Məscidə gedərkən

Dam-divarı qar hörübdür“Tfu deyirsən, göydə donur”.Civildəşən ağ sərçələrLüt ağaca gəlib qonur.

Dünən axşam bazarçadaBaşmaqlarım islanmışdı.Kürsü altında qoymuş anamBaşmaqlarım dönmüş qaxa.

Külək qarı çırpır üzəGözümdən yaş axa-axa.Ağır qarı yara-yaraYollanıram məscidə mən...

Əynim tənik, qarnım yarım,Qış çağı da demək TanrımYaddan çıxarmışdır məni.İsti-soyuq olmuş əlim,Ayaqlarım... ağlayıram.Qan şoruldur əllərimdən...

Səssiz, qarlı qəbristandaAlaca bir köpək ulur...Külək məscid uşaqlarınCanavar tək bir-bir udur.Yol uzanır, yoxdur dibi,Budur, cansız “Mir Həbibi”“Qurban xak pa” gözlüyür,“Minnət xədayra” gözlüyür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов