Heyif deyərlər
Külək yeri, göyü ayaqlayanda,Qopan budaqlara heyif deyərlər.Qapını qış kəsib, qar bağlayandaPozulan bahara heyif deyərlər.
Yol var, yoxa çıxar, iz var, silinməz,Durmalar ötəndə heyif deyərlər.Zirvədə zirvənin qədri bilinməz,O gözdən itəndə heyif deyərlər.
Sağını-solunu isidər ocaq,Qaralıb sönəndə heyif deyərlər.Yerin görünəcək, Hüseyn, bir vaxt,O zaman sənə də, heyif deyərlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-heyif-deyerler
Клавиши ← → для перехода, R — случайное стихотворение