Bəstəkar Qara Qarayevə

Səs – zirvədir,İncə bəstə cilalıdır.Sözü varsa,Kim yaratsaƏsil sənət halalıdır.Tər tökübdür,Puçur-puçur,Qram-qram,Şirmayı dillər üstündəƏziz Qaram!BəstələnmişOdlu qəlbi daim vurar,“Yeddi gözəl”,Yeddi gəzər,Yüz il yaşar, min il durar.Muğam üstəYeni bəstəYaradana minnətdaram,Əziz Qaram!Bəstə nədir?Musiqinin bir lələyi.QaramızınHər ulduzunSinəsində var ürəyi..QaraSəslər zirvəsidir,Qüzeyndə dənər qaram.Qırdın səslər buxovunu,Əziz Qaram!

ŞimşəklərinÖz ahəngi, öz rəngi var,Qədəm basın,Qulaq asınGör qəlbində nə cəngi var!“İldırımlı yollarla” keç!Hamar yollaYoxdur aram,Əziz Qaram!Sənin əsil sürətiniÇəkdi Tahir.Tahir rənglər çalarıdır,Çünki,Mahir fırçalıdır.Ancaq mənimNə abım var,Nə çəhrayım,Nə də qaram.SürətiniSöz üstündə yaradıram,Əziz Qaram!Qara vüsal,Qara həsrət qovşağıdır,Yağış onunBəstə şehi, qövsi-qüzeh qurşağıdır.Gur Araza deyəndə ki:Sən kamança,Mən də taram.Azərbaycan nəğmə deyir:Əziz Qaram!Əziz Qaram!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов