Şirmayı dillər
Bəstəkar Fikrət Əmirova
Ötün bülbül kimi şirmayı dillər,İncə səsinizdə həyat eşqi var.Elin ürəyindən yazır deyirlər,Ürəyi ellərə bağlı bəstəkar.
Ötün, həzin dillər, səsinizdə mənEşidim suların zümzüməsini.Arazı belinə dolayan Vətən,Eşit sən oğlunun könül səsini.
Rübabi bir mahnı, lətif bir şeirÜrəkdə yurd salıb, dodaqda yaşar.Dibçək şitilləri tez solub gedər,Torpaqdan göyərən torpaqda yaşar.
İncə muğamların qanadında biz,Gəlin ümmanların üstündən uçaq.Bizim el mahnımız, el təranəmiz,Hələ çox yerlərdə qanad çalacaq.
Qulaq ver qəlbimdən gələn bu səsə,Mənim əziz dostum, sənə sözüm var:– Gözlər yaşarmasa, tük ürpəşməsə,Nə sənət yaranar, nə də sənətkar.
Çal, ey bəstəkarım! Qoy barmaqlarınDuyan könüllərin telində gəzsin.Sənin sənət eşqin, sənət ilqarın,Dünyanın yüzlərlə elində gəzsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-sirmayi-diller
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Zəfər nəğməsiGözün aydın, ey müzəffər xalqımın oğlu, qızı!Gözün aydın, doğdu artıq şanlı zəfər ulduzu!
زری که نقد جوانی است گم شد از کف عمردر این سراچهٔ خاکی که دل خرابم ازو
مرا به میکده هر کس که راه بنمایددر بهشت به رویش خدای بگشاید