Ordan-burdan 3
Osmanlıda qanuni əsasi...
Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.
Osmanlıda qanuni əsasi...
İngilisdə qanuni əsasi... Almaniyada qanuni əsasi... Yaponiyada qanuni əsasi... Hətta Rusiyada qanuni əsasi... Axırı lap İranda da qanuni əsasi... Bir sözlə, bizlərə bir o qədər – hətta nəinki bir o qədər – lap heç təəccüblü görünmür. Doğrudan da elədir. Almaniyada qanuni əsasi – Məşədi Rüstəmin papağı – bu ikinci sözlərə təəccüb etmədiyimiz kimi əvvəlincilərə də etmirik. Amma, Osmanlıda qanuni əsasi – bu ona bənzər ki, məsələn, Kərbəlayı Hüseynqulunun furajkası.
Xülasə... Osmanlıda qanuni əsasi!
Adamlar bir-birini görüb soruşurlar: bu nə olan işdir, sultandan çıxmaya?! Deyirlər ola bilsin ki, sultan mərhum Müzəffərəddin şah kimi etmək istəyir. Bu çox yaxşı olar, hərgah sultanın oğlu Məmmədəli şah kimi eləməyə!
Amma o, eləyə bilməz, çünki Osmanlı camaatına qanuni əsasinin tək bir ucunu göstərmək kifayətdir, dalını özləri çəkib çıxardarlar.
Bəli! Əvvəlcə İstanbul qəzetələri belə yazırlar: “Sayeyi-mərhəmət – vayeyi-xilafət pənahidə kəmali-rəfahət və səadətlə yaşamaqda olan Anadolu əhaliləri dövlət məmureyini-girmanının onlar ilə olan müamileyi müşfüqanəsindən dolayi təşərrüati – binahayələrinin xaki-payi-şahanəyə təqdim edib... kefləri kök və damaqları çağ olduqlarını bildirir.”
Amma qanuni əsasidən sonra belə yazacaqlar: “Anadolu vilayətinin əhalisi acından tələf olmaqdadır. Zalım və rüşvətxor məmurların zülmü binəva əhalini cana gətirmişdir. Arvad-uşaqların ahu-naləsi göyə qalxmışdır. İstanbul bunlara tez bir əlac eləsin.”
Təfavot əz koca ta bekoca!
Hələlik bu sözlər bəsdir. Çünki qorxuruq ki, birdən sözümüzü geri götürməyə məcbur olaq. Ancaq burası da məxfi qalmasın ki, əgər doğrudan da sultan qanuni əsasi versə, o surətdə Məmmədəli şahın sultana bərk acığı tutacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.
Birinci şadlıqDivani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.
Ordan-burdan 105Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
Ordan-burdan 106Bir şvesarlı ilə bir müsəlmanın söhbətiM ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?
Стихи других поэтов · Сатира
(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Ey olan xas şiəyi-HeydərEy olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər: