Yenidən
Bir dəfə gəlir insan,Bir dəfə də əbədiKöçüb gedir dünyadan,Bu doğru,lakin mənəTamam başqa bir həyatHəyatda qismət oldu.Şeirlə nəfəs alıb,Şeirlə yaşa doldum.Hər yeni könül açanŞerimlə təzələnib.Mən yenidən doğuldum.Yeni söz – yeni fikir.Yeni söz – yeni həyat.Hər könül bulandıranŞerimlə buza dönüb,Boğulduqca boğuldum.Köhnə söz – köhnə qəbir,Köhnə söz – vaxtsız vəfat.Bir dəfə gəlir insanBir dəfə də əbədiKöçüb gedir dünyadanBu doğru,lakin mənəDəxli yox zərrə qədər.Bir şerim doğulandaDoğulub gülmüşəm mən.Bir şerim boğulandaBoğulub ölmüşəm mən.Yüz dəfə karvanımıÇəkib Yer kürəsindən,Yüz dəfə bu dünyayaYenidən gəlmişəm mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-yeniden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Göndərin məni...Daha ayrılığa dözə bilmirəm,Vətəndən əlimi üzə bilmirəm,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm