Hacı Bayramın evinin qabağı. Hacı Bayram çarpayı üzərində döşəkcə üstündə əy-
ləşmiş, yanında Molla Vəli. Qarşısında Salman və Mahmud ayaq üstündə durmuşlar. Molla
Vəli, dizinin üstündə kağız, əlində qələm, ayağının altında qələmdan müntəzir əyləşmiş.

Hacı Bayram (mollaya). Axund, necə ki deyirəm, elə də yazarsan.

Molla Vəli. Bəli, buyur. (Hacı dedikcə yazır.)

Hacı Bayram. Mən bu oğlanı, Salman İsrafil oğlunu bir ilin müddətinə nökər tuturam. Hər bir işə göndərməli olsam, boyun qaçırmamalıdır, haqqı ildə altmış manat nəqd pul, bir dəst paltar, bir cüt çarıq, yedikcə çörək. Yazdın, qurtardın?

Molla Vəli. Bəli, qurtardım.

Hacı Bayram. Mənim əvəzimdən qol qoy.

Molla Vəli. Baş üstə. (Kağızı yazıb, verir Hacı Bayrama.) Buyur.

Hacı Bayram (kağızı molladan alıb verir Salmana). Al, bu sənin sənədin, qoy cibinə, ya apar ver atan saxlasın.

Salman. Hacı, bu kağız nahaqdır, sənin sözün mənə sənəddir.

Hacı Bayram. Yox, oğul. İş möhkəm yaxşıdır. (Salman kağızı alıb qoltuq cibinə qoyur.) Axund, sən də buna bir nəsihət elə.

Molla Vəli. Bilirsən nə var, oğul? Bu gündən sən, Hacı Bayramın itaətinə keçirsən. Hacının çörəyini yeyəcəksən, ona gərək düz və doğru qulluq edib, işinə haram qatmayasan. Əvvəla, qiyamətdə peyğəmbərin hüzurunda şərmisar olarsan, ikincisi, bu dünyada yediyin çörək gözünə durar.

S a lm a n. Əlbəttə, molla dayı, hər adam boynuna götürdüyü işi gərək doğru və dürüstlüklə aparsın.

Molla Vəli. Barakallah, oğlum. Yaxşı danışdın.

Hacı Bayram. Molla, bu oğlanı mən çoxdan xoşlamışdım. Sirsifətindən kamallı oğlana oxşayırdı. İndi görürəm ki, səhv düşməmişəm. (Salmana) Doğruluqla qulluq elərsən, haqqını artıraram, xələt verərəm, qulluğunu artıraram. Bunu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm sizə bir qədər çörək verim. Sən də o çörəyin qədrini bilməlisən. Bunu da sənə deyirəm, qulağında yaxşı saxla. O avara müəllim Mirzə Həsəndən və onun kimi cibləri boş, ağızlarını Allah yoluna qoyub axmaq-axmaq danışanlardan uzaq ol. Onlardan adama ziyandan savayı bir şey dəyməz. Eşitdinmi?

S a lma n. Bəli, eşitdim.

Hacı Bayram. Mollanın nəsihəti qulağında qalsın.

Salman. Baş üstə.

Hacı Bayram. İndi səni tapşırıram bu Mahmuda. Sənin işini sənə bu göstərəcəkdir. (Mollaya) Di, axund, buyur gedək içəri, bir az çörək yeyək.

Molla Vəli. Ya Allah. (Qalxıb hacı ilə gedir.)

Mahmud bir qədər hacı ilə gedir. Hacı mollanı içəriyə buraxıb, dönüb Mahmudla bir qədər ahəstə danışır.

Mahmud (qayıdır, Salmana). Ay gədə, Koroğlu! Sən indiyədək nökərçiliyin nə olduğunu bilməyibsən. Əllərinin qabığı nazikdir. İndiyədək atanı kor eləyən Allaha şükür eləyib, xalqın müftə çörəyindən yeyibsən. Mən sənə nökərçiliyin nə olduğunu anladım ki, sən də öz işini biləsən. Bax, burada səni işlədəcəklər, onu bil ki, tənbəl işləsən səndən qat-qat qabıq soyacaqlar. Adama altmış manatı müftə yerə verməzlər. Bu, dilənib qazanmaq deyil. Buna zəhmət haqqı deyərlər. Bu sözləri də qulaqlarında möhkəm saxla. (Çağırır.) Ay gədə, Rəhim! (Rəncbər Rəhim gəlir.) Bu Koroğlunu özünlə götür. Gedin hacının bağının ayağındakı qurumuş ərik ağacını yıxın yerə, balta ilə doğrayın, kötüyündən hər biriniz bir şələ odun qayırın, götürün gəlin.

Rəhim. Mahmud dayı, axı acıq, bir tikə çörək yeyək gedək.

Mahmud. Ay səni acından öləsən! Get Pərinisəyə de, bir çörək versin, aparın bağda ikiniz yeyin. Axşama da bişmişiniz olacaq. Zalım oğlunun yeməkdən savayı ayrı fikri yoxdur. (Gedir.)

Rəhim (Salmana). Gəl, ay yazıq, özünü yaxşı tələyə salıbsan. Gedək Pərnisədən çörək alaq, düşək yola.

Salman. Pərinisə kimdir.

Rəhim. Pərinisə Mahmudun arvadının adıdır. Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Verdikləri çörəyin yarısı arpa olacaq, yarısı buğda, adamın boğazında ilişib qalacaq. Axşam da ki deyir, bişmiş olacaq, o da nehrədən çıxmış ayranın dovğası. Yeyib bir saatdan sonra yenə acacaqsan. Beləliklə işlə görüm, necə işləyəcəksən. Dördcə ay, artıq demirəm, bunun yanında davam gətirə bilsən, sənə Rüstəm pəhləvan deyərəm. Ya şikəst olacaqsan, ya xəstə olub ömrünün axırınadək bir böyrün üstə yatacaqsan.

Salman. İşləyə bilmərəm, çıxıb gedərəm.

Rəhim. Gedərsən, haqqın əlindən çıxar, zəhmətin də özünə qalar.

Salman. Necə? Aybaay haqq verməyəcək?

Rəhim. Ay bədbəxt, yazıq! Məvacib nədir? Səni bir il tamam işlədəcək, axırda da haqqının çoxunu balta sınığına, kəndir qırılmasına çıxıb, əlinə çöplə çəyirdək verəcək.

Salman. A kişi, nə yaman adam imiş bu!

Rəhim. Yainki vədən yavuqlaşanda üstünə bir oğurluq yıxıb, heç bir şahı da verməyəcək. Bəlkə özünü də bir az borclu çıxardacaq.

Salman. Eybi yoxdur, bir neçə gün davam etmək olar.

Rəhim. Nə dedin?

Salman. Deyirəm yaxşı dolaşmışam.

Rəhim. Hələ nə var ki! Ləzzətini sonra görəcəksən.

Salman. İndi görürsənmi ki, Hacı Bayram bu dövləti nə yolla qazanıb?

Rəhim. Kor ki deyiləm, əlbəttə görürəm. Onun dövlətinin hamısı bizim kimi fəqir-füqəranın qanıdır. Onun bu gördüyün evinin palçığı bizim qanımızla yoğrulub.

S a lma n. Belə adamlara təzə dildə kulak deyirlər.

Rəhim. Necə təzə dil?

S a lma n. Mirzə Həsən belə deyir.

Rəhim. Mirzə Həsən yaxşı oğlandır. Budur bir neçə ildir ki, onu buraya müəllim göndəriblər. Həmişə fəqir-füqəranın mənfəətinə çalışır.

Salman. Rəhim, budur neçə aydır, mən axşamlar gedib Mirzə Həsəndən dərs alıram. Yaxşı yazıb-oxumaq öyrənmişəm. Onu İndiyədək atam da bilmirdi. Onu bil ki, bu günlərdə Azərbaycana təzə hökumət gələcək. Təzə qayda-qanun qoyacaq. Iş başında bundan sonra işçilər, kəndlilər olacaq. Bəylərin, xanların, kulakların yerlərini, mülklərini alıb camaata verəcəklər.

Rəhim. Onu İndi hər yerdə danışırlar. Təzə hökumətin gəlməyini də camaat gecə-gündüz gözləyir. Odur ki, pristav da bir neçə gündür məlum deyil haraya gedib. Yüzbaşı da qaçıb gizlənibdir.

Salman. Doğrudan da neçə gündür bizim yüzbaşı yoxdur. Deyirlər şəhərə gediblər.

Rəhim. S a l m a n, Mirzə Həsənin yanına getsəm, mənə dərs verərmi?

Salman. Niyə vermir.

Rəhim. Onda gedəndə məni də apar.

S a lma n. Çox yaxşı, apararam. Bu axşam gəl səni bir yerə aparım, orada bizim hər axşam yığıncağımız olur. Danışılan söhbətlərə sən də bir qulaq ver.

Rəhim. Nə yığıncaqdır?

S a lma n. Gedərsən, görərsən.

Rəhim. Baş üstə, oynaya-oynaya gedərəm. Gəl gedək görək Mahmudun arvadı nə zəhrimar verəcək. Sənin üçün də oradan balta, çatı götürək.

Gedirlər.

Hacı Bayram (molla ilə içəridən çıxırlar). Axund, doğrudan, camaat arasında belə söz var.

Molla Vəli. Mən sənə xəlvət deyirəm, bir adam bilməsin. Camaatın qulağını doldurublar, deyirlər təzə hökumət gəlir, Şura hökuməti. Müsavat vəzirləri hamısı qaçmağa yer axtarırlar. Pristavları, naçalnikləri tutub Dustaq eləyəcəklər. Mülkədarların evlərini, mülklərini əllərindən alıb camaata verəcəklər. Bunu bu saat hamı danışır.

Hacı Bayram. Belə iş ola bilməz. Necə ola bilər ki, mənim zəhmət çəkib qazandığım, ya ata-babadan qalmış mülkümü əlimdən alıb versinlər kəndin ac-giclərinə?

Molla Vəli. Danışılana görə, guya təzə hökumət deyir ki, bəylərin və hampaların dövləti kasıb və füqəranın zəhmətindən toplaşıb. Ona görə onlar əmlakını fəqir-füqəradan oğurlamış kimi olublar və bu oğurladıqları malı öz sahiblərinə, yəni füqəra və kasıblara qaytarmalıdırlar. Xülasə, hacı, sən də sərvaxt ol.

Hacı Bayram. Mənə nə var? Mən pul verib, fəhlə tutub işlədib, özüm üçün güzəran qayırmışam. Bəy deyiləm, rəiyyətim yox, kəndkəsəyim yox. Beş-on baş mal-qoyunum var. Təzə hökumətin mənimlə heç bir işi ola bilməz. İndiyədək naloğu rus padşahına, müsavat hökumətinə vermişəm, İndi də təzə hökumətə verərəm. Bunlar hamısı o müəllim Mirzə Həsənin qondarmalarıdır.

Molla Vəli. Mən sənin çörəyini yemişəm və səni xəbərdar eləməyi də özümə borc bilirəm.

Hacı Bayram. Sağ ol, Allah atana rəhmət eləsin. Yaxşı olar ki, camaata da bir məsləhət eləyəsən, belə sözlərə inanmasınlar. Nə qədər olsa mollasan, sənin sözlərin camaatın qulağına batar.

Molla Vəli. Mən bacardığım nəsihəti eləyirəm.

Mahmud (hövlnak daxil olur). Hacı, İndicə kəndə bir atlı gəldi. Deyir, Qaraqullar kəndinin camaatı əli ağaclı, kürəkli tökülüb Rüstəm bəyin evini darmadağın dağıtdılar. Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır.

Hacı Bayram (qorxmuş). A kişi, nə danışırsan? Amandır, deginən bu saat mənim atımı yəhərləsinlər, gedim görüm bu nə işdir. Mənim evim yıxılır. Bir həftə olmaz, gəlib məndən dörd yüz qızıl onluq borc alıb apardı. Amandır, Mahmud, tez ol, özün də atlan.

Mahmud. Bu saat. (Yüyürür.)

Hacı Bayram. Vay namərd! Deyilənlər doğruya oxşayır, evim yıxıldı.

Güldəstə (içəridən hövlnak çıxır). Ata, haraya gedirsən?

Hacı Bayram. Nə borcundur haraya gedirəm? Çəkil get içəri.

Güldəstə. Ata, mən danışığının hamısını eşitdim. Getmə, səni öldürərlər.

Hacı Bayram. Sarsağın qızı, məni kim öldürəcək?! Mən elə onda ölmüşəm ki, dörd min manat sarı qızıl pullarım əlimdən çıxır.

Mahmud. Hacı, atlar hazırdır.

Güldəstə. Getmə, ata, pul səni qazanmayır ki, sən pulu qazanırsan.

Hacı Bayram. Çəkil cəhənnəmə, axmağın qızı. (Qızını itələyib Mahmudla gedir.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Qruziya” qəzetinə

Gürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm.Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir.

1 мин
Əziz Şərifə

1Əziz qardaşım Əziz!

192717 мин
Müxtəsər tərcümeyi-halım

1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.

4 мин
Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

7 мин

Стихи других поэтов