Bu yerlər
Əzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,Sam ü Nərimən yeridir bu yerlər,Hikməti-Loqman yeridir bu yerlər,Gərdişi-dövran yeridir bu yerlər
Gəldi cahan içrə əzəl Pişdad,Aldı hökumət əsərin Keyqubad,Fəramərzi qıldı fələk namurad,Muxtəsəri oldu qamu bərbad,Mənzili-mehman yeridir bu yerlər
Saqi gərək əldə billurin cam,Badeyi-gülrəngi meyi-ləl ü fam,Kovkəbeyi-eyş dutə bir nizam,Xabi-əcəldən olugəz la-yənam,Söhbəti-dəstan yeridir bu yerlər
Saqi gətir badə piyapi rəvan,Rəf' ola dildən qəm asibi-can,Qıl bizi bu şəfqətlə şadman,Seyri-təfərrüc eyləyək bir zaman,Bağ ü gülüstan yeridir bu yerlər
Nüşünüma tapdı bahar yaz ilə,Güllər açılmışdı bəsi naz ilə,Bülbül oxur nəğmə xoş avaz ilə,Qumri sədalandı o şahbaz ilə,Sərvi-xəraman yeridir bu yerlər
Qönçə qılıb naz ilə təxtə cülus,Zənbəq-sosən eylədi dəstbus,Nərgisi məst eylədi avazi-kus,Badi-nəsimi-səhəri banəfəs,Təxti-zəmiran yeridir bu yerlər
Lalə basıb köksünə dağı əyan,Zənbəq olub nəstərənə mehriban,Oldu şəqayiq səmənə sayəban,Tutdu şükufə hərəsi bir məkan,Sünbül ü reyhan yeridir bu yerlər
Oldu əyan şahidi-ruxsari-gül,Boynun əkib qaldı bənövşə xəcil,Cari olub hər tərəfə səlsəbil,Saqi gətir badə mənə əs-səbil,Məni ki ehsan yeridir bu yerlər
Xali qılıb məclisi biganədən,Hər yetən ədbari-hərifanədən,Varmı hünərpişə dəliranədən,Nə bağlıdır sən kimi divanədən,Sahibi-ürfan yeridir bu yerlər
Cəngimə heyran eylədim Heydəri,Fəth eylərəm bürci-fələk Xeybəri,Qıldı fələk qəmzədə İskəndəri,Gətirməyin cəngimə hər əbtəri,Şah Süleyman yeridir bu yerlər
Rüstəmi zərbim eylədi tərsnak,Getdi cahandan yürəki dərdnak,Ağladaram zar qılıb sinə çak,Bəs nədi səndən ötrü mövcə bak,Pələng aslan yeridir bu yerlər
Kimdi mənim cəngimə qılsun həvəs,Yoxdu onun həddi ki çəksün nəfəs,Şirjiyan bulmadı bir dəstrəs,Kəs səsin, it kimi çox hürmə, kəs,Gürz ilə qalxan yeridir bu yerlər
Qülzüm cəngə olaram mən nəhəng,Rəzm mübahisədə gərək top-tüfəng,Çıxsın aradan səfəhabi dərəng,Qaldı həzin Qeysər şahi-Fərəng,Mücrim Vardan yeridir bu yerlər
Şair olan mərd gərək şeirdə,Arif hər nəzm və nəsq nəsrdə,Bir mənəm ancaq ki olan şəhrdə,Dürri-giranmaye kimi bəhrdə,Gövhəri-qəltan yeridir bu yerlər
Xanəyi-əşarım olub tazətər,Dəmbədəm izhar eylərəm mən hünər,Ərşi-zəmin xidmətimə baş əkər,Gəlmə bu meydana, əya bixəbər,Mərdi-dilirən yeridir bu yerlər
Heyf alubam gərdişi-dövrandan,Qəm yeməm hər yetən ədbardan,Mücrim dilxəstə günahkardan,Xübs, dəğəl, lənət, inkardan,Rəhmət-qüfran yeridir bu yerlər
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrim-kerim-bu-yerler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Canan üzümə bir kərə gülsəydi, nə dərdim,Mən tək o da bir qədrimi bilsəydi, nə dərdim.
Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.