Bir dostumuz vardı, Günəş doğandanGünəş batanadək gülümsəyərdi.Hər səhər gözünü açan zamandanGecə yatanadək gülümsəyərdi.Toxdumu?Acdımı?Tutmazdın xəbər.Pullumu?Pulsuzmu?Yox idi bilən.Gah da arxasınca deyinərdilər:– Yamanca arsızdır həmişəgülən.Bir axşam dayandım, başımın üstdəAmansız hökmünü verdi ayrılıq.Güldü, elə güldü axır nəfəsdə,Bildim ömrü boyu ağlayıb, yazıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов