Bir “Başıqapazlı”nın söylənməyi

“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.

Bəzi qumarbazlar var ki, oyun əsnasında əvvəl udarlar, sonra da udduqlarını bir-bir uduzmağa başlarlar. İştə Bakı şəhər idarəsi dəxi bu qumarbazlara bənzəyir. Əvvəlcə idarənin mədaxili başa gələn deyildi, amma indi... o, ordan pul istəyir, bu, burdan pul istəyir. Pul da yoxdur. Ayın 20-si də yaxınlaşmaqdadır.

Demək olur ki, bütün Rusiya dəxi maliyat cəhətincə bizim Bakı şəhər idarəsinə bənzəyir. Rusiyada da pul yoxdur. Hər nə qızıl var idi, göndərildi “dəryanın o biri tərəfinə”, halbuki, bu tərəfdə pul dərmanı olan dərdlər başa gələn deyil... Qərbi qonşular da pul borc vermək istəmirlər. Şərqi qonşulardan da tək bir İran borc pul verərdi, əgər özünün borcu qədər pulu olsaydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İran və “Novoye vremya”

Rus malının İranda baykot olunması təəssüf ediləcək hadisələrdən biridir. Hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir.Ancaq nə üçün İranda rus malı baykot olunur da, ingilis malı olmayır. Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər.

2 мин
Ordan-burdan 38

Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür!Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir!

2 мин
Zemstvo nədir

Tiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim “vısşi kurs” qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki “zemstvo” çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir.Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi...

7 мин
İspaniya – Fas müharibəsi

Ülamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi:“Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”.

4 мин

Стихи других поэтов · Сатира