“Heydərbaba!” yaz günəşi parlayır,Gülə dolmuş yaşıl bağlar, göy çayır.Quşlar oxur çiçəklənmiş bağlarda,Sürü otlur dərələrdə, dağlarda.Su səsindən çöldə qulaq tutulurİlıq külək dam-bacanı qurudur.Yenə kotan işə düşmüş tarlada,Güllü tuman, yaylıq uçur havada.Nə el üçün, nə yurd üçün, şan üçünArvad, kişi çalışırlar xan üçün.“Heydərbaba”, kəndli xana borcludur,Bilirsən ki, borclu namərd quludur.Tüstülərsə onun bu gün ocağı,Borca gedər sabah qabı, qacağı.Zülm əlindən məgər şirin su içər?Qara günlər məgər ondan vaz keçər?O zaman ki, duman dağı bürüyərPalçıq damda onun canı çürüyər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине