Zəlimxan Yaquba
Mənə inam kimi baxSinə gərim çətinə,Zəlimxan Yaqub
Mən sənə inamla baxdım, a dostum,İnam olan yerdə çətin də asan.Bu sirli-sehirli həyatda, dostum,İnamla boy atıb, böyüyür insan.
İnamla baxmışam, inamla, ancaqYazdığın əsərlər göz qabağında.Mümkünmü inamsız zirvələr aşmaq,Sənət dünyasında, söz ocağında.
Çoxuna tanışsan, çoxuna əziz,Xəyalım həmişə varaq-varaqdır.Ana Borçalıdan açılan ilk iz,Uzaq ölkələrə uzanacaqdır.
Torpaq nə sevincli, torpaq nə dadlı,Nə şimşək gurlasın, nə külək əssin.Bir kitab da bağla Borçalı adlı,Əllərdə dolaşsın, dillərdə gəzsin.
Bir elə nərə çək hər yana yetsin,“Koroğlu” kökündə telləri dindir.Yaxın xəbər tutsun, uzaq eşitsin,O yuva kimindir, o yurd kimindir?
Babalar qoruyub çətin ayaqda,Bu geniş vətəni, ulu məskəni.O şanlı, şərəfli kişilər haqda,Bir dastan gözləyir, bir dastan səni.
Bir oğul meydanda batmasın yasa,Hünərlə, qeyrətlə o yaşa dolsun.Əslinə, nəslinə oxşamayırsa,Ona ana südü qoy haram olsun.
Məramı, məqsədi başqadır ömrün,Çalış axşam-sabah gurlasın səsin.Bizim tarix dolu o dünənki gün,Dünənlə köklənib dünənləşməsin.
Ara tarixləri, ara dərindən,Bir əlində çıraq, bir əlində şam,Şairəm, arabir yanılsam da mən,Mən bu inamımda yanılmamışam.
Basılmaz, alınmaz bir qala kimi,Yaşa tufanlara sinə gərərək.Sənə inanmışam, bir bala kimi,Mən ata Vurğuna inandığım tək.
İnamın şöhrəti ellərə düşdü,İnam işdə hünər, döyüşdə zəfər.İnamla dillərdən dillərə düşdü,İgid Koroğlular, cəsur Kərəmlər.
İnam Babəklərin bükülməz diziXəyalən nələrin seyrinə vardım.İnamsız ömr edən min qeyrətsizi,Zibil yeşiyinə töküb atardım.
Əbəs yayılmayıb bu səs, bu soraq,Ey odlar yurdunun od-alov oğlu.Haqqa inanmaqdır sənə inanmaq,Haqqa inanmamaq, rəzalətdi bu.
Çatmaz uzaqlara hər atılan ox,Hər naşı özünü mahir sanmasın.Xəsislər də çoxdur, dargözlər də çox,Bir də inanmayan qoy inanmasın.
Söz yox ilhamına, söz yox təbinə,Sıxanda əlini inamla sıxdım.Şair vicdanına, şair qəlbinə,İnamla vuruldum, inamla baxdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-zelimxan-yaquba
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
بی تو تلخ است زندگانی من
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla