Ordan-burdan 6
Yazı yazanın yazı yazmaqdan qabaq fikri
– Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı, öz əhvalımızdan nə yazım? Cəhalət...
Ah! Daha bu söz zəhləmizi tökdü! Bəs nə... bu qarandaşı çıxardan nə ağıllı adammış... Qarandaş! Bu sözün əsli qarandaş deyil, qara daşdır, deməli, türk sözüdür, bəs onda gərək qarandaşı icad edən də türk olsun!.. O kim imiş?.. Osmanlıda qanuni əsasi – qoy bu barədə yazım. İran ilə Osmanlını tutuşdurum... Amma biz də qəribə adamlarıq ha! Bildir sultana söyürdük, İran şahını tərif edirdik. İndi İran şahını söyürük, sultanı tərif eləyirik. İndi bunu bir əvam adama söyləsəm deyər ki, siz mütəqəllib adamsınız... Mütəqəllib. Yəqin bu söz qəlp sözündən çıxıb. Qəlp pul, qəlp adam.
Adəm Əleyhissəlam... Məsələn, 200 ildən sonra bizdən heç bir nişanə də qalmayacaq... Amma təəccübdür, vallah! Keçən gün Qız qalasına baxırdım... Neçə illərdir ki, durur və neçə-neçə şeylər görür, deməli, tarixin dilsiz şahididir. Amma məni yandıran burasıdır: canım, axı bu qalanı, bu hasarı bir adam tikibdir, onun üstündə əlləşibdir, bax haman bu daşları öz əli ilə götürüb, gətirib buraya qoyubdur. Yaxşı, bəs indi o adam hanı?.. Hanı o adam? Vallah, lap acığım tutub. Bu barını tikən, bu daşları düzən o canlı, başlı, ağıllı, hissli adam yox olub gedib, amma onun qayırdığı bu cansız, ruhsuz, hissisiz şey indiyə qədər qalıb, hələ bundan sonra da nə qədər qalacaqdır!.. Hə, indi mən nə yazım? Ah, bu əhvalat məni xarab elədi: yaşa, ömür elə, əziyyət gör, cəfa çək, utan, inci, qorx, ağla, ağla balam, ağla, sonra da öl! Yox ol, dön torpaq ol! İndi ki belədir, indi ki axırda mən ölüb heç olacağam, indi ki mənim bu əziyyətlərim, çəkdiyim cəfalar hamısı əbəs olacaqdır, onda!.. Adam çox fikirləşsə anarxist olar, vallah! İran padşahlarını pisləyirik ki, deyirmişlər: – “Pəs əz mən hərce bada-bad!”.
Vallah, doğru deyirmişlər. Çox da deyək ki, məsələn, Nəsrəddin şahdan sonra İran bütün dünyanın hakimi olub, iranlılar da lap qızıldan paltar geyinmişlər! Bundan Nəsrəddin şaha nə? Hərgah öləndən sonra bunu hiss eləyə bilsəydi, yenə sözümüz olmazdı – axı hiss eləmir!.. Əşi, bu sonranın fikridir, hələ qoy görək indi nə yazaq!
Çox gözəl, sultan qanuni əsasi verdi... Adam indi İstanbula gedə, yox, əvvəl Tehrana gedə, ondan sonra İstanbula gedə! Gərək 4 gün yol gedəsən. Əvvəl Batuma... Kim deyirdi ki, Məşədi Rüstəm Batumdadır? Gərək ki, mən dünən onu bazarda gördüm, boynunda başlıq vardı... İranda adamların boynuna zəncir salırlar... Dəmir şişləri qızdırıb bədəninə soxurlar! Bah, bah, biz bu sözləri eşidirik, amma heç halımıza təfavüt eləmir. Məsələn, dünən yazılmışdı ki, İranda “Ruhül-qüds” müdirini ölüm cəzasına məhkum edibdirlər, sonra da yazılmışdı: “Onu boğacaqlar”... Gör ha, o adamı boğacaqlar. Biz hamımız bunu oxuduq, sonra qəzetəni yerə qoyub işimizə getdik. Dəxi bir fikir eləmədik ki, axı necə yəni “onu boğacaqlar?”.
Adamı boğmaq çox pis şeydir... Necə olar ki, adamı boğsunlar!.. Məsələn, kəndiri boğazına salıb dartacaqlar, onun nəfəsi tıncıxacaqdır... ürəyi qısılacaqdır, istəyəcəkdir ki, çıxsın getsin evlərinə... arxayınca otursun... bu cəlladlar nədir? Onlar da bizim kimi adam deyillərmi? Nə üçün adamı boğurlar?.. Şah buyurur!.. Şahı boğsunlar, yəni bir azca boğsunlar, onda o görər ki, bu cürə şeylər pis zaddır, daha bir də adamı boğdurmaz... Allahın altında insanın bədəni elə yaranmış olaydı ki, onu nə boğmaq, nə güllə ilə deşmək, nə xəncərlə parçalamaq, nə qayalardan atıb əzdirmək, nə suda qərq etmək, qərəz, bir şey ilə öldürmək mümkün olmamayaydı... Ah, çox fikir adamı dəli-divanə elər. Amma bir tərəfə baxsan, dəli olmaq da bəd deyil... Yox, bu gün mən heç zad yaza bilmədim, qalsın sonraya!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-6
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.
Ordan-burdan 8“İran xəzinəsində pul yoxdur” – qəzetələrdənƏmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:
Tənqidat“İkinci il”Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.
Ordan-burdan 9Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.
Стихи других поэтов · Сатира
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma