Dünən gecə sevincim uca dağlar aşırdı,Bu gün isə kədərim olmuş dənizlər qədər.Dünən qəlbim əbədi qəmlə vidalaşırdı,Bugün onu yenə də qarşılayır mükəddər.Dünən qəlbim bir anlıq xoşbəxt sandı özünü,Məhrəm oldu nəfəsim isti yar nəfəsilə.Dünən eşqi dinlədim nəvazişlər içində,Şirin yuxuya getdim onun zümzüməsilə.Dünən illər həsrəti qəlbimdən uçdu, getdi,Bu gün isə əbədi köçüb getdi, getdi yar.Fəqət acı göz yaşı bir də şirin xatirəQaldı mənə, o gündən, o gecədən yadigar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви