Şairiyəm mən
Biri dedi, gül-çiçək,Boya şairiyəm mən.Biri dedi, daş-kəsək,Qaya şairiyəm mən.
Duyub, tutmadan xəbərUydurub axşam-səhərBiri dedi, çal-çəpər,Paya şairiyəm mən.
Göydə yersiz yanmadım,Yeri göysüz anmadım.Odda suyu danmadımDərya şairiyəm mən.
Sevinci coşub-daşan,Qayğısı başdan aşan,Dünyayla dünyalaşanDünya şairiyəm mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-sairiyem-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qan üstündən qan eylədin,Hamsını pünhan eylədin,
Söylə, yadındamı?Söylə yadındamı o axşam çağı?..Dinməyən mən oldum, dinən sən oldun.
Günəşmi odludur, sənmi odlusanBaxıram səmaya, ay uzaq deyil,İstəsəm mən ona çataram bu an.
Ləzzət çəkirQızaranda üfüq, söküləndə dan,Meh öpür yanaqdan, üz ləzzət çəkir.
Стихи других поэтов · О природе
Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Təbrizdəki günlərimTəbrizdəki günlərim –Çıxmır xatirimdən.
Cana, mürüvvət eylə, günüm çox yaman keçirCana, mürüvvət eylə, günüm çox yaman keçir,Karım həmişə nalevü ahü fəğan keçir.
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.