Ordan-burdan 47
Məzəli-məzəli işlərimiz olur.
Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu “cibişdan” üçün çalışır.
Bu, biməzə olan “cibişdan” sözü boşboğazlarımızın ağzından düşməyən bir sözdür ki, yerli-yersiz işlətməkdədirlər.
Deyirlər ki:
“Filankəs “cibişdan” üçün çalışır!”
Onda bunlara demək gərək ki, bəs sən nə üçün çalışırsan? Hərgah sən pul qazanmaq üçün çalışmırsansa, bəs nə yeyib, nə içirsən? Hamımız bilirik ki, bu əyyamda pulsuz adam acından ölər. Heç kəs ona ömrü olalı müftə yerə çörək verməz.
İndi ki sən pul qazananları pisləyirsən, görünür ki, sən özün pul qazanmırsan.
İndi ki sən pul qazanmırsan, görünür ki, sən acından ölürsən.
İndi ki sən pul qazanmırsan və acından ölmürsən, görünür ki, sənin ata-babadanqalma pulun var. Ata-babanın zəhməti ilə qazanılmış pulu biduni zəhmət yeyib, içib hələ pul qazananlara da, atan, baban da içində, söyüş söyürsən.
Yalandan deyirlər ki:
“Cib” üçün çalışmaq lazım deyil. “Millət” üçün çalışmaq lazımdır. Bir adam ki, heç öz-özünü dolandıra bilməyə o adam millətə qulluq edə bilərmi?
Bir adam ki, 5-6 nəfər külfətini saxlaya bilməyə, o adam bir böyük millətin qeydinə qala bilərmi?
Deyirlər ki, “cibişdan üçün çalışma, millət üçün çalış!”
Bu, boş və axmaq sözdür.
İnsan gərək həm özü üçün və həm də ümum milləti üçün çalışsın.
Əgər sən əhli-əyalını ac qoyub, başqa işlərə məşğul olsan, o halda sən millətə düşmənsən. Çünki, sənin ac qalan əhli-əyalın da millət üzvləridir.
Amma oxucular elə bilməsinlər ki, doğrudan da boşboğazlar öz mənfəətlərini qoyub, tək millət üçün qulluq edirlər və sairlərini bu işə çağırırlar.
Xeyr a! O qədər də bilmə!
Boşboğazlar öz ciblərini bərk-bərk tutub, özgənin cibinin hesabını çəkirlər ki, bu nə qədər pul qazanır və onun nə qədər prosenti eləyir.
Özü hər məqamda və hər anda xalqı haqq-nahaq soyur, alladır, tovluyur, amma xalqın halal pulundan “millətə” pay istəyir.
Bu günə axmaq adamlar millət düşmənidirlər. Onların zərərdən başqa heç bir xeyri ola bilməz. Millətimizin onlara bir sözü ola bilər: “Məra bə xeyri to ümmid nist, şərr mərəsan”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-47
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kimdən nə soruşdularLoğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından.
Ordan-burdan 19Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir.Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır.
Ordan-burdan 20Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!
Ordan-burdan 21BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.
Стихи других поэтов · Сатира
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,