Soyuq düşdü araya,Güllərin vaxtı getdi.Göy çəmən tər laləniDöşünə taxdı getdi.

Dağ solub, aran solub,Dərələr çənlə dolub.Yarpaqlar xəzəl olubSularda axdı getdi.

Durna hanı, qaz hanı...Üşütmə tutdu canı,Payız sarı xınanıÇöllərə yaxdı getdi.

Görcək nitqim oldu lal,Fikrimdə min bir sual, –Xumar gözlü bir maralÖzümə baxdı getdi.

Ömrə-günə nə deyim.Yoxdur əsla dincliyim.Mənim odlu gəncliyimŞimşək tək çaxdı getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе