İkinci məclis
Страница 2 из 2 · 50%
Sənəm. Yaxşı, yaxşı. Eybi yoxdur. İndi bir az dur, sənə söz deyəcəyəm. Hərgah onu düzəltdin, onda səni qardaşımdan artıq istərəm və bilərəm də ki, sən bizim pisliyimizi istəməzsən. Əgər bir belə iş elədin ki, hacı ikinci arvadını çıxartsın, onda billəm cəmi dediyin sözlər doğrudur və əgər eləməsən, billəm dediyin sözlər hamısı yalandır, ancaq canının qurtarmaq istəyirsən.
Mirzə Heydər (öz-özünə). Hə, yaxşı yerdə günü axşam elədim. (Ucadan) And olsun Allaha və atamın ərvahıan, sənin evində yediyim...
Sənəm. Yaxşı dəxi, and içmə. Sözümə cavab ver. Bu işi düzəldəcəksən, yoxsa yox?
Mirzə Heydər. Ay xanım, sənin xatırın üçün canımdan da keçərəm. Amma...
Sənəm. Dəxi artıq danışma, amma-zad lazım deyil. Yazırsan, qələmdən, kağızdan cibindən çıxart, yaz, yazmayırsan dəxi amma nədir?
Mirzə Heydər. Xanım, ay başına dönüm, dəxi nə üçün acıqlanırsan? Belə bax mənim bu gözlərim üstə. Bayaq ərz elədim ki, sənin xatırın üçün başıma and içirəm.
Sənəm. Öz xatırın üçün başından keç. Mənə sənin başın gərək deyil. Tez ol, hər nə yazırsan, yaz görüm. Hacı oyanar, xəbərdar olar, sənin də işin pis olar, mənim də. Di tez ol.
Mirzə Heydər. O işdən ötrü, xanım, dua yazmaq yaramaz. Gərək mis qab olsun. Odu ha, o mis qabı gətir buraya. (Sənəm mis qabı gətirir.
Mirzə Heydər cibindən bir qarğı çıxardır.) Bir az mum olarmı səndə?
Sənəm. Niyə olmayır, övrət xaylağı olar ki, mumsuz olsun? (Mumu çıxardıb, verir.)
Mirzə Heydər kasanın üstünü dəsmal ilə örtüb dəsmalın ortasını verir Sənəmin əlinə,
hər ikisi əyləşir.
Mirzə Heydər. Ala, tut bu dəsmalın ortasından bax. Mən bu bıçaqla on üç dəfə vuracağam kasaya. On üç cin gələcək dolacaq bu qarğının içinə. Sonra mən qarğının ağzını mum ilə bərk bağlayacağam, verəcəm sənə. Sən də aparıb gecə qoyarsan hacının başının altına. Gecələr bundakı cinlər hacıya rahatlıq verməzlər, ta ki hacı təzə övrətini boşuyunca. Amma qabaqca gərək nəziri olsun. Ondan ötrü ki, bu dua bir şeydir ki, nəziri olmasa əsəri olmaz. Ələlxüsus bu işdə gərək nəzirini qabaq verəsiniz.
Sənəm. Nəziri nədir, deyilən verim.
Mirzə Heydər. Nəziri gərək, xanım, kağız pul olsun. Qoyacağam bu camın içinə. Çünki əcinnələr mis və gümüş puldan qaçırlar.
Sənəm. Üç manat bəsdirmi?
Mirzə Heydər. Niyə bəs deyil, ancaq kağız pul olsun.
Sənəm (pulu verir). Di ala bu üç manatı. Allah qoysa yenə sənə pul verərəm, əgər iş düzəlsə.
Mirzə Heydər. İnşallah düzələr. Di İndi gözünü yum. (Başlayır camı döyməyə. Bu halda Güllü içəri girir.)
Güllü. Bu nədir, ay qardaş? (Mirzə və Sənəm qalxırlar ayağa) Ay bihəya, bu nə tac qurmaqdır?! Bu nə cadu yazdırmaqdır?!
Sənəm. Bihəya sənsən! Həyasız, sənə nə? Sənə cadu yazdıran kİmdir? Mən mirzəyə tas qurdurmuşam. Balaca uşaq gecələr yatmır.
Güllü. Yalansa balaca uşağın vayına oturum, ağlayım. Bihəya, niyə yalan deyirsən? Adam başına qəhətdir aldatmağa? Qapının dalında durub hamısını eşitmişəm! Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam?
Sənəm (çığıra-çığıra). Ay bihəya, kimin uşağının vayına oturursan?
Güllü (ucadan). Belə hər kəs mənə cadu yazdırır, ona deyirəm. Sənəm. Belə yaxşı eləyirəm, əlimin içindən gəlir, yazdırıram, əlindən gələni beş qaba çək!
Güllü. Ay səni görüm dünyada ağ gün görməyəsən! Ay səni görüm dörd balan bir ildə yuyulsun! Axı mən sənə neyləmişəm?
Sənəm. Belə mənim dörd balamın azarı-dərdi-bəlası tökülsün sənin bircə istəkli qardaşının üstünə!
Güllü. Ay həyasız, kimin qardaşına qarğış eləyirsən! And olsun qardaşımın canına, saçından tutub bir ağac yol sürərəm!
Mirzə Heydər. (öz-özünə). Yavaş-yavaş buradan qaçmaq məsləhətdir. Yoxsa mənim də dərimi boğazımdan çəkərlər. (Çıxıb qaçır.)
Sənəm. Mənim saçımı tutan hələ anasından olmayıb! And olsun Allaha, sənə bir od vurram ki, gəldiyin yolu azarsan!
Güllü. Bircə dayan. O dua yazan necə oldu? Hələ mənim işim onunla çoxdur. Hacı gözünü silə-silə çıxır.
Hacı Mehdi. Ay qırılmışlar, ay bihəyalar, məgər səsiniz kəsilməz, məgər qoymazsınız bir az yatıb dincəlim. Allah sizin toxumunuzu yer üzündən götürsün.
Güllü. Mən nə eyləyim? Görmürsən arvadın nə qayırır? Gedib cadu yazan gətirib mənə tas qurdurubdur.
Hacı Mehdi (gedib tatarını gətirir). Ay Allah sizə lənət eləsin. Yəni nə vaxtacan mən sizin hay-küyünüzə tab gətirəcəyəm? Dəxi canımı boğazıma yığdınız! (Övrətləri vurur.) Canımı boğazıma gətirdiniz, gətirdiniz! Allah sizin canınızı boğazınıza yığsın. Allah sizing kimi arvadlara lənət eləsin! (Övrətlər qaçırlar. Hacı Mehdi nəfəsini verə-verə oturur.) Ay pərvərdigara, tezlik ilə ya məni öldür bunların üzündən xilas elə, ya bunları öldürgilən, bəlkə mən dünyada bir arxayın nəfəs alım. (Durur gedir qapının birini açır, Sənəmi çağırır.) Sənəm, buraya gəl. (Qayıdır o biri qapıya) Güllü, buraya gəl. (Sənəm və Güllü hərəsi bir qapıdan girirlər, dayanırlar qapının ağzında.) Bax deyirəm sizə, and olsun Allaha və getdiyim Beytə, əgər bir-birinizdən şikayət edəsiniz, ikinizi də otanacan döyəcəyəm ki, lap dildən düşəsiniz. Gərək biriniz o birinizin səsini bilmərrə eşitməyə. Dəxi qonumqonşu təngə gəlib sizin çığır-bağırtınızdan. Bax deyirəm sizə, birinizin pişiyi o birinizin evinə gedə bilməz. And olsun Allaha, dərinizi boğazınızdan çıxardaram. Bax bu saqqal mənə haram olsun, əgər o tatarı ilə sizi öldürməsəm. Di gedin, itin gözümün qabağından. (Övrətlər gedirlər.) Ay Allah sizin kökünüzü kəssin!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-yeyersen-qaz-etini-gorersen-lezzetini-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı.Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi:
Kapitalizmlə mübarizəSabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:
QabanBöyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.
Söhbətİsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
Стихи других поэтов
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Gəraylı: Ey fələk, gündən artıqEy fələk, gündən artıq,Bu gözəlin cəmalı var,
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?