Qəvvas
Qəvvas baş vuraraq dənizə endi,Onun nəfəsilə isindi ümman.Dəryanın dibində elə bil bu anYosunlar sevindi, otlar sevindi.
Qəvvas öz elmini, öz sənətini,Dəryalar bəzmində kama yetirdi;Bir gün sərt bir “rəis” onu itirdi –İtirdi bu gəncin səadətini.
Cəsarət itəndə, hünər itəndə,Saça dən də düşər, qırov da düşər.Dərya övladına aləm gülüşər –Dənizdə göyərib, yerdə bitəndə.
Qəvvas çıxdı sudan, quruda gəzdi,Ona tor qurdular, tələ qurdular.Bu ümman oğluna zərbə vurdular,Dayazlar dərinin qəlbini əzdi.
Onu ağ vannaya saldılar bir gün,Dedilər ki, sənə bu su da bəsdir.(Azadə bülbülə qəfəs qəfəsdir)Qəvvas ümmanlardan edildi sürgün.
Qəvvasım üzdükcə bir böyrü üstə,Cəsarət sustaldı, hünər dayandı.Nadanlar qəlbində bir hiss oyandı:– Yəqin xəstə düşüb zavallı, xəstə.
Lakin hiss etmədi kimsə bu anı,Hələ görməmişdim qoca dünyada, –Cəsur bir qəvvasın ağ bir vannadaBelə diri-diri boğulmasını...
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-qevvas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Bir parça şeirQuşlar ki qonar, nəğmə deyər dilsiz ağac da,Bülbüllər uçan, güllər açan bağça şeirdir.
Püstə nə deyər, bəhsini eylər o dəhanınPüstə nə deyər, bəhsini eylər o dəhanın,Ağzına bax ol ağzı açuq hiç mədanun.