Ömrün baharından gözün doymamışQış kimi üstünü alar qocalıq.Qapıdan içəri buraxmasan da,Bacadan özünü salar qocalıq.

Çəkər ağ əlini qara saçına,İnci tək dişlərə tapılmaz çara.Çoxları əlindən gəlsə də zara,Əzəlki hökmündə qalar qocalıq.

Çəkilər insanın nuru gözündən;Güc qolundan gedər, taqət dizindən.Hüseyn, saz tutub, demə özündən,Sənə də əlini çalar qocalıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов