Страница 1 из 2

BİRİNCİ ŞƏKİL

Şiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar.

(M u s i q i)

Q a r a ç ı (qaval vura-vura)--

Gəl yanıma, gözüm, mən sənə qurban!

O b i r i l ə r--

Gəl, yarım, mən ölləm, gəl, canım, mən ölləm!

Q a r a ç ı--

Gir qoynuma, özüm mən sənə qurban!

O b i r i l ə r--

Gəl, yarım!… (və ilaxır).

Q a r a ç ı--

Eşitmişəm sənin özgə yarın var!

O b i r i l ə r--

Ay balam, mən ölləm, ay yarım, mən ölləm!

Q a r a ç ı--

Sənin həmi gülün, həmi xarın var!

O b i r i l ə r--

Ay balam, mən ölləm!… (və ilaxır).

M u s i q i. A d a m l a r buraya yığılırlar.

Q a r a ç ı--

Bir ala göz, uzun boylu (2 dəfə)
Dərdimə dərman eyləməz!
Nazlı balam, bircə nolu,
Bizim çəməndə gəlib gəz! (2 dəfə)
Eşqin oduna yanaram, (2 dəfə)
Dərdimə dərman eyləməz!
Gah sönərəm, gah yanaram,
Mən yazığam, rəhm elə bəs. (2 dəfə)

(M u s i q i)

Sinəm olub para-para,
Dərdimə dərman eyləməz!
Mən nə edim, nədür çara?
Nazlı balam, gedib gəlməz! (2 dəfə)

(M u s i q i)

Q a r a ç ı qavalını açıb, pul yığır; bu əsnada Ş a h A b b a s dərviş libasında olaraq buraya daxil olur. Şəhər əhlindən Dostəlinin qaraçılara acığı tutur.

D o s t ə l i (şur üstə)--Bu nə şadlıqdır yas günündə? Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Hələ bizdən pul da istəyirsiniz; doğrudan da ki, qaraçısınız.

(M u s i q i)

Q a r a ç i l a r çıxıb gedirlər.

Ş a h A b b a s (Dostəliyə)--Söylə görüm nədir bu yas və matəmə səbəb, nədir? Nə olub, məyər nə bədbəxtlik üz veribdir?

B i r d ə s t ə a d a m bunların başına yığılır.

D o s t ə l i--Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Bilmək olmur ki, onları kim oğurlayır.
D ə s t ə--Doğrudur!
D o s t ə l i--Bir çox külfət sahibsiz, atalar oğulsuz, bacılar qardaşsız qalıb, ah və nəva edirlər!
D ə s t ə--Doğrudur!
D o s t ə l i--Bu sirdən heç kəs əyan ola bilmir; hərgah sən cadugərsənsə bu sirri faş et.
D ə s t ə--Faş et, ağa dərviş, faş et!

M u s i q i. D i v a n ə gəlir, o da qulaq asır.

Ş a h--Bir də mənə söyləyin görüm, bu kimin dükanıdı və nə dükandır ki, hər kəs ora yüyürür?
D o s t ə l i--Yazıq dərviş, görünür ki, sən Məstavərin ləzziz taamından yeməmisən.
D ə s t ə--Yazıq!
D o s t ə l i--Məstavər bir aşpazdır ki, onun kimi ləziz taam bişirən heç Şah Abbasın sarayında da yoxdur.
D ə s t ə--Yoxdur!
D o s t ə l i--Bunun məharəti qabağında heç aşpaz davam edə bilməyib, cümləsi dükanlarını bağladılar. Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə sən də tez ol get, ondan xörək al ye. Tez get, yoxsa dükanını bağlar, axşamdır.
D ə s t ə--Tez get, ağa dərviş, tez get!

M u s i q i. H a m ı dükanlarını bağlayıb, buraya yığılır.

D i v a n ə--Ha-ha-ha! Tez get, ağa dərviş, tez get! (Şur). Heç bilirsinizmi ki, Məstavər sizə nə yedirdir, ey mənə divanə deyib özləri məndən divanə olanlar?
D ə s t ə--Bu nə deyir?
D i v a n ə--Mən onu deyirəm ki, Məstavərin sizə yedirdiyi nədir, bilirsinizmi?
D ə s t ə--Ləzzətli taamdır!
D i v a n ə--Ha-ha-ha!… Ləzzətli taam!… Tez get, ağa dərviş, tez get. Ey divanələr, Məstavər sizə insan əti yedirdir, insan!…
D ə s t ə--Xamuş, nə axmaq sözdür!
D o s t ə l i--Doğrudan da ki, divanəsən!
D i v a n ə--Bəli, divanəyəm, amma sizdən ağıllı divanəyəm! Məstavər adamları oğurlayıb başını kəsir və ətini sizə yedirdir…. Tez get, ağa dərvis, tez get!…
D ə s t ə (əl çala-çala)--Ay dəli şəpəli, ay dəli şəpəli, çıx bala-bala get!

M u s i q i. D i v a n ə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Ş a h A b b a s və bir də M ə s t a v ə r öz dükanında qalır.

Ş a h (şur)--Dəlidən doğru xəbər…. Bu divanənin sözü o ağıllıların sözündən daha əhəmiyyətlidir. Doğrudan da bu aşpazın ləzzətli xörəkləri məni şübhəyə salır. Gedim bir onun yanına…. Nə cəllad surətli adamdır!

M u s i q i. M ə s t a v ə r ə yaxınlaşır.

Ş a h--

Şöhrəti tutmuş bu şəhəri namın,
Tərif eylər hər kəs sənin taamın;
Mən binəva dəxi çox arzuməndəm ki, sənin
Ləziz taamından dadmış olam.

(M u s i q i).

M ə s t a v ə r (göz altı ilə şaha baxır)--

Doğrudur, ağa dərviş, doğrudur.
Bəs gərək səni qonaq edim mən; (kənara)
Çəngimə düşmüsən,
Çox əcəb gəlmisən!

(Ona)

Doğrudur, ağa dərviş, doğrudur!
Bəs gərək səni qonaq edim mən!
Keç bəri. Gəl bəri, bir az bəri, bir az daha irəli….
Ha-ha-ha!…

Bu halda ş a h durduğu yerdə yerin içinə gedir, ha gücənir ki, yuxarı çıxsın olmur. Axırda bir quyuya düşən kimi yox olur. Oh!… Ha-ha-ha! (mühib bir qəhqəhə).

PƏRDƏ

İKİNCİ ŞƏKİL

Bir z i r z ə m i d ə vaqe olur. Qaranlıqdır. Zirzəmidə Ş a h A b b a s d a n başqa beş nəfər m ə h b u s dəxi vardır. Müqəddəmədən sonra pərdə qalxır.

M ə h b u s l a r (şaha; təsnif)--

Bədbəxt dərviş, sən nə günahın sahibisən?
Məstavərin hiləsinə oldun nişanə!
Gəl ağlaşaq bəs, ağa dərviş, əhvalımıza,
Oldu bizə, ax, a yazıq, düşmən zəmanə!

Ş a h (şüştər)--

Söyləyin bir dəm mənə bu hilədən məqsəd nədir?
Çəkdiyimiz zəhmətə, dərdə, qəmə illət nədir?
Zindəyik, ölməmişik ki, qəbrə salmışlar bizi,
Söyləyin, Məstavərə, aya, görək neylər sizi?

M ə h b u s l a r (təsnif)--

Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər.
Dünyada yoxdur, əcəba, bunca sitəmgər.
Qurban əti tək ətimizi doğram edəcək,
Ləzizi taamlar bişirib, xəlqə verəcək!

Ş a h (şüştər) --

Ağlamaqla, ey rəfiqan, olmayır dərdə dava,
Qoymayaq Məstavəri versin bizə bunca cəfa,
Cəm olaq, həmlə edək, həbs eyləyək bu zalimi,
Ta gərək ədli-ədalətlə ona olsun cəza!

M ə h b u s l a r (təsnif)--

Bu fikirdən gəl daşın, ey bixanə dərviş!
Nə qədər biz cəhd eylədik baş tutmadı iş!
On bir nəfərdik, ağa dərviş, etdik həmlə biz,
Olduq axırda, a yazıq, məğlub cümləmiz!

Ş a h (təsnif)--

Nədir əlaci bu işin, bəs söyləyin siz (2 dəfə)
Göz görə-görə olalım qurban xəbisə?!
Ölmək gözəldir yaşamaq əgər bu isə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 15

F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.

1 мин
Ordan-burdan 16

QanlılıqDanabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.

3 мин
Ordan-burdan 17

Eynüddövlə, yəni dövlətin gözü“Dövlətin gözü” Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi.

4 мин
Rusiyaya dair

Dövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur.Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir.

3 мин

Стихи других поэтов