Saçlarıma dən düşür,Deyəsən erkən düşür.Ömrümün zirvəsinə,Duman enir, çən düşür...Məni vaxtsız qocaldırVətənimin həsrəti.Çöhrəmdən uçub gedirGəncliyin təravəti.Lakin qəlbimdə ilhamCoşur yenə dəniz tək.Nə qədər ki, mən sağamO ilham sönməyəcək!Qoy düşmən sevinməsinÜrəyim susmuş deyə.Yox, mən öz varlığımıVətənimə hədiyyə,Xalqa qurban demişəm!Mən hər zaman demişəm:Qəlbim kül altındakıYanar odu yandırar;Bir gün şölələnərək,O od yaxıb, yandırar.Bizim də obalaraAğ günlər gəlsin gərək,O günün arzusuylaYazıb-yaradır ürək.Dekabr, 1956

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине