvətlənməsindən qorxursunuz.

M ü s ə l m a n. Xeyr, qəribə tayfa, sizsiniz ki, öz xeyri-şərinizi bilmirsiniz!

Ş v e s a r l ı. Ha, ha, ha, ha!..

M ü s ə l m a n. Zəhrimar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 86

Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan.Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü. Canlar güdaza getdi. Camaat dedi: “Alacağam”. Hökumət dedi: “Verməyəcəyəm”. Camaat dedi: “Öləsən də alacağam”. Hökumət dedi: “Öləsən də verməyəcəyəm”. Xülasə, indi də elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir.

2 мин
Dövlət şurası və Rusiya müsəlmanları

Biz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur.Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi-vücud etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudiədəm – nə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu.

2 мин
Ordan-burdan 87

Tazə xəbərlərBakıda – işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat.

1 мин
Ordan-burdan 88

Dövlət dumasına dairBir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.

2 мин

Стихи других поэтов · Сатира