Gözünə baxıram, durudan duru,Duruluq gözünə bulaqdan keçib.Üzünə baxıram, işıqlı, nurlu,Nur günəşdən qopub, çıraqdan keçib.

Ətirli güllərdə ətirli bağlar,Qızıl lalə kimi qızıl yanaqlar.İçindən alışıb, yanır dodaqlarÜrəyin istisi dodaqdan keçib.

Əlin hərarəti elə şirindir,Gəlişin, gedişin elə şirindir.Səsin ona görə belə şirindirSənə bu şirinlik Qazaxdan keçib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе