İtirərsən
İşdir, kəm baxsan əgərHalal el malına sən,İnsanlıq şərəfiniBir anda itirərsən.
İtirərsən bir andaƏzmini, vüqarını,Sənə “övladım” deyənElin etibarını.
Ömründən xoş illəri,Ayları itirərsən.Gözlərindən dağları,Çayları itirərsən.
Dodağından ən şirinMahnı səsi kəsilər,Qulağından sularınZümzüməsi kəsilər.
Əllərindən soyuyarZəhmətin hərarəti.Ürəyindən silinərİlk gənclik məhəbbəti.
Doğulduğun diyardanİzini itirərsən...Özün bizə gərəksən,Özünü itirərsən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-itirersen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
AyrılıqMən səni həyatda daşa dəyişdim,torpağa dəyişdim, məzara döndün.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi