Bir arzum var, çiçək aça, gül bitə,Tər yasəmən dostdan-dosta pay ola.Bulud bata, duman yata, çən ötə,Günəş ola, ulduz ola, ay ola.

İnsafdırmı yaxşı ata yaxşını,Yaxşı gərək yaxşı tuta yaxşını,Bir arzum var, yaxşı tapa yaxşını,İki könül bir-birinə tay ola.

İnsan oğlu məhəbbətdən güc alar,El gözündə ucaldıqca ucala.Bir arzum var, yallı gedə qocalar,Bir arzum var, balalara toy ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе