Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.

Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.

Binaəleyh vəzirlər proqramı bildirir ki, müvəqqəti qanunlar tərtib olunacaqdır. Söz yoxdur ki, sonra vəzirlər heyəti müvəqqəti qanunsazlıq vəzifəsini məclisə həvalə edib özü isə doğrudan doğru olan icraat vəzifələrinə mübaşir olacaqlar.

Müstəbid dövlətlərdə olduğu üzrə Osmanlıda dəxi vergi və alacaq işlərinin böyük nizamsızlıq və ədalətsizlik ilə icra olunduğu məlum idi. Köhnə üsul üzrə icra olunan vergi işlərindən dövlət xəzinəsi bir o qədər qazanmırdı, nə qədər ki, məmurlar qazanırdılar, binəva əhali isə, vergi ağırlığı altında əzilib, qüvvətdən düşürdü. İştə vəzirlər proqramı vergi üsulinin islahini vəd edib də ədalət ilə yığılacağını və bütün məmləkətdə maliyyatın tərəqqisinə qeyrət ediləcəyini bildirir.

Artıq şayani təqdir və təhsin burasıdır ki, xəstəlik mikrobları kimi əhalinin canına daraşmış bir çox müftəxor məmurlar əzl edilib və lazım olan məmurların maaşı və məvacibi müntəzəm surətdə verilib də bu surətlə idareyi-mülkiyyə islah olunacaqdır.

Hər bir əmrdə iqtisadə riayət olunacağını və idareyi-əskəriyyədə dəxi israfdan çəkiniləcəyini işarə edib də vəzirlər proqramı orasına diqqət yetirir ki, dövlətin qoşun və flotunun tənzim və təqviyyəsi üçün lazım olan səy və qeyrət müzayiqə edilməyəcəkdir. Osmanlı düvəlimüəzzəmədən sayılır. O surətdə düvəli-müəzzəmənin hər biri malik olduğu bəri və bəhri qüvvət Osmanlıda da olmalıdır. Bu gün menşikovların və çörçillərin: “Almaniyaya hörmət lazımdır” – deyə bağırmaları Almaniyanın son dərəcə müntəzəm quru və su qüvvəsinə malik olmağı sayəsindən irəli gəldiyini Osmanlı vəzirlər heyəti bilir. Proqramda işarə olunan vətənpərvərlik hissi də vəzirlər heyətinin ağzından çıxan sözlər olduğuna alqışlar edib də, bizlərdə “hazır ol cəngə, əgər istərsən sülh və səlah” və Avropada “müsəlləh sülh” adlanan, iqtizayi-zəmanəyə görə söylənən sözləri xatirimizə gətiririk.

Nəşr və tözii maarif içində vəzirlər heyəti xidmətlərdə bulunacağını proqramda göstərir. Osmanlı məmləkətində hər dürlü məktəblərin istibdad zəmanında dəxi kafi dərəcədə olduğunu iqrar edənlər var idi.

Lakin o məktəblərdə də istibdad hökm-fərma olduğuna görə həqiqi maarifə xidmət görünmürdü. İndi isə haman məktəblərin Avropa üsulu üzrə təchiz və tənzim ediləcəyi qətiyyən ümid olunur.

Proqram deyir ki, sair dövlətlər ilə Osmanlı dövləti münasibəti sülhükaranadə olmağa səy edib də öz şən və heysiyyətini əbqayə çalışacaqdır.

Osmanlıda osmanlıların özləri məhrum olan bəzi hüquqa əcnəbi təbələrinin malik olduğu məlum idi.

Proqramda işarə olur ki, dövlətlərin razılığı ilə bu müstəsna hüquqlar ləğv ediləcəkdir. Ən axırda proqramda deyilir ki, məmləkətin idarəsi hər bir halda qanuni əsasini iqtiza edən islahat hər yerdə icra olunacaqdır.

Sultan həzrətlərinin amal və arzusu layiq surətdə təqdir və arai-ümumiyyə tərəfindən təqviyyə olunacağını vəzirlər ümid edir. Bizə məlum olduğu üzrə sultan həzrətlərinin amal və arzusu – öz dili ilə bir cəm qəfir və bütün diplomatiya korpusu hüzurunda deyildiyi kimi – təbəsinin səadət və rəfahətidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 49

Yazıq ermənilər!Genə yazıq ermənilər!

2 мин
Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

2 мин
Erməni-müsəlman sülh məclisinə dair

Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.

2 мин
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik

Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.

9 мин

Стихи других поэтов · Сатира