Şərq qadını
Mən az görməmişəm ağlayanda sən,Başına qaralar bağlayanda sən,Ahınla hər qəlbi dağlayanda sən,Artdı gündən-günə zillətin sənin.
Alnında, üzündə dərin cizgilər,Həmişə pərişan, hər an mükəddər,Mən öz həyatımı verərdim əgər,Bilsəydim qurtarar möhnətin sənin.
Bir parça çörəyə satdılar səni,Qul tək qabaqlara qatdılar səni,Alıb zindanlara atdılar səni,Nədən ucuz oldu qiymətin sənin?
Sən günəşdən əvvəl qalxdın hər səhər,Döyüldün, söyüldün, saysız, mükərrər.Qoynunda boy atdı nərlər, igidlər,Fəqət ucuz oldu zəhmətin sənin.
Saçına dən düşdü gənclik yaşında,Hər dağın dibində, bulaq başında,Ana təbiətin hər bir daşındaYer saldı göz yaşın, həsrətin sənin.
Soldu gözlərində gül üzlü bahar,Yurdunda at çapdı soyğunçu yadlar;Çapıldı, talandı hər nəyin ki, varDağıldı əllərdə sərvətin sənin.
Zaman od qaladı sinənin üstə,Ürəyin intizar, qulağın səsdə,Danışdın ahəstə, dindin ahəstə,Həyata olmadı rəğbətin sənin.
Göz yaşın çaylarla axdı yanaşı,Kədərdən od tutdu qəlbinin başı;Həmdəmin intizar, bir də göz yaşı,Nə qədər ağırdı möhnətin sənin.
Camalın saralıb soldu qönçə tək,Boğuldu sinəndə çox arzu, istək,Bir gecə partladı köksündə ürək,Dedilər “bu imiş qismətin sənin”.
Sən ey Vətən qızı! Çatmışdır zaman,Sən nakam anadan bir yadigarsan.Üsyan əsarətə, qulluğa üsyan!Döyüşə çatmışdır növbətin sənin.Mart, 1950
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-serq-qadini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Ey dili-pursovda, talibi-ƏnqaEy dili-pursovda, talibi-Ənqa,Qafi-eşqdə var əsrari-duşvar.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,