Dördüncü şəkil
Molla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,
Kərbəlayı Allahverdi və kəndin sair hampa və ağsaqqalları.
Hacı Novruz (mollaya). A Molla Vəli, sən, nə qədər olsa, dünya görmüş bir adamsan. Təbriz, Tehran kimi böyük şəhərlər görübsən. Neçə il Kərbəlada dərs oxuyubsan. Allahın elmindən xəbərin var. Bircə söylə görək, bu gələn hökumət necə hökumətdir? Haradan gəlib? Necə zakonlar gətiribdir?
Molla Vəli. Qabaqca bir Hacı Bayram danışsın görək Qaraqullarda nə görüb, nə eşidib. Sonra mən də öz sözümü deyərəm.
Səslər. Hacı Bayram, söylə görək.
Hacı Bayram. Camaat, mən gördüyümü heç kafir bəndə görməsin. Getdim gördüm yazıq Rüstəm bəyin evini camaat dörd tərəfdən bürüyüb. Qapısında nə qədər atı, malı var idi, qovub aparıblar. Qoyunların sürüsü ilə düzdən yox olub. Bəy özü bir neçə nökərlə evə girib, atışırlar. Mən daha yavuğa gedə bilmədim. Atı döndərdim Hacı Murtuzanın evinə. Gördüm kişinin rəngi qaçıb, bədəni titrəyir. Məni görəndə rəngi üzünə gəldi. Xəbər aldım: ay hacı, bu nə işdir? Dedi: nə danışım? Onu bilirəm ki, bir belə gün də mənim və sənin üçün var.
Hacı Novruz. Pərvərdigara, yaratdığın bəndələrin fikrini özün çək.
Məşədi Əhməd. Xalq Allahdan üz döndərib, namaz qılmaz, oruc
tutmaz, Allah da göydən bəla göndərər.
Molla Vəli. Qoyun kişi sözünü qurtarsın. Hacı Bayram, söylə görək axırı necə oldu?
Hacı Bayram. Atışma neçə saat gedəndən sonra birdən kəsildi. Biz dedik ki, yəqin Rüstəm bəyi də öldürürdülər, külfətini də qırdılar. Sonra xəbər gəldi ki, qəflətən camaat hücumu dayandırıb, hər kəs evinə çəkildi. Səbəbini soruşdum, dedilər: sizin müəllim Mirzə Həsənin sifarişinə görə camaat atəşi dayandırdı. Ancaq kəndin neçə cavanları Rüstəm bəyin evinin ətrafında qarovulda durublar və mal-qoyunu da toplayıb beş nəfər füqəradan seçilmə vəkillərə tapşırıblar.
Hacı Novruz. Yaxşı, Mirzə Həsən qotur müəllimin biri, cibində bir qəpik pulu yox, nə böyük şey olubdur ki, camaat öz ağsaqqallarını qoyub, onun ağzına baxırlar?
Molla Vəli. İndi əyyam belədir. Daha ağsaqqallara qulaq verən yoxdur.
Hacı Novruz. Vaxta ki bir Mirzə Həsənin sözü ilə camaat haqqımızda bildiyini eləyəcək, daha biz nə durub baxırıq? Vaxt ikən başımızın çarəsini qılaq.
Məşədi Əhməd. Başımızın çarəsi, baş götürüb bu vilayətdən qaçmaqdır.
Hacı Novruz. Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotu-bambılıları, ac-gicikləri aradan götürməkdir. Cib boş, qarın boş, baş boş. Bilmirəm o nə atılıb-düşür.
Məşədi Əhməd. Onu mən öhdəmə alıram.
Hacı Novruz (mollaya). Axund, bu işə sən nə deyirsən?
Molla Vəli. Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Onu öldürən müsəlmana behişt vacibdir.
Hacı Novruz. Molla Vəli, bir de görək, bu hökumət haqqında kitabda, Quranda bir xəbər varmı?
Molla Vəli. Bəli, var. Mən dünən yığıncaqda da dedim, yenə təkrar eləyə bilərəm. Bu gələnlər, bizə hədisdə xəbər verilən dəccalın qoşunudur. Onun dalınca gedənlər bidin və biimanlardır. Bunların fikri sərvətdarların əmlakını, pulunu və malını əllərindən alıb füqəraya verməkdir, çünki xalqın əksəri kasıbdır, çox adamlar müftə dövlətə susayıb cəm olacaqlar. Bizim borcumuz bunların dəfi üçün hər yolla çalışmaqdır.
Kərbəlayı Allahverdi. Camaat gərək silahlanıb bu kafir qoşununun qarşısına çıxsın.
Molla Vəli. Əlbəttə lazımdır. Burada cahad vacib gəlir. Belə müharibədə ölənlər hamısı şəhid zümrəsində olacaqlar.
Hacı Novruz. Bu yolda hamı gərək malından-canından keçsin.
Məşədi Əhməd. Heç kəs boyun qaçırmaz.
Səslər. Hamımız bacardığımız qədər bu yolda pul qoymağa hazırıq.
Kərbəlayı Allahverdi. Cavanlara etibar yoxdur. Onların hamısı
MirzəHəsə nin özü ilə durub-otururlar.
Hacı Novruz. Cavanlar hamısı axmaq deyillər. Mən özüm iki oğlumla boynuma kəfən salıb gedərəm.
Molla Vəli. Mən moizə elərəm, nəsihət elərəm. Hamı yekdil, yekcəhət bu yolda qan tökməyə amadə olar.
Məşədi Əhməd. Kərbəlayı Allahverdi doğru söz deyir, cavanlara bel bağlamaq çətİndir. Onlar bizim kimi ağsaqqalları, axund kimi alimləri buraxıb gedib Mirzə Həsən kimi boşboğazların sözünə baxacaqlar.
Molla (Məşədi Əhmədə). Mirzə Həsənin haqqında fikir çəkməyi İndi özün öhdənə aldın.
Məşədi Əhməd. Almışam, sözümün də üstündə duracağam.
Mo lla Və livəqalanları. Çox gözəl, çox gözəl!
Hacı Novruz. Sabahdan camaatın arasına adam salıb, qüvvət hazır eləməlidir. Söz lazım olan yerdə söz, pul lazım olan yerdə gərək pul müzayiqə olunmasın.
Məşədi Əhməd. Hacı Bayram, sən niyə bir söz demirsən?
Hacı Bayram. Siz öz işinizdə olun, mən danışacağım vaxtı bilirəm.
Molla Vəli. Camaatı başa salmalısınız ki, təzə hökumətin qərarına görə, bizim arvadlarımız hamısı rus arvadları kimi başlarını açsınlar. Qızlar oğlanlarla gedib məktəblərdə dərs oxusunlar.
Kərbəlayı Allahverdi. Bu biabırçılığı kimin namusu qəbul edə bilər?
Səslər. Hamımız qırılmağa hazırıq.
Molla Vəli. Xudavəndi-aləmdən sizin bu gözəl iqdamatınıza tofiq istəyirəm. Amin ya rəbbülaləmin.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-yoldas-koroglu-dorduncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.
Nəcəf bəy VəzirovaBakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan*Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar.
Hüseyn Mamayevə13 dekabr 1915-ci il*
“Qruziya” qəzetinəGürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm.Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir.
Стихи других поэтов
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
DanışmaYön çevirib bir məclisə varanda,Ağır otur, sağa-sola danışma.