Ordan-burdan 108
“Tərcüman” qəzetəsi və barama qurdu
Bütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda.
İndi, qəzetələr babası olan “Tərcüman” qəzetəsi dəxi nə təhər olubdursa, barama qurdu kimi “oyun” çıxartmaq istəyir.
“Tərcüman” qəzetəsinin əvvəl bir yarısı rusca və bir yarısı da müsəlmanca çıxırdı. Amma sonra müsəlman qəzetələri artan zaman “Tərcüman” birdən-birə rus dərisini çıxardıb, müsəlman şəklində qaldı. Amma, yenə bu axır vaxtlar bəzi vaxt rus kürkünü yadından çıxartmayıb, hərdən bir, bir qolunu geyir. Bu “Tərcüman”ın zahiri üzü. Amma dərd burasıdır ki, “Tərcüman”ın batini üzü də zahirisinə cavab verir. Mənim yadımdadır ki, lap əvvəl “Tərcüman” biz müsəlmanları ruslara bitişdirmək istəyirdi... hə, uzun məsələdir. Sonra müsəlman qəzetələri çıxan zaman daha bitişdirmək istəmədi. Vallah indi də heç anlamaq olmur ki, “Tərcüman” babamız bizi kimə bitişdirmək istəyir. Doğrudur, çox deyir ki, ay “türk” belə gəldi, belə getdi, “müsəlman” belə oldu, amma... belə çox məzəlidir ey, qanmaq olmur ki, axı görək bu səfər bizi kimə bitişdirmək istəyir. Hə... qərəz, biz burasını bilirik ki, barama qurdunun sifətdən-sifətə düşməyi Allah-taalanın böyük bir hikmətidir ki, onu anlamaq çox çətindir.
Bəs, görəsən “Tərcüman”ın bu sifətdən-sifətə düşməyi kimin hikmətidir ki, onu da başa düşmək belə çətindir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-108
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Ordan-burdan 81Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
İkinci DumaBu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.
Ordan-burdan 82Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir.Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar.
Стихи других поэтов · Сатира
“Zəhlə töküb yazma” – deyənlərəYazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
El deyir:Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,