“Zər ki, nə dər rahi-Nataşa büvəd Bari-giranist kəşidən bə cib”.

Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi-beyzası var idi.

Bilirəm, bu sözləri oxuyan sual edəcək:

– Məgər qarpız kəsmək də bir səliqə istər?

Əlbəttə istər; böyük səliqə istər. Inanmayan, Məşədi Qulamın dükanına buyurub tamaşa etsin. Sizi inandarıram ki, əgər Məşədi qarpız kəsdiyi kimi diqqətlə ticarət etsəydi, İndi onun pulu əlli min deyildi,

Sultan Əbdülhəmidə və Məmmədəli şaha işarədir.
“Nataşanın yolunda qoyulmayan qızıl, cibdə gəzdirilən ağır yükdür”.

yüz əlli min idi. Əgər bu diqqəti namaza versəydi, yəqin cənnət vağzalında yetmiş min huri İndidən onun gəlməyinə mintəzir olardı. Bəli, Məşədi papağını və çuxasını mismardan asıb, başında araqçın, qolları çirməkli, bir əlində bıçaq, bir əlində qarpız, kəmali-ədəblə əyləşib qarpızı əlində dolandırdı. Qarpızın saplağı tərəfini dairə kəsib, sonra dörd bölüb yerə atdı. Qatıq parçalarının İkisi qara tərəfinə düşəndə Məşədi sevİndiyindən qarpızı və bıçağı yerə qoyub, İki şəhadət barmağını bir-birinə ilişdirib “oxay, yəqin barışacaq” deyib bərk şaqqıldatdı.

Mən çox istərdim ki, mənim yazdıqlarımı oxuyanlar mənim özümə də bir az bələd olsunlar; ona görə özümü oxucularıma nişan vermək istəyirəm.

Cəmi oxucularıma məlum olsun ki, mən İndiyədək heç bir kəsin sirrini açmamışam. Hər kəs mənə xəlvət bir söz desə, yəqin etsin ki, o söz mənimlə qəbrə gedəcək. Inanın və etiqad edin ki, əgər İskəndəri Zülqərneynin başını qırxan dəllək mən olaydım və onun buynuzlarını görəydim, gedib quyuya da deməzdim və oradan da qamış bitib xalqa xəbər verməzdi.

Mən heç kəsə deməmişəm və qiyamətədək demərəm ki, Məşədi Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var və Nataşa üç gün bundan qabaq məşədi ilə dava edib, onu evindən qovub. Səbəb də bu olub ki, Nataşa məşədidən brilyant üzük xahiş edib, məşədi də ona yaqut üzük gətirib.

Xəyal etməyin ki, məşədi bunu xəsislikdən edib. Xeyr. Məşədi Nataşanın yolunda canından da keçər. Məhz yaqutu brilyantdan gözəl hesab edib, alıb. Ancaq Nataşa yaqutdan əlavə bir brilyant üzük də almaq istəyib. Məşədiyə: “Ləin, xəsis! Sən məni istəmirsən!” deyib qovub.

Bu sirri əgər mən bir adama açıb desəm, dilim lal olsun və qiyamətdə Məşədi Qulamın yanına Hacı Molla Baba sifətində gəlim. Xülasə, Məşədi Qulam yenə qarpızı əlinə alıb İki tərəfdən kəsib yerə vurdu. Qarpız İki parça oldu. Bunu da deməliyəm ki, əgər qarpızın parçalarını tərəziyə qoyub çəksəydin, biri-birindən nə bir misqal ağır, nə də bir misqal yüngül gələrdi. Bu da səliqənin nəticəsi idi.

Məşədi başını aşağı salıb qarpızın parçalarını bir-bir içəri ötürməkdə idi. Bir də başını qalxızıb gördü, Nataşanın nökəri balaca rus uşağı, əlində kağız, qapıda durub. Məşədinin gözləri məşəldar pişiyin gözləri kimi şəfəq verdi; soruşdu:

– Nə var, bala? Xeyir ola?

– Nataşa kağız göndərib.

Uşaq kağızı məşədiyə verdi. Məşədi kağızı alıb açanda ətir qoxusu dükanı başına götürdü. Sonra uşağı içəri çağırıb kağızı ona verdi və dedi:

– Yavaşca oxu, qulaq asım.

“Mənim əziz Maşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd təqsir sənin özündədir. Amma yenə peşman olub, səninlə barışmaq istəyirəm. Bu gecə səni gözləyəcəyəm. Əlbəttə gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin qırxıq başından üç dəfə öpüş alacağam”. Ətrafdan baxan olmasaydı, məşədi qalxıb dükanın ortasında bir “Uzundərə” oynardı. Uşağın ovcuna bir dənə kök on şahılıq basıb dedi:

– Get degilən: “Xaraşo!”

Uşaq cəld dükandan çıxıb getdi. Məşədi təzədən nahara şüru etdi. Amma sevİndiyindən qarpızın parçaları boğazında qaldı. Axırda barmağını da qarpızla bir yerdə elə dişlədi ki, qanı axdı. Naharı qurtarıb keçdi dükanın dalına. Lüləyindən su töküb əlini yudu və silə-silə qayıtdı: çuxasını, papağını mismardan alıb geydi; çölə çıxdı və dükanın qapısını örtüb üz qoydu birbaş cavahirfiruş Manqasarın dükanına və gedərkən ahəstə zümzümə edib oxuyurdu:

“Pərişan türreyi-tərrar, gahi rast, gahi gəc,
Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc!”

Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama döşəmə-plov bişirsinlər.

Məşədi öz-özünə dedi:

– Çox gözəl olardı ki, bir dənə də toyuq alıb göndərim çığırtma eləsinlər. Axşam plovla aparım Nataşanın qulluğunda ağız ləzzəti ilə yeyim.

Və yenə deyirdi:

– Allah kəssin müsəlmanın evini-eşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, İki ildən yuyulmamış əl dəsmalı... Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl-bıçağın şəfəqindən göz qamaşır. Guya

İndicə fabrikdən çıxıb. Ağ libaslı, ağ döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortalığa çıxardır. Nataşa özü paltarının ən lətifini geyib, gəlib əyləşir ustolun başında: əl patiska ağı, sifət ay parçası, tüklərinin qoxusundan adam bihuş olur... Di gəl, arvad ölmüş hər nə yarar paltarı var, geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üstbaşından bozbaş iyi gəlir... Xülasə, hər kəsin rus aşnası yoxdur, canının rahatlığı yoxdur.

Məşədi xəyal dəryasına qərq, gedə-gedə bir də gördü ki, baron Manqasarın dükanının qabağındadır. Qapını açıb daxil oldu:

– Allah saxlasın!

– Allah saxlasın! Nə var, ay məşədi? Xeyir ola?

– Xeyir olmamış nə var? Lənət şərə! Bir dənə yaxşı brilyant üzük lazımdır.

– Tapılar, çox yaxşıları var. Məşədi, bu üzükləri almaqda deyəsən bir xeyir iş var?

– Nə eləyim, bizim oğlana istəyirik bir nişan kimi taxaq. – Allah mübarək eləsin! Allah mübarək eləsin! Oğlun yaxşı oğlandır. Manqasar qutudan neçə dənə üzük çıxardıb qoydu məşədinin qabağına.

Məşədi bir dənəsini götürüb soruşdu:

– Bunun qiyməti necədir?

– Səkkiz yüz manat.

Çox danışıqdan sonra yeddi yüz əlli manata üzüyü alıb Manqasara əl verib, “salamat ol!” deyib dükandan çıxdı. Oradan gedib bir toyuq alıb hammal ilə göndərdi evə və sifariş etdi ki, cığırtma qayırsınlar. Hammalı yola salıb qayıtdı dükanına.

Məşədi dükanında hərçi çalışdısa, qərarı gəlmədi. Gah əyləşirdi, gah qalxıb dükanda o baş-bu başa var-gəl edirdi. Tez-tez saata baxırdı. Saat zəhrimarın da əqrəblərini guya tutub saxlayan vardı. Axşam olmurdu ki, olmurdu.

İstədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. O da baş tutmadı. Axır dükanı bağlayıb getdi hamama. Hamamda kisə çəkdirib, qüsul eləyib, namaz qılıb, saqqalına həna yaxdırıb, yatdı. Bir azdan sonra oyanıb hənanı yudurdub, rəng yaxdırıb yenə yatdı. Axşam azanına bir saat qalmış Məşədi Qulam təravətlənmiş, hamamdan çıxıb yavaş-yavaş evə gəldi.

Arvad kişini mütəfəkkir görüb soruşdu:

– Ay kişi, nə olub belə fikirdəsən?

– Nə olacaq, başıma daş düşüb, əməyim, zəhmətlərim, ibadətim hamısı zaye olub getdi. Kişi evi dağılmış fikir etməyib, nə eləsin? Bu gün Molla Sadıq gəlmişdi dükana. Deyir: “Məşədi, qiraətini bilirsənmi?”. Dedim: “Xeyr, bilmirəm”. Dedi: “Bəs bu yaşa çatıbsan, hələ qiraətini də bilmirsən, ay bədbəxt? Vay sənin halına! Sən də behişt arzusundasan? Əgər qulaqlarının dibini görsən, behişti də görərsən. Xanəxərab, nə fikir edirsən? Canına yazığın gəlsin, cəhənnəmin odundan qorx”. Deyir: “Qiraətsiz yüz il namaz qılsan, bir qara qəpiyə dəyməz, sənə ancaq boş yerə əyilib-qalxmaq qalacaq. İndi rəmazan yaxınlaşır. Axşamlar gəl bizim evdə qiraət öyrən! Bəlkə bu rəmazanı qayda ilə tövbə edib, namaz qılasan, günahın bağışlana”. İndi əlacım yoxdur, arvad, gərək bu axşamdan başlayıb neçə gün gedim axund evinə, qiraət öyrənməyə. Bir qab yaxşı plov çək, çığırtmanı da qoy yanına, faytonda aparım axundun qulluğuna, orada bahəm yeyib, qiraətə məşğul olaq.

Arvad plovu çəkib, bir podnosa qoyub və saçaqlı bir örtüyə büküb verdi məşədiyə. Məşədi isə plovu faytona qoyub, birbaş çapdı Nataşanın mənzilinə.

Ürəyi atıla-atıla qapının zəngini basdı. Qulluqçu cəld qapını açdı.

– Barina doma?

– Doma!

Nataşa məşədinin səsini eşidib yüyürdü qapıya, əlindən tutub, çəkdi birbaş yatacaq otağına... Plovu da qulluqçu apardı mətbəxə.

Nataşanın məşədiyə ilk sualı bu oldu:

– Gətirdin?

– Gətirdim!

– Ver buraya!

Məşədi üzüyü cibindən çıxarıb təqdim elədi. Nataşa üzüyü görüb, şadlığından atılıb-düşüb, məşədini üç dəfə başından, neçə dəfə saqqalından öpüb, üç dənə öpüş də özü ona verdi.

Şamdan sonra məşədi əyləşmişdi divanın üstünə, Nataşa da uzanıb başını onun dizinin üstünə qoyub, ona qiraət öyrədirdi:

– Deyinən lyublyu!

– Loblu!

– Lyublyu!

– Loblu!

– Lyublyu!

– Loblu!

Hər nə qədər Nataşa səy edirsə, məşədiyə “lyublyu” (yəni sevirəm) sözünü öyrədə bilmirdi.


Sübh məşədinin arvadı yatmışdı. Ayaq səsləri eşidib gözlərini açdı, gördü məşədidir. Ayağı ayağına dolaşaraq bir para sözlər danışır, bir ucdan deyir:

– Vələzza... vələzza... vələzza...

Arvad qorxub güman etdi ki, kişinin başına hava gəlib, soruşdu:

– A kişi, nə danışırsan?

– Dinmə, arvad, vələzza... vələzza... vələzza...

– A kişi, sən Allah, bircə de görüm, nə söyləyirsən?

– Arvad, qoymazsan qiraətimi öyrənim? Bu gecə sübhədək çalışmışam. “Əlhəmdü” surəsini tamam öyrənmişəm. İndi nə qədər eyləyirəm, “vələzzalin” çıxmır... vələzza... vələzza...

– A kişi, bircə gəl yat, yuxunu alandan sonra öyrənərsən!

Arvad məşədini güclə soyundurub yıxdı yerə. Məşədi yerə girən kimi getdi yuxuya. Kişi yatandan sonra arvadın yadına düşdü ki, günortaya bişəsi xörəyi soruşmadı. Yavaşca gəldi ərinin yanına:

– Məşədi, məşədi!

– Hımm!..

– Günortaya nə bişəcək?

– Loblu... loblu...

– Nə deyirsən?

– Loblu... loblu...

Günorta zamanı məşədi yuxudan ayıldı. Soruşdu:

– Arvad, nə bişirmisən?

Cavab verdi:

– Lobyalı qovurma. Özündən soruşdum, dedin lobyalı! Mən də lobyalı bişirdim.

– Hə, qoçağım arvad, yaxşı eləyibsən.

Məşədi lobya qovurmasını yeyib, dəstəmaz alıb, cümə günü olduğuna görə getdi məscidə, camaat namazına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 мин
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 мин
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 мин
Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

22 мин

Стихи других поэтов