Həmin sərlövhə ilə “Şurayi-ümmət” qəzetində layiqi-mütaliə bir roman təfriqə surətində nəşr olunmaqdadır. Qəzetin haşiyəsində böyük hərflərlə: “Təfriqəsinə başladığımız “Bir sərgüzəşti-xunin” romanını qarelərimizə bilxassə tövsiyə eyləriz” cümləsi yazılmışdır.

Romanın müəllifi Katyul Mendes namında bir ədib olub, mütərcimi osmanlı ərbabi-qələmindən Əli Nüsrət əfəndidir.

Ədibi-müşarileyhin qələmə aldığı bu lövheyi-xunin zahirən bir rus zabiti ilə dilbər, cavan və həsəna bir rusiyalı qızın müaşiqəsini təsvir edir. Batinən zülmü istibdadın vətəndə icra etdiyi təxribatı, üsuli-keyfi-mayəşanı qanlı və atəşli bir tərzdə göstərməyə çalışır. Müəllifin əsl muradı da bu olsa gərək.

İstibdad qılıncının sineyi-vətənə açdığı yaraların qanlı mənzərəsini canlandırıb meydana qoyan bu ədibin qələmindən fəvəran edən alovlar o qədər acı, o qədər yandırıcıdır ki, oxurkən insanın ə'maqi-ruhiyyəsini belə yaxır, yandırır.

İstər Rusiya, istər Rusiya əhalisinin tərcümani-səfaləti olan bu qara yazıları oxurkən ağlamışdım, pək də çox ağlamışdım. Gözlərimdən damlayan ataşin qətrələrin, qanlı yaşların hər qətrəsi bir şe'ri-atəşin oldu. İstəyənlər oxusun da ağlasın:

Bir sərgüzəşti-xunin,Bir lövheyi-səfalətÇeşmim önündə durmuşDilsuz bir hekayət.Hər sətri hüzbəxşaBir dəftəri-biladır,Hər ləfzi-xunnümasıBir məktəbi-fəlakət.Bəxti-bəşərmidir ya –Bu dastani-xüsranGirmiş libasi-ləfzəBu sərgüzəşti-möhnət?Qəlbi-cərihədarımAtaşfəşani-qəmdir,Didəmdə qanlı yaşlarSuzişnümayi-həsrət.

Cavan rus qızı deyir ki, zabit Boris daima qəmli görünürdü. Heç gülməz, oyun oynamaz, rəqs etməzdi. Borisin nə üçün böylə mükəddər olduğunu ziyadəsilə anlamağı arzu edərdim. Bir axşam səbəbikədərini özündən suala cəsarət etdim (bir cavan qız nə qədər şəci’ və bahadırdır, bax, görəcəksən). Böyük ziyafətdə idim. Bütün ömrümdə o qədər gözəl olmamışdım. Miralay R. gəlib məni rəqs etməyə də’vət etdi. Bu miralay pək şıq və dilpəsənd bir süvari olduğu kimi, bir rəqsihəsəni idarə etmək xüsusunda rus əsakirinin birinci zabitidir. Fəqət mən də’vətini qəbul etmədim. Çünki Borisin hər zamankından daha qəmnak bir çöhrə ilə ziyafət salonundan çıxıb bağçaya doğru getdiyini görmüşdüm.

Mən salondan çıxaraq bağçaya gəldim. Boris şəbəkələrin birinə söykənib qaranlıqda yalnızbaşına idi. Uzaqlarda gecənin ağuşi-tənhasındakı gizli bir xəyali-nihanə rəkzi-nəzər etmiş kimi dururdu. Yanına yaxınlaşdım. O ağlayırdı. Mən titrədim.

Guya ki, qız Borisə demək istəyir, mə'şuqə aşiqindən pürsan olur, deyir ki:

Aya nədir gözündənCari şu əşki-həsrət,Olmuş üzündə, eyvah,Əhzan sayəəfkən?Söylə, yaxıldı könlüm,Ey şö'leyi-məhəbbət,Qəlbindəki nədir ya –Ol fikri-lətənahi?Varmı xəyalın içrəGizli qalan həqiqət?

Hansı əməldir ol kim,İzhar qılmayırsan?Kitmani-raz qılma,Qıl, qıl mənə inayət!Agah qıl qəmindənDildadəni, a qəlbim!Məftunəni gör olmuş –Şayisteyi-mürüvvət!

Zabit qıza xitabən:

Bilməkmi istəyirsənAya nədir məlalım?Qız: Bicamıdır sualım?Zabit: Anlarsan, öyrənərsən,Ətf eylə guşi-diqqət.

Qız deyir ki, zabit mənə nəmnak bir nəzər fırlatdı.

Əndişənak, giryanÇeşmani-ataşiniNəşr etdi çöhrəm üzrəLəzzətli bir hərarət.Qaynar, məhic səsləYarım təkəllüm etdi.Sanki duyurdu ruhumOl ləhcədən həlavət.Zənn eylədim ki, şimdiƏrzi-məhəbbət eylər,Bir “sevgilim” deyərsə,Məs'ud olur bu bədbəxt.E'lani-eşq edərsə –Yarım bu şəb, parıldar –Ümmidimin kökündənSəyyareyi-səadət.İzhari-mehr edərsə,Gülməzmi bəxti-giryan?Bir “dilbərim” deyərsə –Etməzmiyəm fəxarət?Bənzər dili-həzinimBivayə bir yetimə,Möhtaci-mərhəmətdir,Al könlüm, et səxavət!Könlüm sınıq qanadlıBilanə quşcuğazdır,İstər sığınmaq üçünBir aşiyani-şəfqət.Sevməzmisən, əfəndim,Nazəndə bir gülləm mən?Sən gül, təbəssüm etsin –Gülqönçeyi-səbahət.

Cavan zabitin halü ətvarından əlaimi-məhəbbət nümayan olmadığından qız mə'yus olur, özü-özünə:

Aldanmışam, təəssüf,Batil bir e'tiqada,Mən bildiyim həqiqətÖvham imiş, xəyalət!Yox, yox, bu zabitin var, –Bişübhə, özgə yarı,Dildari-şivəkarı,Artıq mənə nə hacət?Ol şəb ki, ağlayırdıOl sevgili cavanım,Nəydi o hali-pürqəm,Ya ol şəbi-məlalət?Dərxatir eylədikcəArtar təhəssüratım,Eylər məni müəzzəb –Könlümdəki məhəbbət.

Zabit ehtişamnümun bir vəziyyət alaraq cavan və gözəl bir Məsih kimi, gözlərini səmaya qaldırmış, ataşin bir səda ilə natiqəpərdaz oldu. Qız bütün mövcudiyyəti ilə guş və huşunu o nitqi-ataşnaka vəqf etmiş durmuşdu. Zabit sevgilisinə xitabən:

Anla, göyərçinim bil –Əsbabi-iztirabım:Vardır dilimdə mühlik,Dəhşətli bir cərahət.Qəlbi-cərihədarınXunabıdır sirişkim,Könlüm zəmini-qəmdir,Beynim səmayi-möhnət.Fikrim cahani-aləm,Zikrim vətən nəvası,Başımda şö'ləzəndir –İzharı güc həqiqət.Dərdim, qəmim, məlalımMəzlumeyi-vətəndir,Azadədir məzalim,Məhbusdur ədalət!Hürriyyət istəyənlərPirayəbəxşi-zindan,Alçaq, rəzil olanlar –Olmuş vəliyyünə'mət.Milyonlar ilə xəlqiPamal edir ərazil.Bunlarda yoxmu vicdan?Bunlarda yoxmu nisfət?Ey madəri-vətən, bax,Əsmari-bağzarınSərsərzədi-xəzandır,Üftadeyi-səfalət!Yoxdur məməndə süd kim,Əmsin onu çocuqlar,Yandı, yaxıldı güllər,Soldu behişti-millət.Acdıqları zamanda –Acıqların yeyirlər,İçdikləri şərabıXunabeyi-həqarətMən eylərəm səninçün, –Ey rus mülkü, şivən!Məxrubədir biladın,Mə'murə zülmü vəhşət!Gülməkdədir məzalim,Ərbabi-ədl giryan,Hürriyyətü müsavat –Mənfanişini-zülmət!Parlar zülami-bidad,Ədlin ziyası sönmüş,Ey mətlə'i-vətən, gül,Çıx, ey səbahi-rəhmət!

Eşit, göyərçinim, müəzzəz ruhum, şirin dilbərim!

Bax, bax şu əğniyayə,Rövnəqfüruzi-iqbal.İçmiş şərabi-zövqi,Sərməsti-cami-sərvət!Biar görməyir ki,Zillətdədir xəlaiq,Olmaqda öz kefində,İşrətgüzari-ləzzət.İstərsə varsın, ölsün,Lazımmı əğniyayə?!Yansın, yaxılsın aləm,Batsın dilər cəmaət!Yanmaqdadır ürəklərTənviri-zillət içrə,Könlündə yoxmu insaf,Ey heykəli-qəsavət?!Bilməm nasıl yeyir heç –Əhli-qina o nanı,Can verməkdə yanındaƏshabi-fəqrü zillət!..Eşit göyərçinim, eşit!Tək bir ilin içindəGördüm PetersburqdaAçlıqdan öldü beşyüz –

Əsvaqda rəiyyət.Ta key bu qəhti-vicdan?Bu dərdə yoxmu payan,Aləmə yoxmu qayət?Kanuni-sinəm içrəPaqqıldayır ələmlər,Ta key bu dərdü qəmlər,Görməzmiyiz məsərrət?

Zabit göy üzündən pərvaz edib keçən bir quşcuğazı pişgahi-xitabətində təmsil edirərək deyir:Ey səyyahi-biqərar, ey fəzapeyma, ey azadə məxluq!

Uç, get şu kəştizarə,Bax, var orda bir adəm,İştə əkinçidir o,Zahirdə hürrü sərbəst.Mə'nənmi? Ləfzən azad –Bir mərdi-kəştirandır.Rusiyyədən deyirlərMətrud olub “əsarət”.Aydın görürmüsənmi,Ey mürği-pərgüşadə?Əymiş belin ki, guya –Eylər yeri ziraət.Ya töxm əkir sanırsan?Heyhat, aldanırsan!Diqqətli bax, gözəl bax,Anla nədir hekayət!Zər' etməyir türabı,Torpaq yeyir acından;Ot kökləri taparsa,Məs'ud olur bu bədbəxt.Bu xak kəndinindir,Torpağı neyləsin bu?Nə əldə danə vardır,Nə aləti-ziraət.Yer sürməyə vəsaitLazım deyilmi, ey mürğ?Xış yox, at yox, öküz yox,Netsin zavallı? Heyhat, –Yox iqtidarı alsın,Məhrumi-simü zərdir,Amma özü bəşərdir.Ərbabi-zülmə lə'nət!Sövqi-zərurət ilə –Gəlmiş bu boş zəminə,Ot kökləri yeyər kim,Dəf' eyləsin vəca'ət.Bir parə kök bulursa,Saxlar, yeməz zavallı,Əhli-əyalı vardır,Həsrətkeşani-ne'mət,Bu mərdi-qüssədarıHəsrətlə gözləyirlər.Yarəb, hanı o sendə –Övsafi-raziqiyyət?!

Eşit, ruhum, eşit!Rusiyyə mülkü, ruhum,Bir növhəzari-matəm,Başdan-başa kəsilmiş –Bir səhneyi-müsibət.Bir kütleyi-fəqirə –Möhtac nanü şamə,Bir firqeyi-səfilə –Aludeyi-səfahət.Ey dilfirib vicdan,Bu mənzəri-fəci'inAtaşzəni-dilimdir,Ruhum çəkir əziyyət.Afaqi-giryəbarınRuhum kimi qəməndud,Könlüm kimi pərişan –

Əhlin əsiri-üsrət.Ayaqyalın, başaçıq –Övladi-namuradın,Səhranəvərdi-qəmdir,Sərbərzəmini-xiclət.Bax, ey göyərçinim, bax,Zövcati-aliyatə,Batmış mücövhəratə,Ləbrizi-kibrü nəxvət.Əngüştərində parlarQıpqırmızı yəvaqit,Xuni-əhalidir o –Barmaqlarında zinət.Xuni-dili-əhali –Donmuş, təhəccüm etmiş,Görməzmisənmi ruhum,Pərtövfürüzi-hümrət.Almasparələr kim, –Vardır üzük qaşında,Hərdəm təlalö' eylər,Lərzişnümayi-səfvət.Onlar nə olduğun bil:Məzlumi-əşkrizin –Göz yaşlarıdır axmış,Ey lövheyi-məlahət.Yaqutü dürrü almas –Ruhum, a ruhi-həssas, –Əmvalıdır fəqirin,Qəsb eyləmiş hökumət.Zövcati-aliyatəMəqsəd nədir bəzəkdən?Getsin teatrə, etsin –Cəlbi-nigahi-diqqət.Gərdunələrlə sair –Hər dəmdə bir məqamı,Amadə bunlar üçün –Hər gündə bir ziyafət.Fikri, xəyalı işrət,Dildadey-ləzaiz,Övrəngi-bəxti haiz –Məftuni-keyfü ləzzət.Zövcati-aliyatınPək alidir həyatı,Pərvərdeyi-hüzuzat,Dəmsazi-nazü ne'mət.Ey kimsəsiz vətən, uf,Bu qəhrlər çəkilməz,Bu zəhrlər içilməz,Uf, yandı qəlbi-fikrət!Bu dərdi çəkmək üçünArtıq təhəmmülüm yox,Gündən-günə ələmlər –Rə'yətgüşayi-sətvət.Qəm bir deyil, əzizim,Aləm həddən aşmış,Dərdin əlində şaşmışƏşdişəvü xəyalət.Mehmani-qəm ziyadə,Mehmanxanə kuçik,Mehmannəvaz netsin,Yox mənzilində vüs'ət...

Zabit sevgilisinin qabağında durub deyir:

Bədbəxtliyi-vətənçin –Ruhaniyan, yə'niBunlar böyük bəladır –Xüddami-cəhlü zülmət.Ruhani adlananlarZatən iki bölükdür:Qismi-siyahpuşan.Qismi səfidkisvət.İştə siyahpuşanMəhrumdur həyadən,

Ağ əlbisə geyənlərŞayani-lə'nü nifrət.Bunlar nə qism məxluq?Nərdən təvəllüd etmiş?Aya nasıl bəşərdir –Bu firqeyi-dənaət?..Eşit, ey pəriyi-ilham!Ruhanilik, papaslıqMisri naxoşluq olmuş,Övladə valideyndənEtməkdədir sirayətRuhani bir mərəzdirRuhi-vətəndə sari,Olmuş bu gün xələldarCismi-vətəndə “səhhət”.Bu öylə xəstəlikdir –Mabə'di var, kəsilməz,Ölsə ata, yetişdi –Övladə bilvərasət.Bu yadigari-irsiAriz olur bu yolla,Aç guşü huşu, dinlə,Ey hurzadi-cənnət!Ən canlı bir zamanda,Yə'ni cavanlığında,Mə'bədnişin olur, bax,Növrəsteyi-şəbabət.Bu fikri-pərdədarınVar kəşfə ehtiyacı,Aydınlıq olsun əfkar,Kəsb eyləsin bədaət.Övladını cəmaətTəhsili mövsümündəXüddami-mə'bəd eylərQəflətgüzini-üzlət.Ol gənclər ki, oldu –Arayişi-kəlisa,Onlardan ummaq olmazParlaq xəyalü fikrət.İnsanə mənfəətliTə'limi çıx, nə qalsa, –Şəbanə eyləyirlərRuhaniyan dirasət.Batil əqidələrləƏfkarı zəhrlərlər,Olmazmı böylə övladPərvərdeyi-zəlalət?Övhami-zülmətəngiz –Parlar xəyal içində,Zülmətli göydə çıxmaz, –Bil, nəyyiri-həqiqət.Parlaq xəyal içindəPərvaz edər ziyalar,Zərrin qanadlı pərtöv –Sərpər dilə təravət.Əfsus kim, papaslar –Ə'dasıdır ziyanın,Ənvarə qarşı bəslərBunlar böyük ədavət.Şəbanə kim, verirlərBunlar dürusi-övham,Olmaqda bu təalimBax, mucibi-bəlahət.Nabud olur həqaiq.Peyda olur xürafat,Məğlub olur şüaat,Zülmətdə qalibiyyət.Şayani-diqqət iştəBir nöqtə var, nəzər qıl,Nə işlərə edirlər –Ruhaniyan cəsarət.Şagirdin, əchəl, adın –Təbdil edir yerindən –Ruhaniyan rəisi,

Əhsən sənə iyasət.Der ki, adın gərəkdir –Olsun Boqoslavski –Ya ki, Boqolyubov olsun.İşmi bu? Eylə diqqət!Mə'bədnişin cavanlarAzadəsər yaşarlar,Hər sübhü şam içərlərTa kim, olunca sərməst.Hər pisliyi edərlər,Föhşayə meyl edərlər,Murdar yerə gedərlərAzadü hürrü sərbəst.Bunlarmı pişvayan,Bunlarmı rəhnümayan?Ruhanidirmi bunlar,Bunlarmı sədri-millət?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов