Qızaranda üfüq, söküləndə dan,Meh öpür yanaqdan, üz ləzzət çəkir.Qaya kölgəsində, çeşmə başında,Ocaq tüstülənir, köz ləzzət çəkir.

Həyat bir ustaddır öz əsəri varKönüldə nə qədər dərdi-səri var.Adi kəlmənin də öz kəsəri var,Alim kəlamından söz ləzzət çəkir.

Çox gəzdin elləri Hüseyn Arif,Qoxladın gülləri Hüseyn Arif,Sözün müxtəsəri Hüseyn Arif,Gözələ baxanda göz ləzzət çəkir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе