Yaz fəsli daşları sellər aşanda,Göllər çalxalanıb, çaylar daşanda,Yarpaqlar titrəyib pıçıldaşanda,Səsimi səslərə qatmaq istərəm.

Üfüqlə uzanıb, buludla axıb,Şəfəqlə qızarıb, şimşəklə çaxıb,Cüyürlə boylanıb, maralla baxıb,Ceyranla yorulub yatmaq istərəm.

Əyilən dumanda, sürünən çəndəÇiçəklər islanıb, güllər çiməndə,Keçirib gecəni bir göy çəməndə,Səhərin şehinə batmaq istərəm.

Yığılsın başıma deyib gülənlər,İsinsin eşqimlə qədir bilənlər,Bir ömrün ocağı sönənə qədərHəyatda min ocaq çatmaq istərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе