Məni
Heyranam Tiflisə uşaq çağından,Bir də o yerlərə yetirin məni!Aşırıb səhərlər Sənan dağından,Güllərin qoynunda itirin məni.
Göy otun üstündə kəsin quzunu,Kabab sulanmamış səpin duzunu,Kaxet çaxırıyla kəl buynuzunuDoldurub bir hala gətirin məni.
Yayılsın ətrafa conquri səsi,Doğmadır ruhuma gürcü nəğməsi,Düşəndə axşamın sərin kölgəsi,Kürün körpüsündən ötürün məni.
Çayın sahilində yaşıl bağça-bağ,Hər evdə-eyvanda təzə çilçıraq.Sevirəm Tiflisi, sevirəm, ancaqÖləndə Qazaxda götürün məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Əbəs yerə məndən uzaq gəzirsiniz,Əbəs yerə utanırsınız məndən belə!
Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.