Alim var, kosmosa tutub üzünü,Parlaq ulduzların batır içində.Alim var, qırx ildir yumub gözünü,“Poçt qutusu”nun yatır içində.

Alim tanıyıram, qoca QafqazınÇeşmə tək durulub dibindən çıxır.Alim var, sol əli Salman Mümtazın,Sağ əli Hümbətin cibindən çıxır.

Alim var, görəndə gözlərin gülür,Deyirsən: – Nə gözəl, nə mehribandır.Alim var, dinəndə ətin tökülür,Alim tanıyıram, Allah amandır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов