Bu bizim Naxçıvan, bu bizim Muğan,Bu bizim Qarabağ, bu bizim Şirvan,Hamımız bir ürək, hamımız bir can,Kim deyir ayıraq sümüyü ətdən,Ayırmaq istəyən qopsun millətdən!

Sevinc də bizimdi, dərd də bizimdi,Daşıyan çiynimdi, dözən dizimdi,Mənim öz Bakımdı, öz Təbrizimdi,Hər ev öz evimdi bu məmləkətdəAyırmaq istəyən qopsun millətdən!

Hamıya süd verdi qayğıkeş ana,Min il min çay axır bir okeana,Didmə bu alovu, əllərin yanar,Hamıya pay düşüb son bərəkətdən,Ayırmaq istəyən qopsun millətdən!

Hamının üzünə açıldı bir dan,Eyni çeşmədəndi damarlarda qan,Hamını eyni cür döydü bu zindan,Yoğrulub çıxmışıq bu hərarətdən,Ayırmaq istəyən qopsun millətdən!

Buludu yağışdan, çayları seldən,Ağlı kəsərindən, qılıncı əldən,Tanrını ilhamdan, nəğməni dildən,Gözü işığından, ağlı zəhmətdən,Ayırmaq istəyən qopsun millətdən!

Karvanı geriyə dönən deyildir,Günəşi göylərdən enən deyildir,Yüz çayı bağlaşan sönən deyildir,O şam ki, alışıb yanır qüdrətdən,Söndürmək istəyən qopsun millətdən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине