Kəndimizin qızlarına
Əbəs yerə məndən uzaq gəzirsiniz,Əbəs yerə utanırsınız məndən belə!Bir obadan, bir torpaqdan olsaq da bizMəni yaxşı tanımırsınız, qızlar, hələ.
İnsafsızlar, bu quruluq nəyə gərək,Bu yadlıqdan az qalır ki, ağlım aza.Siz baxmayın mənə elə yad oğlutək,Mən də sizin doğmanızam, paranızam.
Bu yollarda siz qalsanız, mən ucalsam,Heç bir zaman şöhrət yükü daşımaram.Ayrı düşüb, illər boyu uzaq olsam,İnanın ki, yenə sizsiz yaşamaram.
Nədir bizi ayrı salan, uzaq edən,Çəmənləri bircə yerdə gəzməzdikmi?Bağ-bağatda gün çıxandan gecəyəcənOyunlardan, gülüşlərdən bezməzdikmi?
Kəndarası yollar ilə dəstə-dəstə,Azmı olub səs-küy ilə dolaşmışıq?!Dərs zamanı kitab üstə, parta üstəAzmı olub küsüşmüşük, dalaşmışıq.
Azmı olub siz söz atıb gülüşəndə,Mən hirsimdən gizli-gizli ağlamışam.Arabir də girəvəmə tək düşəndə,Saçınızı biləyimə dolamışam.
Əvvəlkiyəm, vallah, elə o adamam –Sizin dəcəl, sizin doğma Sabiriniz.İllər keçsə yenə sizi unutmaram,İllər keçsə, könlüm yenə əsiriniz!..
Tələbəyəm, yolum az-az düşür kəndə,Bu uzaqlıq yad eləməz məni ancaq.Könül verib, ürək verib sevdiyim də,İnanın ki, sizdən gözəl olmayacaq.
Başınıza gül-çiçəklər səpim gəlin,Gül-çiçəkdən daha gözəl, təmiz olun.O qaralmış əlinizdən öpüm gəlin,Təki mənə əvvəlkitək əziz olun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-kendimizin-qizlarina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Könlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Səhv düşəndə yerimizDuman dağı dolanar,Qiyamət olar.
Ağlar ürəyim, səs gələr, ah-azar görünməzAğlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.