Bir həyat şairi var,Bir də, vaxt şairləri.Eldən, gündən xəbərsiz –Saray, taxt şairləri.

Biri haqqa daş atar,Biri kölgədə yatar,Kim sevib, kim yaşadarBu bədbəxt şairləri.

Biri var, üzdəniraqHaça dil, hazıryaraqQapı, baca, künc, bucaqƏl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbərNə qədərmiş nə qədərBaşsız başa keçənlərXalqsız xalq şairləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине