Ordan-burdan 122
Məişətimizdən
– Kərbəlayı Məmmədcəfər salaməleyküm!
– Əleyküməssəlam.
– Hara belə yügürürsən?
– Heç, bu yanda tələsik bir işim var! – Ya Allah!
– Ya allah...
– Xoş gördük!
– Xoş baxtın olsun (ürəyində: “Ağzımda dedim ki, tələsirəm”).
– Səlamətsənmi?
– Allaha şükür səlamətəm, ancaq, burda məni bərk gözləyirlər!
– Necə dolanırsan?
– Şəfaətin artıq olsun (ürəyində: “Əl çəkməyəcək də”).
– Canın başın sağdırmı?
– Çox sağ olasan (A sırtıq oğlu, axı kişilər orda məni gözləyirlər).
– Lap səlamətsənmi?
– Şükür olsun allaha! (Qəribə qanmaz kişidir).
– Əhvalın necədir?
– Ömrünüzə duaguyam, amma bir az vacib işim var, çox bərk tələsirəm...
– Onun zərəri yoxdur, hamı elə olur. Keyfin necədir?
– Keyfin yaxşı olsun! (A nanəcib oğlu nanəcib.)
– Bəs, niyə heç görünmürsən?
– Vallah həmişə tələsik işim olur, bax elə indi bu saat elə vacib tələsik işim var ki, bir saniyə geciksəm olmaz.
– Həmişə bazarın olsun!
– Allah səndən razı olsun! (Bir dəli şeytan deyir, vur beyni dağılsın!)
– Papiros çəkmirsən?
– Çox sağ ol (məlun!), hələ ki xudahafiz.
– Gedirsən? Xudahafiz!
– Kərbəlayı Məmmədcəfər, harda qalmışdın?
– Əşi, allah mərdumazara lənət eləsin. Məşədi Səfi məni qoyurdu ki, gələm.
– Pəh, pəh! Xalq səni gözlədi, gözlədi, axırda gördülər ki, gəlmədin inciyib çıxıb getdilər.
– Əşi, nə deyirsən?
– Vallah, atamın goru haqqı!
– Buy, sənin evin yıxılsın Məşədi Səfi! Əşi, bilmirəm sırtıqoğlu sırtıq, hardan mənə belə əziz çıxıb, qəribədir, vallah bizim işimiz!
A t a l a r s ö z ü: Hər görüşə yarım saat vaxt sərf eləsən, onda gərək ömrümüzün yarısına qələm çəkək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-122
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür.
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardırAzərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.
Musiqidə xəlqilikXalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir. Azərbaycan incəsənətinin Moskvada keçirilən dekadası tamaşalarında geniş surətdə göstərilmiş xalq yaradıcılığına yüksək qiymət verilmişdir. Dekada iştirakçıları Kremldə qəbul edildikdə, bizə – sosialist incəsənəti işçilərinə xalq ustalığının rol və əhəmiyyəti haqqında çox qiymətli göstərişlər verilmişdir.İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.
Ər və arvadÜç pərdəli operetta*İştirak edirlər
Стихи других поэтов · Сатира
Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
AxundQoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.