Bir qız gördüm, türk qızıYa Pəridi, ya GülgəzGünəşi göydə deyil,Onun baxışında gəz,

Hər noğuldan o şirin,Hər çiçəkdən incədir.Elə bil yaş budaqdaOyanmış tər qönçədir.

İlahi vergisimiBu məlahət, bu ismət?Gözəl bir qızdan ötrüİsmət ən ülvi qismət.

Dilinə vurğun oldum,Dili dilimdən mənim.Ulusu ulusundan,Eli elimdən mənim.

Fikir fikir dalıncaAğım qaralı qaldı.Bir gəlin həsrətiyləBağrım paralı qaldı.

Bir qız gördüm, türk qızıNurdan yoğrulmuş aydı.Arif yadıma düşdüKaş Arif sağ olaydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов