Yel döyür, sahilə yan alır qayıq,Mən də gedəcəyəm, geci-tezi var.Bizim də qapını açar ayrılıq,Nə fərqi, harada basdıracaqlar...

Şairi kədərlə yada salmayın,Namərdəm, bir an da dərdə əyilsəm.Məni boz torpaqdan xəbər almayın, –Bir insan qəlbində yaşaya bilsəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов