Naxçıvanım
Çöllərindən keçən mənəm,Söz qoşmamış keçəmmənəm,Sularından içən mənəm,Mənim barlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.Qızların var, xumar gözlü,Mah camallı, şirin sözlü.Göy-dərəli, məxmər duzlu,Başı qarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.
Gör nə çalır könül simi:– Şerə verdim mən eşqimi.Mirzə Cəlil, Bəhruz kimiSənətkarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.
Zirvələrin dənər qarlı,Şimşəklərin od çaxarlı.Ey axarlı, ey baxarlı,Ey gülzarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.
Mən neylərəm sənsiz görən?Doymaz səndə ömür sürən.Ey İslama könül verənDüz ilqarlı Naxçıvanım,Xoş baharlı Naxçıvanım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-naxcivanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yadımdan çıxmayır döyüş günləri,Azı min səngərə sinə gərmişəm.
Döyüşçünün xəyalıMən indi uzaqda... Cəbhələrdəyəm,Qarşımda boz otlar, gen səhralar var...
Sərhədçinin düşüncələriAy göylərə keşik çəkir,Mən – yurdumun növrağına.
XatirəDöyüş günləriydi... Axşam qabağıQəflətən döşümdən aldım bir yara
Стихи других поэтов · О природе
Bu gün səhər keçəndə bir meşənin içindənBir bənövşə dərdim mən.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
İstanbula doğruDağ kimi dalğaları aşdı “Azərbaycan”ımız,Səkkiz ölkəylə vidalaşdı “Azərbaycan”ımız.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.