Birinci pərdə
Страница 1 из 2
B i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.
O d u n ç u (rast üstə)--
Məsəl vardır deyərlər ki,
Çəkən zəhmət yeyər balı;
Çəkib zəhmət, nə bal gördüm,
Nə oldum eyşdən hali.
(M u s i q i)
Bu nə gündür, nə dirlikdir
Ki, heç bir istirahət yox;
Pulum yoxdur, malım yoxdur,
Evim bomboş, içi xali.
(M u s i q i)
B i r i n c i o ğ l u--
Nə bədbəxtin biriymişsən,
Bizi həm eylədin bədbəxt;
Nə busət basmış hər yanı,
Məişətmiz keçir çox səxt;
(M u s i q i)
İ k i n c i o ğ l u--
Bizi insan bilən yoxdur,
Deyən yoxdur ki, kimsən sən;
Nə zillətdir, nə möhnətdir,
Buna bais, bəli, sənsən!
(M u s i q i)
İ k i s i b i r y e r d ə--
Neçün oldun odunçu sən?
(M u s i q i)
O d u n ç u--
Kim? Mən?
O ğ l a n l a r ı--
Bəli, sən!
O d u n ç u--
Babam kimmiş?
O ğ l a n l a r ı--
Odunçuymuş!
O d u n ç u--
Atam kimmiş?
O ğ l a n l a r ı--
Odunçuymuş!
O d u n ç u--
Özüm kiməm?
O ğ l a n l a r ı--
Odunçusan!
O d u n ç u v ə o ğ l a n l a r ı (bir yerdə)--
Biz, siz!
O d u n ç u--
Siz də odunçu oğlu odunçusunuz!
(M u s i q i: təsnif)
Ü ç ü b i r y e r d ə--
Gündə odun yığmaq oldu bizə sənət,
Özgə çəkir ləzzət, qaldı bizə möhnət.
Gərçi əzab çoxdur, evdə çörək yoxdur;
Evdə çörək yoxdur, əmma əzab çoxdur.
Musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə "hey!" edirlər--"hey!" altı kərədir, sonra yenə oxuyurlar.
Gündə odun yığmaq oldu bizə sənət (və ilaxır).
Ay, hay … odunçuluq oldu bizə sənət!
Baltaları yerə qoyub, hərəsi bir yerə yıxılıb yatırlar. Musiqi çalır. Pərdə dalından X u r ş i d oxuyur.
X u r ş i d (bayatı üstə)--
Yaz gəldi, gül açıldı,
Çəmən, çölə saçıldı;
Könlümdəki yaram da
Qızıl gül tək açıldı.
M u s i q i. X u r ş i d səhnəyə gəlir.
Bülbül oxur nəvasın,
Nəğməsini nəvasın;
Kimdən sorum, ay allah!
Mən dərdimin dəvasın.
Musiqi çalır. X u r ş i d oynayır. Bəədə o d u n ç u v ə o ğ l a n l a r ı oyanırlar.
O d u n ç u (şur üstə)--
Xurşid, nə xürrəmsən, guya ki, qəmin yoxdur.
B i r i n c i o ğ l u--
Xurşid nə bilsin ki, qəm-qüssə nədir?
İ k i n c i o ğ l u--
Toxdur. Ac olsa bilərdi ki, dərd və qəmimiz çoxdur.
X u r ş i d (səmayi-şams üstə)--
Qəm nədir, qüssə nədir, bil ki, xəbərdarəm mən,
Nəyə lazımdır olaq dərd-qəmin həmmali;
Halbuki xaliqi-sübhan yaradıbdırsa qəmi,
Onu rəf etməyə də həqq yaradıb bir hali;
İstiqaməqdir adı ol halın.
O d u n ç u v ə o ğ l a n l a r ı (təsnif üstə)--
Pəh, pəh, pəh!…
Günüz axşama qədər işliyirik heyvan tək, (2 dəfə)
Hər səhər hey, hər səhər hey, hər səhər hey!…
Çüçü-çüçü, tokkuşçu, çüçü-çüçü, tokkuşçu!
Çü, çüçü, çüçü, tokkuşçu!
Belədir dirliyimiz, belədir dirliyimiz!
(M u s i q i)
X u r ş i d (şur üstə)--Eşitməyibsinizmi ki, bir nəfər odunçu Hatəmi-Taiyə nə dedi?
(T ə s n i f)
Hər ke nan əz əməli-xiş xorəd,
(M u s i q i)
Hər ke nan əz əməli-xiş xorəd,
Minnət əz Hatəmi-Tai nəbərəd!
(M u s i q i)
Minnət əz Hatəmi-Tai nə bərəd!
H a m ı s ı b i r y e r d ə--
Hər ke nan əz əməli-xiş xorəd (2 dəfə)
Minnət əz Hatəmi-Tai nə bərəd! (2 dəfə)
(M u s i q i)
Şeypur səsi gəlir; bunlar qorxu ilə qulaq asırlar.
B i r i n c i o ğ l a n (qışqırır)--
Durun qaçaq, yəqin padşah ova çıxıbdır!
X u r ş i d--
Qorxmayın, dayanın görək.
(Yenə şeypur.)
O ğ l a n l a r--
Vallah, durun qaçaq, bizi öldürərlər!
X u r ş i d--
Heç qorxmayın və dayanın!
Marş səsi gəlir, qoşun əhli cərgə ilə girib düzülür. Ş a h A b b a s daxil olur. Bu əsnada qoşun və sair əyan oxuyurlar:
(M a r ş)
H a m ı--
Çox ömr etsin bu şahımız,
Dadına yetsin allahımız.
Qalib gələsən sən düşmənə,
Olmasın asi bir kimsənə.
Ey padşah, sən çox yaşa, (2 dəfə)
Sən çün ədalət padşahısan,
Bizlərə, ey şah, eylə mərhəmət!
(M u s i q i)
Ş a h A b b a s--
Əsgərlərim, çox razıyam, (vəzirə)
Məndən cəmi qoşun əhlinə razılıq et.
Hər bir nəfər bilsin bunu:
Padşahı onlara eylər mərhəmət;
Ta heç kəs heç bir kəsi
İncitməsin, ta zülm olmasın.
Zalimlərə zülm eylərəm,
Qoy cümlə bilsin bu əmrimi.
H a m ı--
Yaşasın padşah! (səkkiz dəfə)
M u s i q i. Qoşun çadır qurmağa məşğul olur.
Ş a h A b b a s (Xurşidə baxır. Rast üstə.)--
O qız kimdir?
V ə z i r--
Odunçudur!
Ş a h--
Ağıllıdır, yəqin o qız, özü də çox gözəl qızdır.
Nə dersən, bax: hərəmxanə eylər bunu qəbul, ya yox?
V ə z i r--
Əgər iradəyi-şahanə iqtiza etsə,
Kimin sözü ola bilər.
Ş a h (təsnif üstə)--
Yəqin o şəxs atasıdır,
Çağır onu gəlsin!
M u s i q i. V ə z i r odunçuya tərəf gedir.
V ə z i r (rast)--
Ey şəxs, səni padşah
Çağırır, irəli gəl!
M u s i q i--odunçu gəlir; odunçunun oğlanları qorxularından bərk titrəyirlər.
B i r i n c i o ğ l a n (ağlamsınaraq)--Dedim sizə durun qaçaq!
(M u s i q i)
Ş a h (odunçuya)--Sən kimsən və nəçisən?
O d u n ç u--Padşah sağ olsun, sənin nökərin odunçudur!
Ş a h--O qız sənin nəyindir?
O d u n ç u--Kənizin mənim evladımdır.
Ş a h (təsnif)--
Sənin qızın, razısanmı, mənə hərəm olsun?
(M u s i q i)
Tez söylə!
O d u n ç u (rast)--
Padşah, əgər öldürtməliyəmsə öldürt!
Ş a h--Eşit, gör nə deyirəm? Sənin qızını: almaq istəyirəm, nə deyirsən, razısanmı?
O d u n ç u--Buyur boynumu vursunlar, günahım varsa sən yaxşı bilirsən.
Ş a h--Nə axmaq kişidir.
V ə z i r--A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Söylə!
O d u n ç u--Əşhədən-la-ilahi-illəllah və əşhəd….
Ş a h--Burax bu divanəni, oğlanlarını buraya çağır?
M u s i q i. V ə z i r gedir.
V ə z i r--Gəliniz padşahın hüzuruna!
O ğ l a n l a r i k i s i d ə (ağlaşıb qışqırırlar)--Axı bizim günahımız nədir; bizi öldürürsünüz?! Padşah, bizi başına çevir, öldürmə! Padşah, qurban olaq, bizi öldürmə!
Ş a h (qeyz ilə)--
Qoy dursun! Çağır gəlsin qızı!
Q ı z ı çağırır. M u s i q i.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-sah-abbas-ve-xursid-banu-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.
Vəkil seçkisiMühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.
QədirşünaslıqBu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?
HalımızƏnvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Стихи других поэтов
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
TövhidƏdəmdən ta ki, aləm oldu peyda,Bulunmadı tapuna mislü həmta.
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz