Ordan-burdan 75
Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.
B i r i: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır...
O b i r i: Əcəb işlərim düz gətirməkdədir, ha! Bu gün-sabah Mariya Qriqoryevna da gəlir. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur...
B i r i: Su da kəsilibdir. Alış-veriş yox, dükançılar hamısı əli qoynunda qalıblar, taxılı dolu döyüb, qalanını çəyirtkə yeyib, qış üçün bir buğda da qalmayıbdır... nə tövr olacaq?
O b i r i: Filan düşmənim öldürülüb, arada söz, hekayət də yox, mən ilə çəkişən adamların hamısı burunlarını sallayıblar. Qabağımda bir adam da qalmayıbdır... Necədir, məyər?
B i r i: Görünür ki, bizim axırımız yetibdir vallah! Heç bir işimiz düz gətirmir....İdareyi-ruhaniyyəmizi düzəltmək üçün məclis qurduq, birisi məclisi qovub dağıtdı ki, əşi, nə məclis-bazlıqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışsınlar, gedib, orada yıxılıb yatdılar. Görəsən kim qarğayıbdır?
O b i r i: Görünür ki, indi dövran mənimkidir. Sən öl, işçilərimin hamısı mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum – dönüb bir-birinə düşmən oldular. Mariya Qriqoryevnanı özümə mayil etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh olub, dedilər ki, ta biz pəs, hər nə bilirsən elə. Biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da güllələyib, başımdan elədim... Bəs mənim baxtım oyanıbdır.
B i r i: Eh, gələcəyi yada salmayanlar! Axırki peşmançılıq fayda verməz ha!.. Qabağınız uçurumdur. İndidən özünüzə bir özgə yol axtarın. Yoxsa bir az keçməz ki, məhv olarsınız. Dünyada adınız da qalmaz. Neçə ildir ki, xabi-qəflətdə yatıb, dünyadan bixəbərdiniz. Gələcəyin qayğısını çəkmirdiniz, barı, heç olmazsa bu əlinizdə olan 5 gündən nəfibərdar olun ki, axırınız bir şeyə çıxsın!..
Doğru deyib Sədi ki:
Ey ki, pəncah rəftə dərxabi!
Məgər in pənc ruze dəryabi?
O b i r i: Ey dünya qayğısında olanlar! Vallah axırda peşman olacaqsınız ki, əbəs yerə bu nə qayğı idi ki, çəkirdim!.. Qabağınız ölümdür, indidən kefinizi çəkin, ləzzət aparın, yoxsa, bir az keçməz ki, ölüm yetişər, dünyadan kamsız gedərsiz. Neçə ildir ki, baş-diş ağrısı ilə əlləşib vuruşubsunuz. Barı heç olmasa, bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın!
Doğru deyib Sədi ki:
Ey ki, pəncah rəftə dərxabi!
Məgər in pənc ruzə dəryabi?
Vallah, nə yabi?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-75
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap “qabıq qoyur”. Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.Bu nədəndir?
Ticarətİnsanların həyat və məişətində ən böyük rol oynayan xüsusi ticarətdir.Ticarət insanların kəsbi-ruzusi üçün bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif, firqə və sairə bu kimi ayrılıqlarla bir-birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir rabitə təşkil edir və bununla insanları bir-birinə yaxınlaşdırır. Bundan əlavə ticarət özözlüyündə hər bir insanı tərəqqiyə sövq edən, ağlını artıran, gözlərini açıq edən və huşyar qılan bir vasitədir.
RəhbərlərimizHər bir millətin təkamül və yaxud inqilab təriqilə tərəqqi və təməddününə səbəb, o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrinin olması tarixi bir həqiqətdir.Haman firqələrdir ki, öz millətini müxtəlif yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə biləxərə öz məqsudlarına nail olublar.
Oyan-buyan 4Maarif işləri, yaxud şurayi-valideynB i r a t a – Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə – nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla “işto-mişto” eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət.
Стихи других поэтов · Сатира
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?Ну, где твои надежды? Где? Ответь, наивное дитя.Ведь ты, я помню, ликовал, в прогресс поверив не шутя.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Qələm arqadaşım KefsizəGəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.