Kənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş.

Birincikəndli (yanındakına). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun.

Səfiqulu. Bunu, deyirlər, lap içəridən göndəriblər ki, camaata təzə hökumətin zakonunu öyrətsin.

Birincikəndli. Keçmişdə kəndə pristav gələrdi, naçalnik gələrdi, heç divanxanaya bayraq vurmazdılar.

Səfiqulu. Odur Koroğlu keçir. Bir onu buraya çağır. O çox içəriyə girib-çıxır. O, bizə dürüst xəbər verər.

Birincikəndli. Ay Koroğlu, bir bəri gəl, sözüm var. Koroğlu (gəlir). Nə deyirsən?

Birincikəndli. Bircə de görüm bu gələn adam kİmdir ki, onun gəlməyinə görə buraları belə bəzəyibsiniz? Bizi buraya nə üçün çağırıbsınız?

Koroğlu. Bu yoldaş Bakıdan gəlibdir ki, təzə hökumətin qanununu camaata bildirsin və əlavə kənd şurası və idarəsi haqqında lazım olan qanunları camaata öyrətsin.

Səfiqulu (Koroğluya). Yavaş görüm, o necə yoldaşdır, kimin yoldaşıdır?

Koroğlu (gülür). Mənim, sənin, onun, hamının yoldaşı. Təzə hökumətin nəzərində böyük, kiçik yoxdur, hamı yoldaşdır. Tələsirəm, işim var, indi yoldaş çıxar, hər bir iş aydınlaşar. (Gedir.)

Birincikəndli. Səfiqulu, bir şey başa düşdün?

Səfiqulu. Heç bir şey başa düşmədim. H ökumətdə, görmüşük, biri ağa olar, biri nökər, biri bəy, xan, ya padşah olar, qalanı rəiyyət. Yoldaş nədir? Hökumət adamından da yoldaş olarmı? Heç zad başa düşmürəm.

Birincikəndli. Dayan, axırını gözləyək.

İdarənin qapısı açılır. Içəridən neçə nəfər həyətə çıxırlar. Sədarət
sandalyasında Koroğlu əyləşir, qalanları da iki tərəfdən əyləşirlər.

Koroğlu (ayağa durub, əl çalır). Yoldaşlar! (Hamı sakit olur.) Bu gün təzə hökumətimizin, Şura hökumətinin vəkilləri bizim kəndə təşrif gətiriblər. Onların, bizim İndiyədək bəylər, xanlar, dövlətli hacılar ayaqları altında tapdalanan kəndimizə gəlməklərini ürəkdən alqışlayıb deyirik: yaşasın Şura hökuməti! (Xalq əl çalır. Yoldaşlar qalxıb baş əyirlər.) İndi söz verilir yoldaş Cavadova.

Birincikəndli. Eşitdin? Cavadov! Mən dedim, yəqin təzə hökumət buraya öz yaranalarından birini göndərib. Bu ki heç hökumət adamına oxşamır, özü də müsəlman.

Cavadov. Yoldaşlar!

Səfiqulu (birinci kəndliyə). Danışma, görək nə deyir.

Cavadov. Yoldaşlar! Üç il bundan qabaq Rusiyanın işçi və kəndliləri yüz illərlə onları əsarət zəncirində saxlayan çar hökumətini yıxdılar. Bir il ondan sonra Azərbaycanda müsavat hökuməti quruldu. Siz hamınız milli hökumətin gəlməyinə şad olub bayram etdiniz. Lakin müsavat hökuməti sizin üçün çar hökumətindən bədtər oldu. O səbəbdən Azərbaycanın işçi və kəndliləri Şura hökumətini köməyə çağırdı. Şura hökuməti onların xahişini qəbul edib, Azərbaycana qoşun göndərdi.

Səslər. Yaşasın Şura hökuməti! Yaşasın işçi-kəndli hökuməti!

Koroğlu. Dayanın, yoldaşlar, qoyun yoldaş Cavadov sözünü tamam eləsin.

Cavadov. Şura hökuməti, yoldaşlar, xalq hökumətidir. Hər şəhərin, hər kəndin əhalisi öz-özünü idarə edəcək. Siz burada etibar etdiyiniz adamlardan vəkillər seçəcəksiniz ki, onların yığıncağına kənd şurası deyəcəklər. Kənd şurası icraiyyə komitəsi seçəcək, yəni neçə nəfər seçib onlara hökumətin qətnamələrinin və qərarlarının yeridilməsini tapşıracaqlar. Beləliklə, kənd öz işlərinin həllini naçalniklərdən, pristavlardan gözləməyəcəklər, işlərini özləri həll edəcəklər.

Səslər. Yaşasın belə hökumət! Ura!..

Birincikəndli (Səfiquluya). İndi başa düşdünmü?

Səfiqulu. Çox gözəl başa düşdüm. Min pristav və naçalnik bu oğlanın bir tükünə Qurban olsun.

Cavadov. Sizin aranızda hampa, qolçomaq kəndlilər var. Onlar
da gərək camaat ayağından işləsinlər və Şura hökumətinə sədaqətlə qulluq edəcəklərinə söz versinlər. Bunu da bilsinlər ki, Şura hökuməti xainlərlə amansız rəftar edəcəkdir.

Hacı Bayram (camaat arasından ayrılıb, irəli gəlir). Cənab vəkil...

Cavadov. Burada cənab-mənab yoxdur. Hamı yoldaş, hamı qardaşdır.

Hacı Bayram. Yoldaş vəkil, söylədiyiniz hampaların biri mənəm və məndən savayı da bir neçə nəfər var. Mən hamının tərəfindən vəkil olub deyirəm ki, malımızı, mülkümüzü Şura hökumətinə Qurban verib, canımız çıxanadək hökumətə doğruluqla qulluq eləməyi vəd edirik.

Birincikəndli (Səfiquluya). Eşidirsən nə şirin dillər tökür?

Cavadov (Hacı Bayrama). Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Siz dövləti həmin kəndlilərin zəhmətindən qazanıbsınız.

Hacı Bayram. Bəli, belədir, ağa. Düz buyurursunuz.

Cavadov. Ağa demə, yoldaş de.

Hacı Bayram. Bağışlayın, yoldaş. Gözümüzü açıb hökumət adamlarına ağa demişik, dilimiz öyrənibdir.

Cavadov. İndi də diliniz belə öyrənsin. Mən ürəkdən istəyirəm ki, sənin və yoldaşlarının vədləri sidqi-dildən olsun.

Hacı Bayram. Sidqi-dildən!

Cavadov. Yoldaşlar! Daha Şura hökumətinin nə olduğunu və nə məqsədlə gəldiyini anladınız?

Səslər. Çox gözəl anladıq. Sağ olun. Yaşasın Şura hökuməti! Ura! Ura!..

Birincikəndli (Cavadova). Yoldaş, mən də bir söz deyə bilərəmmi?

Cavadov. Çox yaxşı deyərsən.

Birincikəndli. Camaat! Yoldaşlar! Bizim indiyədək qazandıqlarımızın hamısı Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd ağa kimi adamların ciblərinə dolubdur. Bu kənddə və ətraf kəndlərdə az adam tapılar ki, onlara borclu olmasın. Hacı Bayram, doğrudur, burada söz verdi. Amma mən imanım, mən atamın goru, bu sözlər ürəkdən deyildi. O, malının, dövlətinin fikrindən gecələr yata bilməyəcək. Ona görə də onun sözünün, vədələrinin dürüst olmasını yəqin eləməyincə onları kənd seçkisinə yavuq qoymaq olmaz. İndiyədək camaat onlara baş əyib, indi də onlar camaata baş əysinlər.

Səslər. Doğrudur, doğrudur!

Cavadov. Bu sizin öz işinizdir. Əlbəttə, etibar eləmədiyiniz adamları camaat işlərinə buraxmazsınız. Yoldaşlar! Şura hökumətinin müvəffəqiyyətlə yeriməsinə vacib səbəblərdən biri də savaddır. Azərbaycanda hər yüz adamdan ancaq ikisinin savadı var, doxsan səkkizi savadsızdır. Şura hökuməti heç vədə bunu qəbul edə bilməz. Gərək məmləkətdə bir nəfər də bisavad kişi və qadın olmasın. Bu saat burada yeddi kəndin bir məktəbi var, o da rus məktəbi. Şura hökuməti hər kənddə məktəb açacaq. Böyük kəndlərdə iki-üç məktəb açıb. Şura hökumətini yaradan və onun başında duran Leninin əmrinə görə bu məktəblərdə şagirdlər öz ana dillərində dərs oxuyacaqlar. Savadsız kor məqamındadır və köhnə hökumətlər camaatı avamlıqda və korluqda saxlayıblar. Şura hökuməti bunu qəbul edə bilməz. Daha, yoldaşlar, mən sözümü qurtardım. Burada mənimlə gələn yoldaşlardan birisi qalıb, yoldaş

Koroğlu ilə bir yerdə kənd şurası seçkisini aparacaqlar. Hər bir çətinliyi onlardan xəbər ala bilərsiniz. Daha sağ olun. Yaşasın Azərbaycanın işçi və kəndliləri!

Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!..

Məktəb uşaqları əllərində balaca qırmızı bayraqlar, qabaqlarında

Mirzə Həsən, səhnəyə daxil olurlar.

Mirzə Həsən. Yoldaşlar!

Səfiqulu. Baho! Bu da “yoldaşlar” deyir. İndiyədək dinmirdi.

Mirzə Həsən. Yoldaşlar! Sizin məktəbdə oxuyan balalarınız Şura hökumətini təbrik etməyə gəlmişlər. Onlar deyirlər ki, biz məktəbə ancaq üç sənə oxuyub çıxandan sonra xalqa bir fayda verə bilmərik. Çünki savadımız az olur. Biz bundan sonra yeddi il və daha çox oxumaq istəyirik.

Cavadov. Yoldaş müəllim! Balaları təmin eləyin ki, Şura hökuməti məktəblərdə mükəmməl təlim və savad verməsə, vəzifəsini ifa etməmiş olur.

Mirzə Həsən. Bu mənim yəqinİmdir.

Biruşaq. Biz məktəb uşaqları vəd edirik ki, yaxşı oxuyaq və bizim əziz atamız Lenin göstərən yolla həmişə düz gedək.

Uş aqlarınhamısı. Ura!.. Ura!..

Cavadov (uşağı öpür). Barakallah! Siz Şura hökumətinin gülləri, çiçəkləri və gələcək ümidisiniz.

Mirzə Həsən (camaata). Yoldaşlar! Axşamlar məktəbimizdə böyüklər üçün savad dərsi veriləcək. Xahiş edənlər gəlib türkcə oxuya bilərlər. Gərək kənddə bir nəfər də savadsız olmasın.

Cavanlardansəs. Gələrik, hamımız gələrik.

Koroğlu. Kənd əhalisinin iclası qapandı. Hər kəs evinə gedə bilər. Sabahdan kənd şurası seçkisinə qədəm qoyacağıq. Yaşasın Şura hökuməti!

Səslər. Yaşasın Şura hökuməti! Ura!.. Ura!..

Camaat dağılır. Vəkillər içəri gedirlər. Uşaqlar dəstə ilə geri dönürlər.

Molla Vəli (Hacı Novruza). İndi gördün ki, mən hər şeydən baxəbərəm? Camaatın noxtasını verəcəklər kor İsrafilin oğlu kimi itqurdun əlinə və arvadlarınızın hamısını da fahişə edəcəklər.

Hacı Novruz. Gedək, Allah kərİmdir. Bunlar saydıqları dursun, görək fələk nə sayıbdır.

Molla Vəli (əllərini yuxarı qovzayır). Xudaya, pərvərdigara, özün yaratdığın bəndələrini şeytan şərindən mühafizə elə!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abbas Mirzə Şərifzadə haqqında

1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!

1 мин
Mirzə Fətəlinin faciəsi

Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”

3 мин
M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 мин
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 мин

Стихи других поэтов